Məhkəmə qərarları › İş №e-2(008)-2804/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2804/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2804/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5841.51 manat əsas borc, 68.59 manat faiz borcu, 6,49 manat cərimə olmaqla, cəmi 5916.59 manat məbləğində kredit borcunun və 79,17 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli BPM**********68 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 20 faizlə, 36 ay müddətinə 8000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 147987 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X1 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 5841.51 manat əsas borc, vəfat etdiyi tarixə 68.59 manat faiz borcu və 6.49 manat cərimə borcu olmaqla, cəmi 5916.59 manat borcu qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********68 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 illik 20 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir; - Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5841.51 manat əsas borc, 68.59 manat faiz borcu, 6,49 manat cərimə olmaqla, cəmi 5916.59 manat borcu mövcuddur; - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən olan çıxarışdan görünür ki, X1 qanun üzrə vərəsəsi Cavabdehdır; Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə miras qoyanın arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X3 isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirə bilməmişdir. Cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh onun vərəsəsi hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münaibətləri yaranan zaman qüvvədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə, müəyyən olunur ki, mərhum X1 vərəsəsi formal üsulla mirası qəbul etmiş və universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru yəni bank mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsəyə, hazırki cavabdehə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X1 xx.xx.2019-cu il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kredit müqavilələri üzrə yaranmış ümumi 5916,59 manat əsas borc cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 79,17 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə banka ödənilməmiş borcu 5841 (beş min səkkiz yüz qırx bir), manat, 51 (əlli bir) qəpik əsas borc, 68 (altmış səkkiz) manat, 59 (əlli doqquz) qəpik manat faiz, 6 (altı) manat, 49 (qırx doqquz) qəpik borcu olmaqla, cəmi 5916 (beş min doqquz yüz on altı) manat, 59 (əlli doqquz) qəpik məbləğində kredit borcu və 79 (yetmiş doqquz) manat, 17 (on yeddi) qəpik məbləğində dövlət rüsumu, 40 (qırx qəpik) xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar