Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2792/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması”tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə№ 7459 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən 7112.64 AZN əsas borc, faiz borcu üzrə 103.63 AZN olmaqla, cəmi 7216.27 AZN tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 92.56 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 iyul 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə № 7459 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən 914,14 AZN əsas borc, faiz borcu üzrə 2,6 AZN olmaqla, cəmi 916,74 AZN tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 92.56 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış № 7459 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik12 faizlə 115 ay müddətinə 54330 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən № 7459 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 7112.64 AZN, faiz borcu üzrə 103.63 AZN olmaqla, cəmi 7216.27 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 92.56 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Həsənov X1 xx.xx.2023-cü il tarixində 6-2-22/2-35487/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 7459 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən edilirki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh illik12 faizlə 115 ay müddətinə 54330 manat kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, əsas borc məbləği 7112,64 manat, faiz borcu 103,63 manat borc təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, əsas borc məbləği 914,14 manat, faiz borcu 2,6 manat borc təşkil edir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsun. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında 7459 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh illik12 faizlə 115 ay müddətinə 54330 manat kredit verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini vaxtında yerinə yetirməmişdir. Məhkəməyə müraciə edildikdə cavabdehin banka 7112,64 manat əsas, 103,63 manat faiz borcu təşkil edir. Məhkəmə gedişatında cavabdeh olan bovcundan ödənişlər etmiş və hal-hazırda cavabdehin banka 914,14 manat əsas borc, 2,6 manat faiz borcu təşkil edir. Cavabdeh tərəfindən əldə edilmiş pul vəasitinin müəyyən hissəsi ödənilsədə, yerdə qalan 914,14 manat olan hissədə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmadığında, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan,qismən 92,56 manat olan hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəf məhkəməyə iddia ərizəsi ilə müraciə etdikdə banka borcu 7112,64 manat olmuşdur. Bu səbəbdən ödənilməli dövlət rüsumunun məbləği 92,56 manatdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 914,14 (doqquz yüz on dörd manat, on dörd qəpik) manat məbləğində əsas borc, 2,6 (iki manat altmış qəpik) manat faiz borcu, ödənilmiş 96,56 (doxsan altı manat əlli altı manat) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2792/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2792/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver