Məhkəmə qərarları › İş №e-2(008)-2926/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2926/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2926/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R********** SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı, xx.xx.2021-ci il tarixli 001R**********SC saylı sazişlərin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 8836.01 manat məbləğində kredit borcu, 2491.53 manat məbləğində laiz borcu və 1581.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12909 (on iki min doqquz yüz doqquz) manat 19 (on doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 001L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşmasıilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 001R********** saylı krеdit razılaşmasıəsasında 36 aymüddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SAsaylı, xx.xx.2021-ci iltarixli 001R**********SB saylı, xx.xx.2021-ciiltarixli 001R**********SC saylı sazişlərazılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1163.99 manat ödəmiş, onun 8836.01 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ciiltarixə 179 gün üçün hesablanmış faiz borcu 2491.53 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 179 gün üçün hеsablanmış cərimə 1581.65 manat təşkiledir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzun müddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artıarlmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı krеdit razılaşması, xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı, xx.xx.2021-ci il tarixli 001R**********SC saylı sazişlərin ləğv edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 6870.02 manat məbləğində krеdit bоrcu, 2866.18 manat məbləğində faiz bоrcu və 2129.07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11865.27 məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyöun olduğundan məhkəmə tərəfindən mümükün hesab edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına d a i r qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-eu il tarixli 001L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krediı xətli açılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli 001S**********01, 001S**********01, 001S**********01 saylı zaminlik müqavilələrnin surətindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasının təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 Cavabdeh2, zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun biitüıı öhdəliklərini icra etməlidirlər. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə 6870.02 manat kredit borcu, 2866.18 manat məbləğində faiz borcu və 2129.07 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 borcunu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmiş, bunulada iddiaçını kredit müqaviləsi bağlayan zaman ümid etiklərinə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Həmçinin zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər dört cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə cavabdehlərədən tələb edilən cərimənin məbləğində diqqət yetirərək qeyd edir ki, cavabdehlərdən tutulmalı olan cərimənin məbləği tənasübsüz olaraq çox qeyd edilmişdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı tərəfindən cavabdehlərdən tutulması üçün kredit müqaviləsi üzrə 2129.07 manat cərimə tələb edilmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kredit müqaviləsi üzrə ödənilməli olan cərimə məbləğini 2129.07 manat məbləğindən 100 manat məbləğinədək azaldılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçi İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı, xx.xx.2021-ci il tarixli 001R**********SC saylı sazişlərin ləğv edilməli, javabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6870.02 (altı min səkkiz yüz yetmiş manat, iki qəpik) manat əsas, 2866.18 (iki min səkkiz yüz altmlş altı manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 9836.2 (doqquz mün səkkiz yüz otuz altı manat, iyirmi qəpik ) manat məbləğində pul və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməldir. İş materiallarında olan ödəniş tapşırğından görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən cəmi 128.73 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə dəbbə pulunun azaldılmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı, xx.xx.2021-ci il tarixli 001R**********SC saylı sazişlərin ləğv edilsin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6870.02 (altı min səkkiz yüz yetmiş manat, iki qəpik) manat əsas, 2866.18 (iki min səkkiz yüz altmlş altı manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 9836.2 (doqquz min səkkiz yüz otuz altı manat, iyirmi qəpik ) manat məbləğində pul və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar