Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2771/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu 4999.54 manat əsas borc, 2462.42 manat faiz borcu olmaqla, cəmi 7461.96 manat, 4050 manat məbləğində kredit borcu banka ödənilməmiş borcu 3407.39 manat əsas borc olmaqla, cəmi 3407.39 manat borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 10869.35 manat məbləğində kredit borcunun və ödənilmiş 122.61 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində kredit kartı verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 34 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 4050 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 31 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı Abşeron rayonu, 1 nömrəli X8 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, X2 5000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 4999.54 manat əsas borc, 2462.42 manat faiz borcu olmaqla, cəmi 7461.96 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 4050 manat məbləğində kredit borcu Bank ödənilməmiş borcu – 3407.39 manat əsas borc olmaqla, cəmi 3407.39 manat borcu qalmışdır. Ümumilikdə X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 10869.35 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********51 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən X3 illik 24 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir; - "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 illik 22 faiz ödənilməsi şərtilə 34 ay müddətinə 4050 manat məbləğində kredit verilmişdir; - "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3407,39 manat əsas, 0,00 manat faiz borcu mövcuddur; - Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4999,54 manat əsas, 2462,42 manat faiz, cəmi 7461,96 manat borcu mövcuddur; - 4 saylı Bakı Asan Xidmət X9 tərəfindən verilmiş AZ-İİ seriyalı 217522 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən olan çıxarışdan görünür ki, X1 üzrə vərəsəsi Cavabdehdır; Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə miras qoyanın arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X4 isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirə bilməmişdir. Cavabdeh X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh onun vərəsəsi hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münaibətləri yaranan zaman qüvvədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə, müəyyən olunur ki, mərhum X2 vərəsəsi formal üsulla mirası qəbul etmiş və universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru yəni bank mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsəyə, hazırki cavabdehə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kredit müqavilələri üzrə yaranmış ümumi 10869,35 manat əsas borc cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122,61 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə banka ödənilməmiş borcu 4999 (dörd min doqquz yüz doxsan doqquz), 54 (əlli dörd) qəpik manat əsas borc, 2462 (iki min dörd yüz altmış iki), 42 (qırx iki) qəpik manat faiz borcu olmaqla, cəmi 7461 (yeddi min dörd yüz altmış bir) manat, 96 (doxsan altı) qəpik, banka ödənilməmiş borcu 3407 (üç min dörd yüz yeddi) manat, 39 (otuz doqquz) qəpik manat əsas borc olmaqla, cəmi 3407 (üç min dörd yüz yeddi) manat, 39 (otuz doqquz) qəpik borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 10869 (on min səkkiz yüz altmış doqquz) manat, 35 (otuz beş) qəpik məbləğində kredit borcu və 122 (yüz iyirmi iki) manat, 61 (altmış bir) qəpik məbləğində dövlət rüsumu, 40 (qırx qəpik) xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı ASCyə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-2771/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2771/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver