Məhkəmə qərarları › İş №e-2(008)-3041/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3041/2023

13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3041/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8 iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC (sonradan - "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün aparılmış təmir işlərinə çəkilmiş 19450 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə ödənilmiş 42786,15 manat gəlirin məbləği üzrə hesablanmış 6267,45 manat vergi məbləği, cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavabdehə köçürmə yolu ilə ödənilmiş 5500 manat maddi zərərin və 184 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105.3 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh ilə Bakı şəhəri 44 saylı DNK-da bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə götürmüşdür. 2021-ci ilin iyul ayında X9 "İntemational” ASC-yə müraciət edərək, icarə sahəsini aldığını bildirmiş, icarəçidən sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Bundan sonra, dəfələrlə obyektə müdaxilə edilmiş, reklam yazıları cırılmış, qapının üzərinə müəsissənin bağlanmasına dair yazılar yapışdırılmışdır. Sonradan aydın olmuşdur ki. Cavabdeh "xxxx" ASC-nin məlumatı olmadan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsini X3 və ona qeyd edilən qeyri-yaşayış sahəsinin üzərində hər-hansı məhdudiyyət və yükllilüyün olmadığını bildirmiş, icarə müqaviləsi barədə ona məlumat verməmişdir. Nəticədə iddiaçı ilə X9 arasında mübahisə yaranmış, iş məhkəmə qaydasında mübahisələndirilmişdir. Belə ki, obyekt əvvəlcədən uzun müddətli (5 il müddətinə) icarə müqaviləsi əsasında istifadəyə qəbul edildiyi üçün, biznes planı üzrə qeyri yaşayış sahəsində aparılacaq iş fəaliyyətinə uyğun olaraq istifadəyə yararlı hala salınması üçün cavabdehin şifahi razılığı əsasında mühüm yenidənqurma işləri aparılmışdır. Aparılmış təmir işlərinə 19450 manat xərc çəkilmişdir ki, qeyri yaşayış sahəsinin istifadə hüququndan məhrum qalmış iddiaçı bu hissədə də zərərə uğramışdır. Cavabdeh aparılmış təmir işlərindən sonra dəyəri olduqca artmış qeyri yaşayış sahəsini iddiaçıya heç bir məlumat vermədən, icarə müqaviləsinin 8-ci maddəsinin tələblərini pozmaqla satmış, iddiaçının çəkdiyi xərclər sayəsində haqsız gəlir əldə edərək əsassız varlanmışdır. Təmir işlərinə çəkilmiş xərcin məbləği "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən edilmişdir. Həmçinin, xx.xx.2023-cti il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin arayışına əsasən “Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə 42786,15 manat gəlirin məbləği üzrə vəsait ödənilmişdir ki, bu gəlirdən hesablanmış vergi məbləği 6267,45 manat təşkil etmişdir. Həmçinin sonradan da cavabdehə 5500 manat köçürmə yolu ilə də icarə haqqı ödənmişdir ki, həmin tarixdə cavabdeh məlumat vermədən artıq icarə obyektini əlindən çıxarmışdır. Beləliklə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində "xxxx" ASC-yə ümumilikdə 31215,45 manat maddi zərər dəymişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə qeyd edilən qeyriyaşayış sahəsini beş il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlamışdır. Sonradan xx.xx.2021-ci il tarixdə onunla X7 arasında, daha sonra xx.xx.2021-ci il tarixdə sonuncu ilə X9 arasında həmin qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi kimi Mirvari Kazımova iddiaçıya müraciət edərək, obyekti aldığını bildirmiş və icarəçidən həmin obyekti xx.xx.2021-ci il tarixədək boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Lakin BOKT "xxxx" ASC mübahisəli qeyri-yaşayış sahəsini yalnız 2022-ci ilin fevral ayında tərk etmiş və əşyalarını çıxararaq başqa ünvana yerləşmişdir. Bundan sonra hər iki tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən X4 apellyasiya şikayəti qismən təmin edilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, tərəflərin arasında bağlanmış icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Bununla bağlı cavabdehə iddiaçı tərəfindən heç bir məlumat verilməmişdir və onun razılığı alınmamışdır. 5500 manat hissədə iddiaçının dedikləri qismən doğrudur, belə ki, "xxxx" QSC-nin Cavabdeh hesabına köçürdüyü iyun ayı üçün nəzərdə tutulmuş icarə haqqını (5500 manat) makler vasitəsilə obyekti satdığı X5 vermişdir. Bunu təsdiq edəcək şahidin məhkəmə iclasında iştirakını təmin etməyə çalışacağıq. Əlavə olaraq, Cavabdeh ilə BOKT "xxxx" ASC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada təqsdiq edilsə də, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və buna görə də həm Qurbanlı Kənan, həm də Mirvari Kazımova mübahisəli qeyri-yaşayış sahəsini alqı-satğı yolu ilə əldə edərkən həmin sahə üzərində hüquqi cəhətdən hər hansı məhdudiyyət və yüklülüyün qeydə alınması halı olmamışdır. Son olaraq, hesab edir ki, Cavabdeh 2021-ci ilin iyun ayında alqı-satqı müqaviləsi bağlayaraq icarə sahəsini artıq əlindən çıxartdığından iddiaçının həmin dövr üçün hesablanmış vergi məbləğini ondan tələb etməsi düzgün deyildir. Həmin qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi X9 olduğundan o dövr üzrə hesablanmış vergi gəlirini ondan tələb etməsi daha ağlabatandır. Ən azından iddiaçı icarə obyektindən istifadə edərkən cavabdehə hər hansı icarə haqqı ödəməsə də onlar arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olması görüntüsünü yaradaraq həmin icarə haqqından tutulmalı olan vergini vergi orqanının hesabına köçürməsinə görə mülki məsuliyyəti özü daşımalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, hər iki tərəfin nümayəndələri (vəkilləri) məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onların iştirakə olmadan baxılmasını xahiş etmişdilər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). BOKT "xxxx" ASC xx.xx.2013-cü il tarixdə ********** VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. ünvan 1 ünvandakı yerləşən 105.3 kv.m qeyri-yaşayış sahəsi (sonradan - qeyriyaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olmuşdur (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********30-05101- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış). "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamış, müqavilə Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-59 nömrə ilə təsdiq edilmiş, lakin yüklülük daşınmaz əmlaın dövlət reyestrində qeydə alınmamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı "xxxx" ASC-yə icarəyə vermişdir. Müqavilənin: 4-cü bəndinə əsasən icarə haqqının hər icarə ayının 10-dan gec olmayaraq ödənilməsi; 5-ci bəndinə əsasən bir aylıq icarə haqqı vergi daxil olmaqla 6395,35 manat məbləğində (5500 manat icarə haqqı + 895,35 manat ödəmə mənbəyindn vergi); 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi; 9-cu bəndinə əsasən icarəçi, yəni "xxxx" ASC tərəfindən icarəyə verənin, yəni Cavabdeh, razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərinin apara bilməməsi; 10-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəçi, yəni "xxxx" ASC, tərəfindən hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə verginin ödəməsi nəzərdə tutulmuşdur. Cavabdeh müddəti 5 il müəyyən edilən icarə müqaviləsini müqavilənin 8-ci bəndinə zidd olaraq («müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir») qeyri-yaşayış sahəsini 1 il 3 ay keçməmiş, xx.xx.2021-ci il tarixdə X1. X7 isə təxmini bir ay sonra, xx.xx.2021-ci il tarixdə qeyri-yaşayış sahəsini X2 (işin mübahisəsiz halı). İddiaçı icarə haqqını mütəmadi olaraq ödəmiş, obyekt cavabdehin mülkiyyətindən çıxandan sonra 2021-ci ilin iyul ayının 5500 manat (vergi çıxılmaqla) icarə haqqını Cavabdeh hesabına «Bank of Baku» vasitəsilə xx.xx.2021-ci il tarixdə ödəmiş (**********39388 №-li ödəniş qəbzi), 2021-ci ilin avqust ayından etibarən obyekti boşaltmadan fəaliyyətini orada davam etdirmiş, icarə haqqının ödənilməsini dayandırmış, lakin ödəmə məndəyindən vergini ödəməyə davam etmişdir. Belə ki, iddiaçı "xxxx" ASC adıçəkilən icarə müqaviləsi üzrə ödəmə mənbəyindən tutulan vergi növü üzrə Vergilər Nazirliyi yanında Bakə şəhəri Lokalə Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 895,35 manat olmaqla, cəmi 6267,45 manat, ödəmə məndəyindən vergini ödəmişdir (ödəmə mənbəyindən tutulan vergi bəyannamələri). İddiaçı 2022-ci ilin fevral ayında qeyri-yaşayış sahəsini boşaltmışdır. İddiaçı "xxxx" ASC ilə qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi X9 arasında məhkəmə mübahisəsi yaranmışdır. Belə ki, "xxxx" ASC X6 qarşı iddia verərək, qeyri-yaşayış sahəsinin icarəsinə dair icarə müqaviləsənin eyni şərtlərlə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş 164325,56 manat zərərin alınıb iddiaçıya ödənilməsini istəmişdir. X9 qarşılıqlı iddia verərək, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, "İnternational” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 55352,50 manat məbləğində maddə və 6000 manat mənəvi zərər olmaqla, ümumilikdə 61325,50 manat məbləğində pulun BOKT "İnternational” QSC-dən tutulmasını istəmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, X4 iddiası qismən təmin edilərək, dəymiş zərərin əvəzi 44767,45 manat pul vəsaiti "İnternational” ASC-dən alınıb X6 ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Adıçəkilən qətnamədə tutulması qət edilən 44767,45 manat xx.xx.2021-ci ildən (Kazımova Mirvarinin əmlakı əldə etdiyi tarix) 2022-ci ilin fevral ayına qədər ("İnternational” ASC-nin obyekti boşaltdığı tarix) olan 7 ay üçün nəzərdə tutulan vergi də daxil olmaqla icarə haqqının məbləği olmuşdur (6395,35 manat icarə haqqı x 7 ay = 44767,45 manat). Beləliklə: iddiaçı "İnternational” ASC 2021-ci ilin iyul ayı üçün 5500 manat icarə haqqını artıq mülkiyyətçi olmayan Cavabdeh ödəmiş, lakin həmin məbləğ məhkəmə qətnaməsi ilə ondan X4 xeyrinə tutulmuşdur; 2021-ci ilin iyul ayından dekabr ayına qədər icarə haqqını heç kimə ödəməmiş, lakin həmin icarə haqqının ödəmə mənbəyindən olan 895,35 manat vergi məbləğini vergi orqanına ödəmiş, 2021-ci ilin iyul ayından 2022-ci ilin fevral ayına qədər 7 ay ərzində 6395,35 manat icarə haqqı (5500 manat icarə haqqı + 895,35 manat vergi) məhkəmə qətnaməsinə əsasən sonuncu mülkiyyətçiyə ödəmiş, yəni iddiaçı 6 ay ərzində faktiki olaraq 895,35 manat vergi məbləğini və iyul ayı üçün 5500 manatı iki dəfə ödəmişdir. Hazırda iddiaçı:

1. təmir işlərinə çəkilmiş 19450 manatın,

2. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 6267,45 manat vergi məbləğinin, 3.2021-ci ilin iyul ayı üçün ödənilmiş 5500 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, artıq mülkiyyətçi olmayan Cavabdeh buna hüququ olmadığı halda iddiaçı "İnternational” ASC-dən 2021-ci ilin iyul ayı üçün 5500 manat icarə haqqını qəbul etmiş və bununla da o, əsassız varlanmışdır. Eyni zamanda, iddiaçı həmin məbləği təkrarən X6 ödəmiş və bununla ziyana düşmüşdür. Həmin Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 2021-ci ilin iyul ayı üçü cavabadehə ödədiyi 5500 manat icarə haqqını istəməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, təmir işlərinə çəkilmiş 19450 manata dair iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 6267,45 manat vergi məbləğinin tutulması hissəsində də rədd edilməlidir. Belə ki, əvvəla iyun ayı üçün ödənilmiş vergi məbləği iki dəfə ödənilməmiş, iddiaçı həmin ay üçün icarə haqqını da ödədiyinə görə vergi məbləğini də ödəməli idi. Lakin 6 ay ərzində, yəni iyul-dekabr ayları üzrə, iddiaçı 895,35 manat vergi məbləğini iki dəfə – könüllü vergi orqanına və qətnamə əsasında Kazımova Mirvariyə ödəmişdir. İddiaçı hesab edir ki, həmin məbləği cavabdehin təqsiri ücbatından iki dəfə ödədiyinə görə cavabdehdən tutulmalıdır. Məhkəmə buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, ödəmə mənbəyindən tutulan vergi əldə edilmiş gəlirə görə ödənilir. İşin hallarından göründüyü kimi, cavabdeh həmin dövr üçün gəlir əldə etməmiş, icarə münasibətləri iddiaçı ilə cavadehin arasında formal mövcud olsa da, faktiki olmamış, cavabdeh yazılı xəbərdarlıq etmədən obyekti satmaqla müqavilə şərtlərini pozmuş, lakin iddiaçı artıq obyektin satılıdığını bilmiş, icarə haqqının ödənilməsini dayandırmış, könüllü olaraq icarə obyektini tərk etməmiş və faktiki mövcud olmayan icarə müqaviləsi üzrə vergi məbləğini ödəməyə davam etmişdir. Qeyd edildiyi kimi, icarə müqaviləsinə əsasən verginin ödənilməsi vəzifəsini "xxxx" ASC öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı icarə obyektini tərk etməməklə icarə münasibətlərini faktiki olaraq davam etdirmiş və belə olan halda vergini də ödəməyə davam etməli idi. Bundan başqa, qeyd edildiyi kimi, iddiaçı "xxxx" ASC X6 qarşı iddia verərək, icarə müqaviləsəni eyni şərtlərlə onunla bağlamaq istəmişdir. Həmin müqavilənin şərtlərindən biri verginin "xxxx" ASC tərəfindən ödənilməsidir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin məbləğin cavabdehdən tutulması barədə iddia tələbinin hüquqi əsas mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçı ödədiyi vergi məbləğinin onun tərəfindən ödənilməməli olduğu qənaətinə gələrsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edə bilər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına və bütün sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavabdehə köçürmə yolu ilə ödənilmiş 5500 manat maddi zərər tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı ödədiyi 184 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesaö edir ki, iddia 5500 manat hissədə təmin edildiyindən 75 manat dövlət rüsumu cavabdehdən tutulmalı, 109 manat iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavabdehə köçürmə yolu ilə ödənilmiş 5500 manat maddi zərər və ödənilmiş 75 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 109 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar