Məhkəmə qərarları › İş №e-2(008)-289/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-289/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-289/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 qıznıdan xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1033.11 (min otuz üç dollar, on bir sent) ABŞ dollarıəsas borc, 403 (dörd yüz üç) ABŞ dolları faiz borcu, 803.46 (səkkiz yüz üç dollar, qırx altı sent), 143.53 (yüz qırx üç dollar, əlli üç sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 2383.10 (iki min üç yüz səksən üç dollar, on sent) ABŞ dolları; cavabdehlər Cavabdeh2 və X1 xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 958.14 (doqquz yüz əlli səkkiz dollar, on dörd sent) ABŞ dolları əsas borc, 373 (üç yüz yetmiş üç) ABŞ dolları faiz borcu, 745.99 (yeddi yüz qırx beş dollar, doxsan doqquz sent) ABŞ dolları cərimə borcu, 133.08 (yüz otuz üç dollar, səkkiz sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 2210.21 (iki min iki yüz on dollar, iyirmi bir sent) ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun müştərək qaydadada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan MERCEDES BENZ E200 markalı, tünd göy metal rəngli, buraxılış ili 2000-ci il olan, **-UV-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2.600 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli, 240 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus MERCEDES BENZ E200 markalı, tünd göy metal rəngli, buraxılış ili 2000-ci il olan, 90UV463 dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1.7-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. İpoteka müqaviləsinin 5.2-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Cavabdeh2 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 5.200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh1 ilə həmin tarixdə 241 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə müvafiq olaraq zamin Cavabdeh1 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Borcun qaytarılması məqsədi ilə tərəflərindən Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə 2019-cu il tarixdə müraciət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-4212/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə Camaləddin Caməmməd oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-4212/2019 nömrəli mülki işin icraatı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanında göstərilən məsələlər öz həllini tapanadək dayandırılmışdır. Tərəflərindən həmin işin təzələnməsi ilə bağlı ərizə verilsədə bu günə qədər həmin mülki iş təzələnməmiş və bu səbəbdən yeni iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməli olmuşlar. Bank qarşısındaki öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1033.11 (min otuz üç dollar, on bir sent) ABŞ dolları əsas borc, 403 (dörd yüz üç) ABŞ dolları faiz borcu, 803.46 (səkkiz yüz üç dollar, qırx altı sent) ABŞ dolları cərimə, 143.53 (yüz qırx üç dollar, əlli üç sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-cimaddəsinə uyğun olaraq) olmaqla,cəmi 2383.1 (ikimin üç yüz səksən üç dollar, on sent) ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 958.14 (doqquz yüz əlli səkkiz dollar, on dörd sent) ABŞ dolları əsas borc, 373 (üç yüz yetmiş üç) ABŞ dolları faiz borcu, 745.99 (yeddi yüz qırx beş dollar, doxsan doqquzsent) ABŞ dolları cərimə borcu, 133.08 (yüz otuz üç dollar, səkkiz sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 2210.21 (iki min iki yüz on dollar, iyirmi bir sent) ABŞ dolları olmaqla, ümumillikdə 4593.31 (dörd min beş yüz doxsan üç dollar, otuz bir sent) ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2.600 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli, 240 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus MERCEDES BENZ E200 markalı, tünd göy metal rəngli, buraxılış ili 2000-ci il olan, 90UV463 dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 5.200 (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh1 ilə həmin tarixdə 241 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. - Maliyyə arayışına əsasən borclunun xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1033.11 (min otuz üç dollar, on bir sent) ABŞ dolları əsas borc, 403 (dörd yüz üç) ABŞ dolları faiz borcu, 803.46 (səkkiz yüz üç dollar, qırx altı sent) ABŞ dolları cərimə borcu, 143.53 (yüz qırx üç dollar, əlli üç sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-cimaddəsinə uyğun olaraq) olmaqla,cəmi 2383.1 (ikimin üç yüz səksən üç dollar, on sent) ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 958.14 (doqquz yüz əlli səkkiz dollar, on dörd sent) ABŞ dollarıəsas borc, 373 (üç yüz yetmiş üç) ABŞ dolları faiz borcu, 745.99 (yeddi yüz qırx beş dollar, doxsan doqquzsent) ABŞ dolları cərimə borcu, 133.08 (yüz otuz üç dollar, səkkiz sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 2210.21 (iki min iki yüz on dollar, iyirmi bir sent) ABŞ dolları olmaqla, ümumillikdə 4593.31 (dörd min beş yüz doxsan üç dollar, otuz bir sent) ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7490 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli, 240 nömrəli Kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 maliyyə arayışında göstərilən tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə: əsas borc üzrə __ 1092,56 ABŞ dolları, faiz borcu üzrə __ 316,33 ABŞ dolları. əldən çıxmış fayda borcu (illik 5%-lə) __ 151,75 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 241 nömrəli Kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 maliyyə arayışında göstərilən tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2019-cu il tarixə: əsas borc üzrə __ 864,63 ABŞ dolları, faiz borcu üzrə __ 297,80 ABŞ dolları, əldən çıxmış fayda borcu (illik 5%-lə) __ 120.09 ABŞ dolları, Göründüyü kimi cavabdehlər müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Həmçinin cərimə məbləği ilə bağlı məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 240 nömrəli müqavilə üzrə cərimə məbləği 80.30 (səksən dollar otuz sent) və xx.xx.2014-cü il tarixli 241 nömrəli müqavilə üzrə isə 74.50 (yetmiş dörd dollar əlli sent) müəyyən edilməlidir. İddia tələbinin əsas, faiz və əldən çıxmış fayda borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, əsas, faiz və əldən çıxmış fayda borcu ekspert rəyinə əsasən hesablanmış əsas, faiz və əldən çıxmış fayda borcu həcmində təmin edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qisməm təmin edilməli, xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi üzrə 1092,56 ABŞ dolları əsas borc, 316,33 ABŞ dolları faiz borcu, əldən çıxmış fayda borcu (illik 5%-lə) 151,75 ABŞ dolları Cavabdeh2; xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi üzrə 864,63 ABŞ dolları əsas borc, 297,80 ABŞ dolları faiz borcu, əldən çıxmış fayda borcu (illik 5%-lə) 120.09 ABŞ dolları cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borcluya dəfələrlə rəsmi olaraq müraciət edilsə də, heç bir ödəmə həyata keçirilməmişdir. Borclu dəfələrlə əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, tutma Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti MERCEDES BENZ E200 markalı, tünd göy metal rəngli, buraxılış ili 2000-ci il olan, **-UV-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərracda satılaraq və satışından əldə edilən vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 90 (doxsan) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 240 nömrəli kredit müqaviləsi üzrə 1092,56 (min doxsan iki dollar, əlli altı sent) ABŞ dolları əsas borc, 316,33 (üç yüz on altı dollar, otuz üç sent) ABŞ dolları faiz borcu, 80.30 (səksən dollar otuz sent) ABŞ dolları cərimə, əldən çıxmış fayda borcu (illik 5%-lə) 151,75 (bir yüz əlli bir dollar, yetmiş beş sent) ABŞ dolları Cavabdeh2; xx.xx.2014-cü il tarixli, 241 nömrəli kredit müqaviləsi üzrə 864,63 (səkkiz yüz altmış dörd dollar, altmış üç sent) ABŞ dolları əsas borc, 297,80 (iki yüz doxsan yeddi dollar, səksən sent) ABŞ dolları faiz borcu, 74.50 (yetmiş dörd dollar əlli sent) ABŞ dolları cərimə, əldən çıxmış fayda borcu (illik 5%-lə) 120.09 (bir yüz iyirmi dollar, doqquz sent) ABŞ dolları cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti MERCEDES BENZ E200 markalı, tünd göy metal rəngli, buraxılış ili 2000-ci il olan, **-UV-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərracda satılaraq və satışından əldə edilən vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. 90 (doxsan) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC bank hesabına ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar