Məhkəmə qərarları › İş №e-2(008)-3116/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3116/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3116/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 5.585,80 manat məbləğində borcunbundan 5.385.29 manat əsas borcun və 200.51 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 75.86 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə borc alan Manafov Kamal Ağakərim oğlu arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 21 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819- 01 nömrəli kredit müqaviləsinə əsasən borc alan Kamal Manafova 26 avqust 2014-cü il tarixli 199015/26082014 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 5.387,69 (beş min üç yüz səksən yeddi manat 69 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Borc alan Manafov Kamal Ağakərim oğluna kredit verilərkən Cavabdeh ilə bank arasında 21 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən borc alan Manafov Kamal Ağakərim oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən kredit borcunun ödənilməsi barədə borc alana və cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Manafov Kamal Ağakərim oğlunun 21 avqust 2019-cu il tarixli MBNP 005- 7199015FİMSA(B)210819-01 nömrəlikredit müqaviləsi üzrə 9 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 5.585,80 manat məbləğində borcu vardır. Bundan 5.385.29 manat əsas borc və 200,51 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi 02 noyabr 2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, borc alan Manafov Kamal Ağakərim oğlu öldüyü üçün 13 sentyabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vərəsəlik işlərinin açılıb açılmamasına dair” elektron portalından 23 sentyabr 2024-cü il tarixdə verilmiş arayışdan məlum olur ki, 09 iyul 2022-ci il tarixdə ölmüş borc alan Manafov Kamal Ağakərim oğlunun vərəsələrinin müəyyən edilməsi ilə əlaqədar vərəsəlik işi açılmamışdır. İddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, ekspert rəyinə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmədyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 hazırda anasının yataq xəstəsi olduğunu, aldığı təqaüdün onun dərmanlarına güclə yetdiyini bildirdi. Məhkəmədən onun hazırda maddi imkanın aşağı olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Manafov Kamal Ağakərim oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Manafov Kamal Ağakərim oğluna 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 5387.69 manat məbləğində kredit verilmişdir. Manafov Kamal Ağakərim oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - ödəniş cədvəlidən görünür ki, Manafov Kamal Ağakərim oğlu xx.xx.2019-cu il tarixdən tarixdən başlayaraq hər ay banka 114.55 manat (sonuncu ay 114.48 manat) banka ödəməli idi. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 75.86 manat dövlət rüsumu ödənilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)210819-01/ZM/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu İddiaçı ASC ilə Manafov Kamal Ağakərim oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsi üzrə borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. - AZ-İİ seriyalı 281063 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Manafov Kamal Ağakərim oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Manafov Kamal Ağakərim oğlu öldüyü üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, borc ödənilməsi 3 gün ərzində təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Manafov Kamal Ağakərim oğlunun xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsi üzrə banka 5385.29 manat əsas, 200 manat faiz borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Manafov Kamal Ağakərim oğlunun adına vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Manafov Kamal Ağakərim oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Manafov Kamal Ağakərim oğluna 60 ay müddətinə illik 1 faizlə 5387.69 manat məbləğində kredit verilmiş, Manafov Kamal Ağakərim oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə öldüyündən kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Nəticədə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)210819- 01/ZM/1 nömrəli zaminlik müqaviləsinə əsasən sonuncu kreditor qarşısında tam məsuliyyət daşımışdır. Məhkəmə qeyd edir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərlə müəyyən olundu ki, Manafov Kamal Ağakərim oğlu İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit sazişi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Manafov Kamal Ağakərim oğlu öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, Cavabdeh Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Manafov Kamal Ağakərim oğlunun İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Manafov Kamal Ağakərim oğlu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2680 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Manafov Kamal Ağakərim oğlunun İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə - vəfat etdiyi tarixə: əsas borc üzrə 5384.76 manat; faiz borcu üzrə 120.20 manat. xx.xx.2024-cü il tarixə-maliyyə arayışının verildiyi tarixə: əsas borc üzrə 5384.76 manat; faiz borcu üzrə 200.97 manat. Qeyd: xx.xx.2019-cü il tarixli, MBNP ***-*******FİMSA(B)210819-01 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Manafov Kamal Ağakərim oğluna cərimə borcu hesablanmadı. Beləliklə, məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi üzrə 5384.76 manat əsas borc, 120.20 manat faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5384.76 manat əsas borc, 120.20 manat faiz borcu olmaqla, cəmi 5504.96 məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 75.04 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, həmçinin, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul tətəflərdən müştərək qaydada, yəni 50 manat İddiaçı ASC-dən və 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5384.76 manat əsas borc, 120.20 manat faiz borcu olmaqla, cəmi 5504.96 məbləğində pul vəsaiti və 75.04 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul tərəflərdən müştərək qaydada, yəni 50 manat İddiaçı ASC-dən və 50 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar