Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3000/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 350.000 manat məbləğində borcun, 3000 manatı vəkil xidmət haqqının və ödənilmiş 643 manat dövlət rüsumunun tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə borcun etirafına dair saziş bağlanmışdır. Sazişdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Azadlıq metrosu yaxınlığında daşınmaz əmlak almaq məqsədi ilə 2024-cü ilin fevral ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində Cavabdeh ümumilikdə 600.000 Azərbaycan manatı pul vəsaiti ödənilmişdir. Cavabdeh da öz növbəsindən Bakı şəhəri, Azadlıq metrosu yaxınlığında yerləşən daşınmaz əmlakı satmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh nəzərdə tutulan müddətdə öhdəliyini icra etməmişdir. Cavabdeh 600.000 manat pul vəsaitinin 250.000 manatını İddiaçı geri ödəmişdir. Sazişin bağlandığı tarixdə Cavabdeh İddiaçı 350.000 manatı pul vəsaiti borcu vardır. Sazişin 1-ci bəndində Cavabdeh 350.000 manatı borc məbləğini xx.xx.2025-ci il tarixədək iddiaçı Beybutov İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öhdəliyin icra vaxtından 2 aya yaxın zaman keçsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliyin icrasından yayınır. Sazişin 2-ci bəndində tərəflər sazişin icrası ilə bağlı yaranacaq mübahisələrə baxmaqda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin səlahiyyətli olmağı ilə bağlı razılığa gəlmişlər. İşin hallarından göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixli saziş üzrə öhdəliklərini icra etmir və hazırda cavabdehin iddiaçıya olan borc məbləği 350.000 manatı təşkil edir. Nəticə etibarilə, mübahisənin məhkəmədən kənar həlli qeyri-mümkün olduğu üçün saziş üzrə ödənilməli olan borc məbləği məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri 25 saylı vəkil bürosu ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixli, EM-1602VK-13511/254 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və sonuncu tərəfindən 3000 manatı vəkil xidmət haqqı ödənilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 643 manat dövət rusumu ödənilmişdir. Həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm də iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, nümayəndə və vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında bağlanmış saziş başqa əqdi pərdələmək xarakteri daşıyır, reallığı əks etdirmir. Tərəflər heç bir öhdəlik münasibətlərinə daxil olmamışlar. Qeyd olunanlara əsasən nümayəndə və vəkil iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli sazişdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Azadlıq metrosu yaxınlığında daşınmaz əmlak almaq məqsədi ilə 2024-cü ilin fevral ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində Cavabdeh ümumilikdə 600.000 (altı yüz min) Azərbaycan manatı pul vəsaiti ödənilmişdir. Cavabdeh Bakı şəhəri Azadlıq metrosu yaxınlığında yerləşən daşınmaz əmlakı satmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh nəzərdə tutulan müddətdə öhdəliyini icra etməmişdir. Cavabdeh 600.000 (altı yüz min) Azərbaycan manatı pul vəsaitinin 250.000 (iki yüz əlli min) Azərbaycan manatını İddiaçı geri ödəmişdir. Cavabdeh sazişin bağlandığı günə İddiaçı 350.000 (üç yüz əlli min) Azərbaycan manatı pul vəsaiti borcu vardır. Cavabdeh 350.000 (üç yüz əlli min) Azərbaycan manatı borc məbləğini xx.xx.2025-ci il tarixədək İddiaçı geri ödəməyi öz öhdəsinə götürür. Tərəflər sazişin mahiyyətini dərk edir və onun hüquqi nəticələrini qəbul edirlər. Tərəflər qeydiyyat ünvanlarından asılı olmayaq sazişin icrası ilə bağlı yaranacaq mübahisələrə baxmaqda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin səlahiyyətli olmağı ilə bağlı razılığa gəlirlər. Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli əlyazmasından görünür ki, o, Bakı şəhəri Azadlıq metrosu yaxınlığında daşınmaz əmlak satmaq məqsədi ilə 2024-cü ilin fevral ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində iddiaçıdan ümumilikdə 600.000 (altı yüz min) manat pul vəsaiti almışdır. Həmin pul vəsaitinin 250.000 (iki yüz əlli min) manatını geri ödəmişdir. Həmin pul vəsaitinin qalıq 350.000 (üç yüz əlli min) manat hissəsini xx.xx.2025-ci il tarixədək İddiaçı geri ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri 25 saylı vəkil bürosunun hesabına 2000 (iki min) manat məbləğində hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri 25 saylı vəkil bürosunun hesabına 1000 (min) manat məbləğində hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli sazişə əsasən, Bakı şəhəri Azadlıq metrosu yaxınlığında daşınmaz əmlak almaq məqsədi ilə iddiaçı tərəfindən 2024-cü ilin fevral ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində cavabdehə ümumilikdə 600.000 manatı pul vəsaiti ödənilmiş və cavabdeh həmin daşınmaz əmlakı satmağı öhdəsinə götürmüşdür. Cavabdeh 600.000 manat pul vəsaitinin 250.000 manat hissəsini iddiaçıya geri ödəmişdir. Cavabdehin sazişin bağlandığı günə iddiaçıya 350.000 manat pul vəsaiti borcu vardır və həmin pul vəsaitini xx.xx.2025-ci il tarixədək iddiaçıya geri ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndə və vəkili məhkəmə iclasında tərəflər arasında bağlanmış həmin sazişin başqa əqdi pərdələmək xarakteri daşıdığını, reallığı əks etdirmədiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq, həmin sazişdən əlavə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əlyazmasında da Cavabdeh Bakı şəhəri Azadlıq metrosu yaxınlığında daşınmaz əmlak satmaq məqsədi ilə 2024-cü ilin fevral ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində iddiaçıdan ümumilikdə 600.000 manat pul vəsaiti aldığını, həmin pul vəsaitinin 250.000 manatını geri ödədiyini etiraf etmiş, qalıq 350.000 manat hissəsini xx.xx.2025-ci il tarixədək İddiaçı geri ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh öhdəliyini icra etməmiş, 350.000 manat pul vəsaitini iddiaçıya ödəməmişdir. Bu səbəbdən də, iddiaçının həmin etirafdan irəli gələn tələbetmə hüququ yaranmışdır. Belə olan halda, məhkəmə tərəflər arasında bağlanmış sazişi, həmçinin cavabdehin əlyazmasını nəzərə alaraq, iddiaçının dəlilləri ilə razılaşır və hesab edir ki, həmin dəlilləri şübhə altına alacaq məqam aşkar edilməmişdir. Cavabdehin iddiaçıdan götürdüyünü etiraf etdiyi 350.000 manatı pulu qaytarması ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir. Ona görə də, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 643 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri 25 saylı vəkil bürosunun hesabına cəmi 3000 manat ödəniş edilmişdir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 643 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə bağlı 3000 manat vəkil xidmət haqqı cavabdehə aid edilməli, əvəzi cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350.000 (üç yüz əlli min) manat pul, 3000 (üç min) manat hüquqi yardım göstərilməsi ilə bağlı vəkil xidmət haqqının əvəzi və 643 (altı yüz qırx üç) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 353.643 (üç yüz əlli üç min altı yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3000/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3000/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver