Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2864/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********538 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə 537.82 manat əsas borc, 0.01 manat faiz borcu, xx.xx.2021-ci il tarixli BPM**********538 nömrəli kredit müqaviləsinə əsasən tam kart kredit borcu üzrə banka ödənilməmiş 498.78 manat əsas, 7.21 manat faiz borcu olmaqla, ümumilikdə 1079.82 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30.44 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Əliyev Rasim Nəsib oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********538 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 18 ay müddətinə illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə cavabdeh Əliyev Rasim Nəsib oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********538 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 Nəsib oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Əliyev Rasim Nəsib oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə V-360/2022 saylı vərəsəlik işi açılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********538 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə Banka ödənilməmiş 537.82 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 537.83 manat məbləğində borcu qalmışdır. Eyni zamanda, Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********538 nömrəli kredit müqaviləsinə əsasən tam kart kredit borcu üzrə Banka ödənilməmiş 498.78 manat əsas, 7.21 manat faiz borcu olmaqla, cəmi 505.99 manat borcu qalmışdır. Cavabdeh Əliyev Rasim Nəsib oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında Bank tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti cəmi 1079.82 manat olduğundan, Bank tərəfindən 30.44 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, X5 mərhum əridir, sonuncunun vərəsəsidir. Mərhumun borcları barədə məlumatı olsa da, tam kart üzrə borcundan xəbərsizdir. Ailəsini təkbaşına saxlayır, şəhid bacısıdır. Mərhum ərinin borcları barədə bank tərəfindən ona məlumat verilsə idi, borcu ödəyərdi. Mirası qəbul etmiş, lakin maddi vəziyyəti pis olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə almağa gedə bilməmiş, yaxın zamanlarda şəhadətnaməni əldə edəcəkdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Əliyev Rasim Nəsib oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən Əliyev Rasim Nəsib oğluna 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit kartı verilmişdir. - ödəniş cədvəlidən görünür ki, Əliyev Rasim Nəsib oğlu xx.xx.2021-ci il tarixdən 18 ay müddətində hər ay banka 64.29 manat (sonuncu ay 64.12 manat) ödəməli idi. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Rasim Nəsib oğlunun BPM**********38 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 537.82 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 537.83 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Rasim Nəsib oğlunun xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 498.78 manat əsas, 7.21 manat faiz borcu olmaqla, cəmi 505.99 manat borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Əliyev Rasim Nəsib oğlunun banka olan borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Əliyev Rasim Nəsib oğlunun banka olan borcunun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.44 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. - AZ-İİ seriyalı 280988 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Rasim Nəsib oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 2125 nömrəli xx.xx.2023cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci ildə vəfat etmiş əri Əliyev Rasim Nəsib oğlundan qalmış mirası qəbul etmiş, V-360/2022 saylı vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 1215 nömrəli xx.xx.2024cü il tarixli məktubundan görünür ki, vəfat etmiş Əliyev Rasim Nəsib oğlundan qalmış mirası arvadı Cavabdeh qəbul etmiş, mirasqoyanın qızı X3 mirasdan imtina etmiş, V- 360/2022 saylı vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Vİ-ЖГ seriyalı 354169 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Rasim Nəsib oğlu ilə X1 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Əliyev Rasim Nəsib oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Əliyev Rasim Nəsib oğluna 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit kartı verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Əliyev Rasim Nəsib oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Əliyev Rasim Nəsib oğluna 18 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Əliyev Rasim Nəsib oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Əliyev Rasim Nəsib oğlu xx.xx.2022-ci il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlakı Cavabdeh qəbul etmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqavilələri üzrə ödənilməmiş borcu Əliyev Rasim Nəsib oğlunun vərəsəsi – hazırkı iş üzrə Cavabdeh tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əliyev Rasim Nəsib oğlu kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələrə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X9 Nəsib oğlu xx.xx.2022-ci il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Əliyev Rasim Nəsib oğlunun kreditoru olan iddiaçı qarşısında onun vərəsəsi-Cavabdeh məsuliyyət daşıdığından, iddiaçı kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini vərəsədən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 498.78 manat əsas borc, 7.21 manat faiz borcu olmaqla, cəmi 505.99 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsi üzrə 537.82 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 537.83 manat borc, ümumilikdə 1043.82 manat məbləğində borc, 30.44 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 498.78 manat əsas borc, 7.21 manat faiz borcu olmaqla, cəmi 505.99 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsi üzrə 537.82 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 537.83 manat borc, ümumilikdə 1043,82 manat məbləğində borc, 30.44 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2864/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2864/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver