Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3122/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 22 955,00 (iyirmi iki min doqquz yüz əlli beş) manat məbləğində zərərin və 159.00 (yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun, cəmi 23 114,00 (iyirmi üç min yüz on dörd) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tutularaq ADY QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində günorta saatlarına yaxın "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus TE33A- 0291 saylı teplovoz Puta dəmir yolu stansiyasının 31-ci km piket 7-də Hacıqabul istiqamətində hərəkətdə olan zaman teplovozun idarəetmə kabinasının ön alın şüşəsinə kənardan daş atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 22 955,00 (iyirmi iki min doqquz yüz əlli beş manat 0 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X7 Polis İdarəsinin X11 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. X11 şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/6-3-13-15-1/2-6126/2024 nömrəli məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində günorta saatlarında TE33A-0291 saylı teplovoz Puta dəmir yolu stansiyasının 31-ci km piket 7-də hərəkətdə olarkən baş alın şüşəsinə kənardan daş atılması nəticəsində ön şüşə hissəsinə zərər verən şəxsin xx.xx.2009-cu il təvəllüdlü X6 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, onun valideyni Cavabdeh bölməyə dəvət olunmuş və onun iştirakı ilə X3 izahatı alınmışdır. X6 verdiyi izahatında qeyd olunan teplovozun alın şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 22 955,00 (iyirmi iki min doqquz yüz əlli beş manat 0 qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Sözügedən teplovoz ADY-nin həyata keçirdiyi yük daşımalarında ölkə ərazisinə idxal olunan, həmçinin ölkə ərazisindən ixrac olunan yüklərin təhlükəsiz və vaxtında çatdırılmasında istifadə etdiyi teplovozlardan biridir. ADY-nin əsas gəlir mənbəyi yük daşımalarından əldə edildiyi üçün ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə də müəyyən töhfə vermiş olur. Lakin baş vermiş hadisə nəticəsində sözügedən teplovoz dayanmağa məcbur olduğundan hərəkət qrafikində ləngimə yaranmış və bu hal ümumi olaraq ADY tərəfdən yüklərin vaxtında çatdırılmasında maneə yaratmışdır. Qanunvericiliyin tələbinə əsasən X6 tərəfindən ADY-yə vurulmuş 22 955,00 manat məbləğində zərər və 159,00 (bir yüz əlli doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 23 114,00 (iyirmi üç min yüz on dörd manat 0 qəpik) manat X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən ADY-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X4 cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığını nəzərə alaraq DYNPİ-nin X2 istintaq aparılan HK-1/47 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və X3 baraetverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X6 ifadəsində bildirmişdir ki, 27 iyun 2024-cü il tarixində yerləşən dəmir yolu xəttinin kənarında Sənan Binnətov və onun qardaşı Kənan Binnətovla birlikdə oynayan vaxt Sənana demişdir ki,daşları götürərək dəmir yolu xəttinin üzərinə düzsünlər.Qardaşı Kənan və Sənan onun dedikləri ilə razılaşaraq özüdə daxil olmaqla yerdən kiçik ölçülü daşları götürərək dəmir yolunun kənarından yerdən götürüb dəmir yolu relsinin üzərinə düzmüşlər. Bundan təxminən 2 dəqiqə sonra Bakı istiqamətindən yük qatarın gəldiyini görmüşlər. Qatar onlara yaxınlaşan zaman qatarı idarə edən maşinist onlara əl hərəkətləri ilə söyüş göstərmişdir. Qatarı idarə edən maşinistin bu hərəkətlərindən əsəbləşərək yerdən daş parçasını götürüb teplovozun ön şüşəsini vurmuşdur. Teplovozun ön şüşəsi zədələnmiş qatar dərhal hərəkətini dayandırmışdır. Bundan sonra özü Sənan və Kənan oradan qaçıb getmişlər. Daş parçasın özü tək atmışdır. Sənan və Kənan qatara daşa atmamışlar. Yalnız daş parçalarını dəmir yolu xəttinin üzərinə düzmüşlər. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman X6 on beş yaşında olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.Həmin maddənin 20.2-ci bəndinə əsasən ön dörd yaşı tamam olmuş şəxs yalnız ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və zədələməyə görə cinayət məsuliyyətinə cəlb edilir.Ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və zədələməyə görə cinayət məsuliyyəti əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olduqda cinayət məsuliyyəti yaradır.Araşdırma zamanı "xxxx" QSC-nin 15 iyul 2024-cü il tarixli 13-1/2- 6173/2024 nömrəli məktubundan məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində dəmir yoluna dəymiş maddi ziyan 22955.00 AZN (iyirmi iki min doqquz yüz əlli beş manat, 00 qəpik) təşkil edir.Beləliklə də, qeyd edilən fakt üzrə baş vermiş hadisə nəticəsində "xxxx" QSC-yə ümumilikdə 22955.00 AZN (iyirmi iki min doqquz yüz əlli beş manat, 00 qəpik) məbləğində maddi ziyan dəymişdir.Materillarmdan göründüyü kimi qatara daşa parçası atan X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187.1-ci və 186.1-ci həmçinin ağırlaşdırıcı hallarda həmin maddəsinin tərkibi əlamətləri yoxdur. "xxxx" QSC tərəfindən təqdim ediləm Arayışdan görünür ki, TE33A-0291 magistarl teplovozuna dəymiş ziyanın aradan qaldırılması üçün çəkilməli xərcin dəyəri 22955 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 158 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə əsasən On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.3-cü maddəsinə əsasən Əgər on dörd yaşından on səkkiz yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-nə məxsus TE33A-0291 saylı teplovoz Puta dəmir yolu stansiyasının 31-ci km piket 7-də Hacıqabul istiqamətində hərəkətdə olan zaman teplovozun idarəetmə kabinasının ön alın şüşəsi xx.xx.2009-cu il təvəllüdlü X3 daş atması nəticəsində zədələnmişdir. "xxxx" QSC tərəfindən təqdim edilən arayışdan, habelə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, hadisə nəticəsində iddiaçıya 22955 manat ziyan dəymişdir. Hadisə nəticəsində təqsirli hesab edilən X6 18 yaşına çatmadığından və onun gəlirlərinə dair süburt olmadığından iddiaçı ona dəymiş ziyanı təqsirli hesab edilən şəxsin valdeyini olan Cavabdeh tələb etmişdir. Qanunvericiliyin mənasından da görünür ki, On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Cavabdeh məhkəmə iclasına çağrılsa da, məhkəmə iclasında iştirak etməmiş, həmin zərərin onun təqsiri ucbatından vurulmasını sübuta yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh tutularaq iddiaçıya ödənməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 159 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X3 qanuni nümayəndəsi Cavabdeh 22955 (iyirmi iki min doqquz yüz əlli beş) manat məbləğində dəymiş zərər və 159 (yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Dəmir Yolları QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3122/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3122/2025
27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver