Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3049/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 16401.68 (on altı min dörd yiiz bir manat, 68 qəpik) manat - bundan 6585.16 manat əsas, 3661.41 faiz, 5196.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 958.23 manat faiz borcu və iş üzrə ödənilmiş 139.21 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "Dəmir Bank” ASC-yə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli 780/A-12 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 17783 (on yeddi min yeddi yüz səksən üç) ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 13 mart 2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.50 AZN) 9493.89 manat təşkil elmiş, restruktruzasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 15 (on beş) faiz müəyyən edilmiş, kreditin müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 16401.68 manat təşkil edir. Bundan 6585.16 manat əsas, 3661.41 manat faiz, 5196.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 958.23 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********676 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cəmi 16401.68 manat - bundan 6585.16 manat əsas, 3661.41 manat faiz, 5196.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 958.23 manat faiz və iş üzrə ödənilmiş 139.21 manat dövlət rüsumunun Cavabdeh tutulmasına, tutmanın ipoteka predmeti “MG 350" markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan ‘Dəmir Bank" ASC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəmə tərəindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ləğv prosesində olduğu üçün Bankın ünvanını tapa bilməmiş, sonradan Xocalı prospektində olduğunu öyrənmişdir. İddiaçı ilə aralarında Barışıq Sazişi olduğunu, onun məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmiş, barışıq sazişinin şərtlərinin ona aydın olduğunu bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və tərəflər arasında bağlanmış barışığ sazişinin təsdiq edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Dəmir Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 78A-12 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, borcalanın xx.xx.2012-ci il tarixli, 78A-12 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında 6329.26 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1USD=1.50 manat) 9493.89 manat təşkil edir. Borcalanın Kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibini 6329.26 (ABŞ dolları əsas borc, 1447.47 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 204.74 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit borcunun faiz dərəcəsi 15 faiz, müqavilə müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 6585.16 (altı min beş yüz səksən beş manat, on altı qəpik) manat əsas borc, 3661.41 (üç min altı yüz altmış bir manat, qırx bir qəpik) manat faiz borcu, 5196.88 (beş min yüz doxsan altı manat, səksən səkkiz qəpik) manat cərimə borcu, 958.23 (doqquz yüz əlli səkkiz manat, iyirmi üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, 16401.68 (on altı min dörd yüz bir manat, altmış səkkiz qəpik) manat təşkil edir. Dəmir Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış 2**********676 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcalan borc məbləğini 3 gün ərzində təmin edilmədiyi təqdirdə bu tələblə bağlı məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 139.21 manat dövlət rüsumu ödənilmişdir. Dəmir Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli 780/A-12 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan MG 350 markalı 90RT594 dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında yüklü edilmişdir. Dəmir Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 780/A-12 saylı ipoteka müqaviləsinə əlavə olunun 2 nömrəli sazişidən görünür ki, Dəmir Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 780/A-12 saylı ipoteka müqaviləsinə əlavə olunun 2 nömrəli sazişidən görünür ki, xx.xx.2012-ci il tarixli, 78A-12 saylı kredit müqaviləsi restrukturizasiya olunaraq müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. restrukturizasiya olunaraq müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 78Q/A-12 saylı, xx.xx.2012-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə saziş üzrə 6585.16 manat əsas, 3661.41 manat faiz, 5196.88 manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 780/A-12 saylı, xx.xx.2012-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017- ci il tarixli 02 saylı Əlavə saziş üzrə 1800 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6000 manat məbləğində borcun 3 (üç) ay müddətinə, yəni 2023-cü ilin iyul ayından başlayaraq, hər ay 2000 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilərin borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 3 (üç) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.4 Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Cavabdeh və İpoteka qoyan Cavabdeh ipoteka predmeti olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilin bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.6 Tərəflər razılaşır ki, bu Sazişinin 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan markalı avtomobil Cavabdeh məxsus olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilə (xx.xx.2012-ci il tarixli İpoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2012; qeydiyyat nömrəsi: 780/A-12) yönəldilməsinə və açıq hərracda satılmasına, satışdan əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmirlər. 2.7 Cavabdeh və İpoteka qoyan Cavabdeh təsdiq edir ki, ona məxsus olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilin açıq hərrac vasitəsilə satılmasına etiraz etmir. 2.8 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəlik məbləği cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra Cavabdeh məxsus olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobil Cavabdeh və İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.9 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1 -ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.10 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəfin izahatını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı və hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasınada bağlanmış barışıq sazişi təsdiq edilməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 78Q/A-12 saylı, xx.xx.2012-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə saziş üzrə 6585.16 manat əsas, 3661.41 manat faiz, 5196.88 manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 780/A-12 saylı, xx.xx.2012-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017- ci il tarixli 02 saylı Əlavə saziş üzrə 1800 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6000 manat məbləğində borcun 3 (üç) ay müddətinə, yəni 2023-cü ilin iyul ayından başlayaraq, hər ay 2000 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilərin borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 3 (üç) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.4 Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Cavabdeh və İpoteka qoyan Cavabdeh ipoteka predmeti olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilin bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.6 Tərəflər razılaşır ki, bu Sazişinin 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan markalı avtomobil Cavabdeh məxsus olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilə (xx.xx.2012-ci il tarixli İpoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2012; qeydiyyat nömrəsi: 780/A- 12) yönəldilməsinə və açıq hərracda satılmasına, satışdan əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmirlər. 2.7 Cavabdeh və İpoteka qoyan Cavabdeh təsdiq edir ki, ona məxsus olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobilin açıq hərrac vasitəsilə satılmasına etiraz etmir. 2.8 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəlik məbləği cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra Cavabdeh məxsus olan “MG 350” markalı 90RT594 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan avtomobil Cavabdeh və İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.9 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1 -ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.10 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edildiyindən iddia üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3049/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3049/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver