Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2928/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 19395,61 ABŞ dolları, ondan 9750,13 ABŞ dolları əsas, 9645,48 ABŞ dolları faiz borcu və ödənilmiş 189 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2015-ci il tarixli 10-xx-xx-015047 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X3 48 ay müddətinə, illik 28 % olmaqla 10975 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015ci il tarixli 10-xx-xx-015047 saylı Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borcu- 9750.13 ABŞ dolları, faiz borcu -9645.48 ABŞ dolları, ümumilikdə 19395.61 ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsəsi-Cavabdehdır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. İddiaçının nümayəndəsi məhkəmə elktron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, kredit müqaviləsi üzrə zamanında onun atsından tutulub, hazırda həmin borc cavabdehdən tələb edilə bilməz Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdkalardır. "xxxx" ASC ilə X6 arasında xx.xx.2015-ci il tarixli 10-xx-xx-015047 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 48 ay müddətinə, illik 28 % olmaqla 10975 ABŞ dolları məbləğində kredit verilmişdir. Sabunçu rayon Məhkəməsini xx.xx.2016-cı il tarixli əmri ilə xx.xx.2015-ci il tarixli 10xx-xx-015047 saylı Kredit müqaviləsinə əsasən X1 9750,13 ABŞ dolları əsas borc, 3672,66 ABŞ dolları faiz borcu, cəmi 13422,79 ABŞ dolları Bankın xeyrinə tutulmuşdur. X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür (995849 №-li ölüm haqqında şəhadətnamə). Məhkəmə əmri icraya yönəlmiş, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, borclunun əmlakı yoxlanılmış, nəticədə borcun tutulması borclunun pensiyasına yönəlmişdir. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli qərarla borclu öldüyündən və hüquqi varis təyin edilmədiyindən icraata xitam verilmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Hazırda iddiaçı Bank həmin borc məbləğini (əsas borc eyni, faiz artmışdır) borclunun varisindən tələb edir . Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tələb edilən borc tələbi artıq məhkəmə qaydasında tələb edilib və yenidən həmin kredit müqaviləsi üzrə iddia qaldırıla bilməz. Məhkəmə hesab edir ki, hazırki mmübahisə məhkədə deyil, icra mərhələsində həll edilməli məsələdir. Bundan başqa, həmin Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh fərqli olsa da, o, faktiki öz hərəkətəlrinə görə deyil, atasının hərəkətlərinə görə cavabdehlik daşımasına görə verilib məhkəməyə. Bu əsasdan məhkəmə hesab edir ki, hazırki işin halları 261.0.2-ci maddəsinin təsirinə də düşür. Göründüyü kimi artıq İddiaçı ASC ilə Cavabdeh arasında olan mübahisəyə hüquqi qiymət verilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2928/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2928/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver