Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-282/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6925 manat maddi zərərin, 150 manat servis haqqının və 102 dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7175 manat pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Ələkbərov İddiaçı1 Cəlalə Razim qızı ilə xx.xx.2012-ci il tarixdə birgə nigaha girərək ailə qurmuşlar. Birgə nigah dövründə xx.xx.2021-ci il tarixdə “Toyota Prius” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. İddiaçı2 Razim qızı İddiaçı1 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı1 xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində idarə etdiyi “Toyota Prius” ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ilə üzü Maştağa qəsəbəsi istiqamətinə əsas baş yolda təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən ikinci dərəcəli yol kəsişməsində hərəkətinə davam edərkən anidən yolun sol hissəsində hərəkətdə olan “Toyota Prius” markalı avtomobil “Stop” yol nişanın tələbini pozaraq, ön hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sol qanad hissəsindən vurmuş və zərbədən idarəetməni itirib hərəkətdə olduğu yolun sağ kənarında daş hasara dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərcəyi əsas yol ilə ikinci dərəcəli yolun kəsişməsində baş vermişdir. İddiaçı1 idarə etdiyi avtomobildə tək olmuşdur. “Toyota Prius” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili adını sonradan bildiyi X3 idarə etmiş və yanında adını bilmədiyi 50-55 yaşlı, arıq bədən quruluşlu bir nəfər sərnişin olmuşdur. Hadisə zamanı o, heç bir bədən xəsarəti almasa da, digər avtomobildə olan sərnişin və sürücü qorxduqları üçün TTYS-na müraciət etmişlər. Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi üzü Maştağa qəsəbəsi istiqamətində hər iki yol bir gediş və bir gəliş olmaqla, ikizolaqlı, düz, hamar yol nişanları tənzimlənən yoldur. İddiaçı1 idarə etdiyi avtomobil texniki cəhətdən tam saz olmuşdur. Hadisə zamanı o, spirtli içki qəbul etməmişdir. Cavabdeh hadisə zamanı narkotik vasitə qəbul etmiş və hadisənin baş verməsinə səbəb məhz cavabdehin əməli olmuşdur. Buna baxmayaraq, Sabunçu rayon Polis İdarəsinin Təhqiqat İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 449 saylı materiala əsasən yol nəqliyyat hadisəsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi ilə qəbul edilmiş qərarın icra olunması üçün Sabunçu rayon RPİ-nin DYP-ya göndərilməsi, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 206cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul olunmuş qərarın icra olunması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilməsi, onlara baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə mülki qaydada müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardan görünür ki, hadisənin baş verməsinə səbəb “Toyota Prius” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. Onun narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi bu hadisənin baş verməsinə səbəb olmuşdur. Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddədə qeyd olunur ki, üstünlük nişanları belə ki, yol ayrıclarını, yolun hərəkət hissəsini və kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Cavabdeh baş vermiş hadisə nəticəsində idarə etdiyi “Toyota Prius” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə 6925 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, X6 xx.xx.2023-cü il tarixdə “Start Servis mərkəzi”ndə ilkin texniki baxış keçirilmiş və aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsinə ehtiyacı olduğu müəyyən edilmişdir. Belə ki, avtomobilin ön sol amortizator-dəyəri 100 manat, ön sol qranat-dəyəri 120 manat, ön sol çaşka-dəyəri 60 manat, ön sol sırğa-dəyəri 30 manat, rulavoy-dəyəri 350 manat, ön sol saffa-dəyəri 50 manat, traves-dəyəri 150 manat, invektorun baçoku-dəyəri 40 manat, peredaxnaitel bloku-dəyəri 200 manat, rulun airbaki-dəyəri 100 manat, ön sol bakavindəyəri 160 manat, ön sol lanjiron- dəyəri 250 manat, ön sol krılo-dəyəri 55 manat, ön panel-dəyəri 90 manat, ön patpres-dəyəri 200 manat, germetik 2 ədəd-dəyəri 40 manat, praymer-dəyəri 15 manat, ön vetravik-dəyəri 100 manat, ön usilitel dəyəri 150 manat, ön bufer-dəyəri 145 manat, kapot-dəyəri 145 manat, kapotun sağ və sol petləsi-dəyəri 50 manat, sağ fara-dəyəri 160 manat, sol fara-dəyəri 160 manat, su radiatoru-dəyəri 185 manat, kondisoner radiatoru-dəyəri 160 manat, disk-dəyəri 110 manat, arxa balka-dəyəri 150 manat, arxa sol amortizatoru-dəyəri 100 manat, sol stop-dəyəri 130 manat, knopkadəyəri 30 manat olmaqla ümumilikdə ehtiyat hissələrinə 3785 manat, dəmirçi üçün 1200 manat, elektrik üçün 300 manat, boya üçün 1000 manat, çilingər üçün 600 manat, razval 40 manat olmaqla, cəmi 6925 manat məbləğində maddi zərər dəymişdir. Əlavə olaraq servisə avtomobilin qiymətləndirilməsi üçün 150 manat pul ödənilmişdir. Cavabdeh idarə etdiyi avtomobillə hadisə törətdiyi zaman icbari sığortası mövcud olmamışdır. Göründüyü kimi, hadisə nəticəsində avtomobilə kifayət qədər yüksək məbləğdə maddi zərər dəymişdir. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən, İddiaçı2 ona məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün cavabdeh İddiaçı1 xx.xx.2028-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın hesablanmasına dair akta əsasən, “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə 6925 manat xərc tələb olunur. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 150 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi ilə qəbul edilmiş qərar icra olunması üçün Sabunçu rayon RPİ-nin DYP-ya göndərilməsi, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul olunmuş qərar icra olunması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilməsi, İddiaçı1 və X1 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə mülki qaydada müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 məxsus “Toyota Prius” ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Toyota Prius” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7993 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü ilin may ayında tərtib edilmiş qüsur aktındakı qeyd edilənlərə əsasən 2007-ci il buraxılışlı, “Toyota” markalı, “Prius” modelli, JTDKB20UX73259184 ban nömrəli, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5885 manat məbləğində (dəyişilməli olan hissələrin qiyməti 3745 manat, təmir-bərpa işlərinin qiyməti 2140 manat) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 5885 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı2 vurulmuş 5885 manat maddi ziyanın məbləği sonuncunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 102 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 78,85 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, 01.212.2023-cü il tarixli ekspert təqdiqatının dəyəri 50 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı2 xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 5885 (beş min səkkiz yüz səksən beş) manat maddi ziyanın, 150 (yüz əlli) manat servis haqqının və 78,85 (yetmiş səkkiz manat, səksən beş qəpik) dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6113,85 (altı min yüz on üç manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə çəkilmiş 50 (altmış) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-282/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-282/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver