Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3158/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı “X2 Azərbaycan” QSC cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızına qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızına qarşı “borcun tutulması” tələbinə dair sadəşləşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızından əsas məbləğ üzrə borc: 619.56 manat (alyı yüz on doqquz manat, əlli altı qəpik), faiz borcu: 21.85 manat (iyirmi bir manat, səksən beş qəpik), cərimə borcu: 33.45 manat (otuz üç manat, qırx beş qəpik), cəmi borc: 674.86 manat (altı yüz yetmiş dörd manat, səksən altı qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslnadırmışdır ki, xx.xx.2022-ci il tarixdə «X2 Azərbaycan» QSC və Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızı arasında 281173 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızına istehlak yönümlü 2000 (iki min) manat məbləğində pul ayrılmış 24 (iyirmi dörd) ay müddətində illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızı kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızı 19 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, “X2 Azərbaycan” QSC-nin cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızına qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiasını qismən təmin edərək əsas borcun 619,59 (altı yüz on doqquz manat, əlli altı qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin xeyrinə cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızından tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3158/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızına qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. “X2 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də, məhkəmə iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.2, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC və Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızı arasında 281173 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızına istehlak yönümlü 2000 (iki min) manat məbləğində pul ayrılmışdır və o, 24 (iyirmi dörd) ay müddətində illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, kredit alanın müvafiq kredit müqaviləsi üzrə banka olan borcu 619.56 manat (alyı yüz on doqquz manat, əlli altı qəpik), faiz borcu: 21.85 manat (iyirmi bir manat, səksən beş qəpik), cərimə borcu: 33.45 manat (otuz üç manat, qırx beş qəpik), cəmi borc: 674.86 manat (altı yüz yetmiş dörd manat, səksən altı qəpik) manat borc təşkil edir. xx.xx.2023-cü il tarixli bildirişin surətindən götünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublıkası Mülki Məcəlləsini 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Qanun tələbindən də göründüyü kimi məhkəmə hesab edir ki, iddiaçının 33,45 manat cərimə tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcu məbləği hissəsində əsaslıdır. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq müqavilə üzrə öhdəlikləri yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmçinin bağlanmış kredit müqaviləsi üzrə iddiaçı nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh tərəfindən öhdəlik tam olaraq icra olunmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızından 619,56 manat əsas borc, 21,85 manat faiz borcu olmaqla, cəmi 641,41 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Babayeva (Polad-zadə) Nərgiz Gülməmməd qızından 619,56 (altı yüz on doqquz manat, əlli altı qəpik) manat əsas borc, 21,85 (iyirmi bir manat, səksən beş qəpik) manat faiz borcu olmaqla, cəmi 641,41 (altı yüz qırx bir manat, qırx bir qəpik) manat kredit borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3158/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3158/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver