Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3146/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı ləğv prosesində olan QSC “ Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı ləğv prosesində olan QSC “ Bank Standard” KB-nin Cavabdeh Mirzə oğluna qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “ Bank Standard” KB Cavabdeh Mirzə oğluna qarşı iddia rəizəsi ilə məhkəməyə müraciət edərək 571,92 manat məbləğində əsas, 85,55 manat məbləğində faiz, 177,73 manat məbləğində cərimə, 189,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 1024,64 manat məbləğində pulun və 30,25 manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Mirzə oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hesab edir ki, cavabdeh öldüyündən, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan QSC “ Bank Standard” KB-nin Cavabdeh Mirzə oğluna qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3146/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3146/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver