Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3030/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli GTKR2558130A121 saylı “krediti müqaviləsinə əsasən 1615.76 AZN əsas, 368.34 AZN faiz, cəmi 1984.10 AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli **********01944121 saylı “krediti xətti müqaviləsinə əsasən 245.25 AZN əsas, 44.65 faiz, cəmi 289.90 manat borcun və ödənilmiş 42.74 manat dövlət rüsumunun tutularaq iddiaçı “KapitalBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2558130A121 saylı “krediti müqaviləsi”nə əsasən ona 48 ay müddətinə illik 24.71 faiz dərəcəsilə 1780 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********01944121 saylı “kredit xətti müqaviləsi”nə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəjəsilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhədlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə banka xx.xx.2020-ci il tarixli GTKR2558130A121 saylı “krediti müqaviləsi”nə əsasən 1615.76 AZN əsas, 368.34 AZN faiz, cəmi 1984.10 AZN borcu, xx.xx.2019-cu il tarixli **********01944121 saylı “krediti müqaviləsi” əsasən 245.25 AZN əsas, 44.65 AZN faiz, cəmi 289.90 AZN borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında bildirmişdir ki, o kredit borcun pensiyadan əldə etmiş olduğu pul vəasiti hesabına ödəyirdi, hazırda pensiyası kəsildiyindən, kreditin aylıq ödənişini ödəmək iktidarından məhrum olmuşdur. Pensiyası düzəldikdən sonra yenə də aylıq ödənişlərini həyata keçirəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR2558130A121 saylı “krediti müqaviləsi” əsasən cavabdehə illik 24.71 faiz dərəcəsi ilə 48 ay müddətinə 1780 manat məbləğində kredit verilmişdir. -xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1780 manat məbləğində pul vəsaitini almışdır. -xx.xx.2020-ci il tarixli GTKR2558130A121 nömrəli kreditin müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 58.73 manat müəyyən edilir. -iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********01944121 saylı “krediti müqaviləsi” əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 59 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1 ədəd plastik kart almışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2020-ci il tarixli GTKR2558130A121 saylı kredit müqaviləsi üzrə 1615.76 manat əsas, 368.34 manat faiz, cəmi 1984.10 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli **********01944121 saylı kredit xətti müqaviləsinə əsasən 245.25 manat əsas, 44.65 manat faiz, cəmi 289.90 manat borcu mövcuddur. İş materiallarına əlave edilmiş xx.xx.2021-ci il tarixli, 16/57387 nömrəli pretenziya məktublarından görünür ki, cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 42.74 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasıda bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, GTKR2558130A121 saylı kredit müqaviləsinə əsasən 1615.76 (bir min altı yüz on beş manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 368.34 (üç yüz altmış səkkiz manat, otuz dörd qəpik) manat məbləğində faiz borcu və xx.xx.2019-cu il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsinə əsasən 245.25 (iki yüz qırx beş manat, iyirmi beş qəpik) manat əsas, 44.65 (qırx dörd manat, altmış beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2274 (iki min iki yüz yetmiş dört) manat borcun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42.74 (qırx iki manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, GTKR2558130A121 saylı kredit müqaviləsinə əsasən 1615.76 (bir min altı yüz on beş manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 368.34 (üç yüz altmış səkkiz manat, otuz dörd qəpik) manat məbləğində faiz borcu və xx.xx.2019-cu il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsinə əsasən 245.25 (iki yüz qırx beş manat, iyirmi beş qəpik) manat əsas, 44.65 (qırx dörd manat, altmış beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə cəmi 2274 (iki min iki yüz yetmiş dört) manat borcun və 42.74 (qırx iki manat, yetmiş dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3030/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3030/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver