Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2770/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh Ramiz oğlunun iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Ramiz oğluna qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Ramiz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit borcu - kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 2.998,81 (iki min doqquz yüz doxsan səkkiz manat səksən bir qəpik) AZN, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 10.150,28 (on min yüz əlli manat iyirmi səkkiz qəpik) AZN olmaqla, cəmi 13.149,09 (on üç min yüz qırx doqquz manat doqquz qəpik) AZN və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 130 (bir yüz otuz) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh Ramiz oğlundan tutularaq birdəfəlik şəkildə İddiaçı BankOlmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; İddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********68-05101- 093003, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Ramiz oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən 57 saylı mənzilə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh Ramiz oğlundan tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutma ünvan 2 ünvanında yerləşən 57 saylı mənzilə yönəldildikdə və mənzil satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin mənzildən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında növbəti baxış iclasını iştirakları olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh Ramiz oğlu barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər.
1. İddiaçı - "xxxx" MMC və cavabdeh - Cavabdeh Ramiz oğlu öhdəlik götürür və razılaşırlar ki, 20 avqust 2024-cü il tarixinədək 5.500 (beş min beş) AZN məbləğdə pul vəsaiti birdəfəlik şəkildə cavabdeh - Cavabdeh Ramiz oğlu tərəfindən iddiaçı - "xxxx" MMC - yə ödəniləcək.
2. 5.500 (beş min beş yüz) AZN məbləğində pul vəsaiti ödənildiyi andan etibarən iddiaçı - "xxxx" MMC və cavabdeh - Cavabdeh Ramiz oğlu arasında bağlanmış 04 oktyabr 2018-ci il tarixli, 361 nömrəli kredit müqaviləsi və 04 oktyabr 2018-ci il tarixli, 361 nömrəli ipoteka müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmiş hesab edilir.
3. Cavabdeh Ramiz oğlunun bu sazişin 1-ci bəndində nəzərdə tutulan şərtləri vaxtında, tam və lazımınca icra etməməsi sazişin şərtlərinin məcburi qaydada icraya yönəldilməsi üçün əsas olacaq.
4. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib edilir. Saziş 1 nüsxə işə baxan məhkəmədə, digər nüsxələr isə hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır.
5. Bu saziş xx.xx.2024-cü il tarixindən qüvvəyə minir.
6. Tərəflər yuxarıdakı şərtlərlə imzalanan Barışıq Sazişi ilə tam razıdır, həmin Sazişin şərtlərini tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürürlər.
Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Ramiz oğluna qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. İddiaçı - "xxxx" MMC və cavabdeh - Cavabdeh Ramiz oğlu öhdəlik götürür və razılaşırlar ki, 20 avqust 2024-cü il tarixinədək 5.500 (beş min beş) AZN məbləğdə pul vəsaiti birdəfəlik şəkildə cavabdeh - Cavabdeh Ramiz oğlu tərəfindən iddiaçı - "xxxx" MMC - yə ödəniləcək.
2. 5.500 (beş min beş yüz) AZN məbləğində pul vəsaiti ödənildiyi andan etibarən iddiaçı - "xxxx" MMC və cavabdeh - Cavabdeh Ramiz oğlu arasında bağlanmış 04 oktyabr 2018-ci il tarixli, 361 nömrəli kredit müqaviləsi və 04 oktyabr 2018-ci il tarixli, 361 nömrəli ipoteka müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmiş hesab edilir.
3. Cavabdeh Ramiz oğlunun bu sazişin 1-ci bəndində nəzərdə tutulan şərtləri vaxtında, tam və lazımınca icra etməməsi sazişin şərtlərinin məcburi qaydada icraya yönəldilməsi üçün əsas olacaq.
4. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib edilir. Saziş 1 nüsxə işə baxan məhkəmədə, digər nüsxələr isə hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır.
5. Bu saziş xx.xx.2024-cü il tarixindən qüvvəyə minir.
6. Tərəflər yuxarıdakı şərtlərlə imzalanan Barışıq Sazişi ilə tam razıdır, həmin Sazişin şərtlərini tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürürlər.
İddiaçı Bank Olmayan Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Ramiz oğluna qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçının ödədiyi 130 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tahirə Əsədova