Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3162/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixində notarial qaydada təsdiq edilmiş "kredit (borc) müqaviləsi” üzrə yaranmış 120000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində pulun və 495 (dörd yüz doxsan beş) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə 3M-385 nömrə ilə qeyd edilmiş) "kredit (borc) müqaviləsi” imzalanmışdır. Sözügedən "kredit (borc) müqaviləsi”nə əsasən həmin müqavilə üzrə "borc alan” Cavabdeh 120000 (bir yüz iyirmi min ABŞ dolları) məbləğində pulu xx.xx.2019-cu il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq borc almışdır. Lakin "borc alan” müqavilə üzrə öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yaranmış mübahisənin, daha dəqiq desək "borc verən” (İddiaçı) pozulmuş hüququnun bərpasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilməsini qərara almışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışıdr ki, məhkəmənin icraatında İddiaçı ona qarşı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən pulun geri qaytarılmasına dair iddia tələbi var. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onunla ilkin İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi öz-özlüyndə etibarsızdır. Həmin kredit müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. Müqavilə çox tərəfli əqddir və burada hər bir tərəf üzərinə müqavilə ilə müəyyən edilmiş öhdəlik götürür. Borc müqaviləsi üzrə kreditorun vəzifəsi borc müqaviləsi üzrə müəyyən edilmiş pul məbləğini borcalana vermək, borcalanın vəzifəsi isə həmin alınmış pul məbləğini müqavilə şərtlərinə uyğun olaraq geri qaytarmaqdır. Eyni zamanda borcalanın hüququ müqavilə predmeti olan pul məbləğinin ona verilməsini tələb etmək, borcverənin isə həmin pulu vaxtında geri qaytarılmasını tələb etmək hüququ var. Göründüyü kimi, borc (kredit) müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri qarşılıqlı olaraq müəyyən edilmişdir. Bu o deməkdir ki, kreditor vermədiyi pulu borcludan tələb edə bilməz. Onunla İddiaçı arasında xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlanan zaman, İddiaçı həmin vaxt onun həddən artıq ağır maddi durumda olmağından istifadə etmiş, yalandan pul vərəcəyini vəd edərək onu aldatmışdır. Lakin sonradan heç bir pul verə bilməmiş və ona qarşı da bu müqavilə üzrə hər hansı pul tələbi irəli sürməmişdir. Hər ikisi bugünə kimi bu müqavilə yoxmuş kimi davranmışdırlar. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, cavabdeh bugünədək yalnız qeyd edilən borc məbləğindən 3900 manat ödəniş etmişdir. Həmin ödənişlərin 900 manat hissəsini mülki işin matriallarına əlavə edilmiş çeklərdən müəyyən edildiyi halda, 3000 manat ödənişi isə cinayət işinin araşdırlması zamanı müstəntiqin vaistəsi ilə iddiaçıya ödəmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini, ilkin iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmiş və ilkin iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbini heç bir şəkildə qəbul etmədiyini və iddianı əsassız hesab edirərək, bildirmişdir ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması barədə” Təlimatın 48.1 və 160-1-ci bəndlərinin tələbləri, habelə AR Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbləri (kreditorun pul məbləğini borcalana verməməsi) kobud formada pozulmuşdur. xx.xx.2018-ci il tarixli borc müqaviləsi Mülki Məcəllənin 339.1-ci maddəsinin təsir dairəsinə düşdüyü üçün etibarsızdır. xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icrası üçün Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müəyyən edilmiş 3 illik iddia müddəti keçmişdir. Odru ki, yuxarıda yazılanları nəzərə alaraq, məhkəmədən İddiaçı ona qarşı iddia tələbini təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindəki ümumlikdə 900 manat təşkil edilə ödəniş, habelə müstəndiqin vaistəsi ilə onun tərəfindən pdənilmiş 3000 manat pul ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya ödənmiş olsada, qeyd edilən ödənişlər sözügedən kredit müqaviləsi üzrə deyildə əvvəllər onlar arasında yaranmış digər borc müqavilələri üzrə ödənilmişdir. İlkin iddia üzrə cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı pul tələbi barədə icraatda olan iddiasını qətiyyən qəbul etməyərək məhkəmənin diqqətinə çatdırır ki, həmin iddia tələbi qanunla müəyyən edilmiş iddia müddətinin buraxılması ilə qaldırılmışdır. İddia predmeti olan pul məbləğinin ondan tələbi barədə iddia tələbinin əsaslandırıldığı “Kredit(borc) müqaviləsi” görünüş üçün, uydurma, qanunsuz bir müqavilə olsa da iddiaçı ilə onun arasında 10 aprel 2018-ci ildə bağlanmaqla müqavilədə göstərilən borc məbləğini onun bir il müddətinə, yəni, 10 aprel 2019-cu il tarixədək qaytarmalı olduğu halda (əslində həmin məbləğ onun tərəfindən qaytarılmışdır) iddiaçının iddia etdiyi kimi həmin müddətdə qaytarmamışdır. Deməli iddiaçı hüququnun pozulduğunu 10 aprel 2019-cu ildə bilmişdir. Buna baxmayaraq hazırkı iddiasını məhkəməyə 27 aprel 2022-ci il tarixdə vermişdir ki, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini 17 gün buraxmışdır. Çünki, Mülki Məcəllənin istinad olunan maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Ona görə də hesab edir ki, icraatındakı iddia tələbinin həllinə iddia müddəti tətbiq edilməli və həmin iddia tələbinin təminindən imtina edilməlidir. Eyni zamanda məhkəmənin diqqətinə onu da çatdırır ki, İddiaçınm ona qarşı hazırkı iddia tələbi üzrə iddia müddətinin bərpa edilməsi üçün də heç bir üzürlü səbəb mövcud deyildir. Aydınlıq gətirərək bildirir ki, Mülki Məcəllənin 382-ci maddəsində iddia müddətinin bərpasına səbəb ola biləcək üzürlu səbəblər kimi iddiaçının şəxsiyyəti ilə bağlı hallar, yəni, ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a müəyyən edilmişdir.Lakin hazırkı iddiasını vaxtında, yəni, 2022-ci ilin aprel ayının 10-dək qaldırmağa mane ola biləcək nə ağır xəstəlik, nə köməksiz vəziyyət və nə də savadsızlıq kimi hallar iddiaçıda olmamışdır, eləcə də onun hazırkı iddiasını qanunla müəyyən edilmiş vaxtda qaldırmasına mane olacaq digər heç bir üzürlü səbəb də yoxdur.İddia müddəti ərzində İddiaçı heç bir ağır xəstəlik keçirməmiş, köməksiz olmamış, orta təhsilli olmaqla savadlı olmuşdur.Əgər o, savadsız olsaydı, müqavilənin nə demək olduğunu bilməz, mənə növbəti dəfə pul tapmaq üçün 120 min ABŞ dollarını guya ona borca verməsi barədə müqavilə bağlamağı təklif etməz, müqavilənin notariat kontorunda bağlandığını bilməz və onu notariat kontoruna aparmazdı. Bir məsələyə də məhkəmənin diqqətini yönəltmək istəyir ki, onun ondan pul alıb qaytarmamağı və s.barədə onun Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə 2021-ci ilin 28 dekabr tarixində şikayət ərizəsi yazması da hesab edir ki, iddia müddətinin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçıya həmin şikayət ərizəsini məhz 2019-cu ilin aprel ayının 10-dan sonra yazmağa heç nə mane olmamış və mane ola bilməzdi, hər bir halda iddiaçının hazırkı iddiasını vaxtında məhkəmədə qaldırmağa və polis orqanına şikayət etməyə mane ola biləcək heç bir sübut mülki iş materiallarında yoxdur və hesab edir ki, ola da bilməz.Əgər bu cür sübut sonradan məhkəmə araşdırmasının gedişində təqdim edilərsə, hesab edir ki, bu saxta yolla əldə edilmiş sübut olacaqdır və təqdim edilərsə belə bir sübutun əldə edilməsinin qanuniliyi məhkəmə tərəfindən araşdırıla bilər. Mübahisə tərəfi olaraq idia müddətinin tətbiqi barədə hazırkı ərizəni əsas götürərək İddiaçı ona qarşı pul tələbi barədə icraatındakı iddia tələbinin həllinə iddia müddətini tətbiq etməklə iddia müddəti keçdiyinə görə onun iddiasından imtina edilməsi barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X3 cavabdeh tərəfindən təqdim edilmiş və iddia ərizəsinə etiraza dair mülahizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizədə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən “iddia tələbi qanunla müəyyən edilmiş iddia müddətinin buraxılması ilə qaldırılmışdır”. Lakin, iddiaçı tərəfindən üç illik iddia müddəti buraxılmamışdır, belə ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir (təsdiqi qoşmada əlavə olunur). Cavabdeh daha sonra qeyd edir ki, “Kredit müqaviləsi” üzrə xx.xx.2019-cu il tarixədək qaytarmalı olduğu “məbləğ əslində onun tərəfindən qaytarılmışdır”. Lakin, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia müddəti ötürülməmiş olsa belə, cavabdeh vurğulayır ki, xx.xx.2022-ci ilədək iddianın qaldırılmasına mane ola biləcək ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq kimi halların heç biri iddiaçıda olmamışdır. Əslində isə iddianın hazırki vaxtadək qaldırılmamasının əsasları, cavabdehin dəfələrlə müxtəlif vədlər verərək iddiaçını inandıraraq zaman qazanmasını, hətta bununla da qalmayaraq əvvəlki almış olduğu borclarını qaytara bilməsi üçün iddiaçıdan yeni borclar alaraq “vəziyyəti düzəldib hamısını qaytaracağına” inandırmasını (qeyd olunanları vhatsapp yazışmaları, səs yazıları və digər sübutlar təsdiq edir), cavabdehin bildirdiyi onun da alacağının olması hansı ki, həmin insanların barəsində hüquq mühafizə orqanlarına müraciət etməsi halını, qeyd olunan müddət ərzində bu prosesdən qaynaqlanan hallarla bağlı olaraq iddiaçının səhhətində yaranan müxtəlif problemlərin olmasını, o cümlədən ürək əməliyyatının keçirilməsini (xəstəlik tarixçəsi və digər tibbi sənədlər əlavə olunur) göstərmək olar. Bununla belə iddiaçı artıq aldadıldığına inandıqdan sonra cavabdehin də qeyd etdiyi kimi, xx.xx.2021ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmçinin cavabdeh qeyd edir ki, “iddiaçı orta təhsillidir ancaq savadsız deyildir” bu yanaşma özlüyündə absurd səslənir, orta təhsilli insan necə savadlı ola bilər?! Cavabdeh savadla bağlı məsələlərə toxunarkən onu da qeyd etmişdir ki, “iddiaçı savadsız olsaydı müqavilənin nə demək olduğunu bilməz, mənə növbəti dəfə pul tapmaq üçün 120 min ABŞ dollarını guya mənə borca verməsi barədə müqavilə bağlamağı təklif etməz, müqavilənin notariat konturunda bağlandığını bilməz, məni notariat kontoruna aparmazdı”. Burdan da görünür ki, cavabdeh dəfələrlə iddiaçının etibarından sui istifadə edərək müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə vəsaiti iddiaçıdan almışdır. Eyni şəkildə qeyd etmək istəyirlər ki, cavabdeh iddiaçıdan borc almırdısa niyə görə onunla birlikdə notariat konturuna gedirdi, niyə görə 120 min ABŞ dolları borc alması ilə bağlı müqavilə imzalayırdı?! Həmin ərizə üzrə cavabdehin sonda qeyd etdiyi sübutlarla bağlı “narahatlığını” anlayırıq və eyni zamanda da həmin sübutları məhkəməyə təqdim edirik. İddia ərizəsinə dair etirazda qeyd olunur ki, xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. Lakin şəxs tam fəaliyyət qabiliyyətli olmaqla yanaşı öz imzasıyla da notariat kontorunda pulu aldığını təsdiq edir, bununla belə məhkəməyə təqdim etdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəsində də “əslində həmin məbləğin onun tərəfindən qaytarıldığını iddia edir”. Əgər ona pul verilməmişdirsə nəyi geri qaytardığını iddia edirdi?! Daha sonra etirazda istinad olunan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 48.1-ci bəndi daşınmaz əmlak münasibətləri ilə bağlıdır. Həmçinin qeyd olunan müddüalar özündə xx.xx.2018-ci il tarixdən sonraki dövrdə olan əlavə və dəyişiklikləri ehtiva edir. Ona görə də həmin müddüaların sadalanmasına ehtiyyac qalmır. Bununla yanaşı notarial təsdiq olunmuş müqavilənin üzərində də qeyd olunmuşdur ki, “Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.” O cümlədən iddia olunur ki, Mülki Məcəllənin 739-cu maddəsinin tələbləri (kreditorun pul məbləğini borcalana verməməsi) kobud formada pozulmuşdur. Bu öhdəliyin icrasından boyun qaçırma kimi qiymətləndirilməlidir, çünki borcun alınmasını təsdiq edən kifayət qədər sübutlar vardır. Sonra etirazda iddia olunmuşdur ki, müqavilə Mülki Məcəllənin 339.1. maddəsinin təsir dairəsinə düşdüyü üçün etibarsızdır, lakin həmin maddənin konkret hansı hissəsinə münasibətdə müqavilənin etibarsızlığı bildirilməmişdir. Həmin maddədə isə qeyd olunur ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu isə daha öncə qeyd olunan fikirlə ziddiyyət təşkil edir. Həmçinin iddia edilən bu hal mövcud olsaydı belə, cavabdeh bununla bağlı məsələni bu günə qədər mübahisələndirməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi iddia tələbinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsiylə qarşılıqlı iddia tələbi irəli sürülərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Beləliklə də, cavabdeh müqaviləni etibarsız hesab edirdisə qanunvericiliklə qeyd olunan müddət daxilində müqaviləni mübahisələndirməli idi. Lakin cavabdeh məhz iddiaçının məhkəməyə müraciətindən sonra bir təsir vasitəsi kimi qarşılıqlı iddia qaldırmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edirik ki, qarşılıqlı iddiaya münasibətdə iddia müddətini tətbiq etməklə iddia müddəti keçdiyinə görə cavabdehin iddiasından imtina edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, məhkəməyə bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə onunla iddiaçı arasında kredit müqaviləsi bağlansada ona həmin vaxtı pul verilməmişdir. İddiaçı onu müqavilə bağladığdan sonra ona pul verməyi öhdəsinə götürsədə daha sonrada ona 120000 ABŞ dollarını verməmişdir. Onun iddiaçının milli ön vaistəsi ilə etmiş olduğu ödənişlər habelə müstətiqin araşdırılması zamanı iddiaçıya vermiş olduğu 3900 manat pul, bu müqavilədən əvvəl əmələ gələn öhdəlikləri üzrə olmuşdur. Mülki iş matriallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 120000 ABŞ dolları pul vəsaitini xx.xx.2019-cü il tarixədək fiazsiz olmaqla qaytarmaq şərti ilə borc vermişdir. İş matriallarınad olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəndiqi qəbul edilmiş olduğu cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında X2 izahat verərək bildirmişdir ki, Cavabdeh təxminən 20 ilə yaxındır ki, tanıyır. Belə ki, o, əvvəllər pərdə satışı ilə məşğul olmuş, pərdə satışı mağazası olmuşdur. Azər özüdə daimi ticarətlə məşğul olmuşdur. Onların normal münasibətləri olmuşdur. Belə ki, hər zaman bir- birilərinə maddi dəstək olub köməklik etmişlər. 2017-ci ildən artıq işləri pis getməyə başlamış və o, pərdə satışı mağazasını bağlamaq qərarına gəlmişdir. Mağazada olan malları ucuz qiymətə sataraq 40000 ABŞ dolları pul əldə etmişdir. Azərin onda pul olması barədə məlumatı olmuşdur. Azərlə görüşlərin birində ona bildirmişdir ki, Türkiyədə dolllar alışı-satışı məşğul olan “Hacı” dostları vardır. Bu işdə yaxşı pul qazana bilərlər. Azərdən işin nə olduğunu soruşmuş və o, bildirmişdir ki, buradan Türkiyəyə dollar göndərəcək, orada tanışları pulu valyuta dəyişmə məntəqələrində dövriyyəyə buraxacaq və bundan gəlir əldə edəcəklər. Həmçinin göndərdikləri pulu istədikdə bir ay qabaqcadan demək şərti ilə geri götürə biləcəklər. O, Azərdən bu işi görən zaman nə qədər gəlir əldə edə biləcəklərini soruşmuş, Azər nə qədər çox pul qoyulsa bir o, qədər qazanc əldə edə bilərlər cavabını vermişdir. Azər ona bu işi görəcəkləri təqdirdə ayda ümumilikdə 5000 manat qazanc əldə edə biləcəklərini söyləmişdir. Azər danışığı ilə onu özünə inandırmışdır. Lakin o, bu işə girmək istəmədiyini bildirmişdir. Bundan sonra Azər hər gün mütəmadi olaraq ona zəng vurur, həmçinin yaşadığı evə gələrək bu işə girəcəkləri təqdirdə yaxşı qazanc əldə edəcəklərini bildirirmiş. Azərin təklifi ilə razılaşaraq 2017-ci ilin may ayında yaşadığı ünvan 1 ünvanında yerləşən 117 mənzildə Azərə bu məqsədlə 40000 ABŞ dolları vermişdir. Bundan bir ay keçmiş Azər ona 3000 manat, 2-ci ay 2500, 3-cü ay 1500 və 4-cü ay isə 2000 manat pul vermişdir. Azər hər dəfə ona bildirmişdir ki, bu pul sənin bu işdə qazancındır. 2017-ci ilin oktyabr ayında Azər ona demişdir ki, əgər əlavə olaraq 40000 ABŞ dolları da olsa qazancları ikiqat artacaqdır. Azərə ilk pulu verdikdən sonra hər ay ona qazanc verdiyi ona məlumat vermişdir. Vaqif ona inandığı üçün bu işə girmək qərarına gəlmişdir. Belə ki, 2017-ci ilin oktyabr ayının sonlarında Vaqiflə Yasamal rayonunda yaşadığı evin yaxınlığında görüşmüş və Vaqif ona 40000 ABŞ dolları vermişdir. Vaqifdən pulu götürdükdən sonra Azərin işlətdiyi ünvan 2 ünvanında yerləşən “Venessa” adı ilə fəaliyyət göstərən mağazasının qarşısına gəlmiş və orada həmin 40000 ABŞ dolları ona vermişdir. Azər pulu sayaraq ondan qəbul etmişdir. Təxminən 15-20 gün sonra, yəni 2017-ci ilin noyabr ayının ortalarında Azər ona demişdir ki, Türkiyədə işlərin yaxşı getməsi üçün əlavə olaraq 50.000 ABŞ dolları da lazımdır. Azərə demişdir ki, pul tapa bilsə ona xəbər edəcəkdir. Həmin vaxt rəfiqəsi Lətifə Cəfərovadan 10000 ABŞ dolları götürmüşdür. Həmin ərəfədə Bakı şəhəri, Sabunçu rayonu, X1 vəfat etmiş ərinin evini oğlu Kamil satmışdır. O, evin pulundan 20000 ABŞ dolları götürmüşdür. Bundan başqa bu iş barəsində bacısı qızı Şəhlaya məlumat vermiş, o da bu işə qoşulmağa razılıq verərək 10000 ABŞ dolları pul vermişdir. Həmin məbləği yığıb ümumilikdə 40000 ABŞ dolları pulu 2017-ci ilin noyabr ayında bir daha işlətdiyi geyim mağazasının qarşısında Azər vermişdir. Lakin bundan Azər ona heç bir məbləğdə pul verməmişdir. 2018-ci ilin mart ayında Azər ona demişdir ki, Türkiyədə dollar alışı-satışı olan tanışları tutulmuş və buna görə işlərdə problem yaranmışdır. Bundan sonra o, təkidlə Azərdən pulları tələb etmişdir. Azər isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2018-cı ilin aprel ayında Azər ona demişdir ki, əgər ona inanmırsa notariat kontorunda 120000 ABŞ dolları ilə əlaqədar aralarında borc kredit müqaviləsi imzalasınlar. Onlar bu məqsədlə Nərimanov rayonu, Gənclik metrosunun yaxınlığına yerləşən notariat kontoruna getmiş və orada 120000 ABŞ dolları ilə əlaqədar kredit müqaviləsi imzalamışlar. Lakin Azər bu müqavilədə göstərilən müddətdə də, onun pullarını qaytarmamışdır. 2018-ci ilin iyun ayında Azər ona demişdir ki, pulların geri qaytarılması üçün ona 30000 manat pul versin və o, da həmin pula qadın geyimləri alverinəqoyaraq satıb verdiyi pul ilə yanaşı digər pullarıda qaytaracaqdır. Azərə pulunun olmadığım bildirmişdir. Bu zaman Azər ona qızılları varsa, onları lombarda qoyaraq pul götürüb, həmin pulu dövriyyəyə buraxaraq onun pulunu ödəyəcəkdir. Həmçinin Azər ona lombarda qoyduğu qızılların pulunu 2 aya ödəyəcəyini və qızılları qaytaraçağnı bildimişdir. O, çıxılmaz vəziyyətdə olduğu üçün bir daha Azərə inanmış və 2018-ci ilin iyun ayının ortalarında işlədiyi mağazanın qarşısında 50000 manat dəyərində özünə məxsus qızıl-zinət əşyalarını vermişdir. Lakin Azər yenə sözünün üstündə durmayaraq, bir daha onu aldatmışdır. 2019-cu ilin avqust ayında Azər ondan 6000 ABŞ doları istəyərək Türkiyədən qadın geyim əşyaları alaraq Bakı şəhərində satıb əldə etdiyi qazancla qızılları “Lombard,,an çıxaracaqdır. O, yenə çarəsiz qalıb Azərin təklifi ilə razılaşmış və Azərə 2019-cu ilin avqust ayının ortalarında 2 dəfəyə ümumilikdə 6000 ABŞ dolları pul vermişdir. Lakin Azər bir daha onu aldararaq pulları qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəndiqi qəbul edilmiş olduğu cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı 2000-ci ildən tanıyır. Belə ki, Zərinə ilə əvvəllər yaşadığı Keşlə qəsəbəsində qonşu olmuş münasibətləri yaxşı olmuşdur. Zərinə ilə münasibətləri yaxşı olduğundan 2005-ci ildə o, Zərinədən onun üçün borca pul tapmasını xahiş etmişdir. Zərinə ona aylıq 10 faiz olmaqla faizə pul verəcəyini bildirmişdir. Həmin vaxtdan başlayaraq Zərinədən faizə pul götürüb və faizi ilə birlikdə qaytarmağa başlamışdır. 2017-ci ildə yenidən Zərinədən faizə pul istəmiş, o, pulunun olmadığını bildirərək özündə olan qızılları verməyə razılıq vermiş, əvəzində, qızılın müqabilindən faiz istəmişdir. Zərinənin təklifi ilə razılaşmışdır. Zərinə ona 1 ədəd qızıl boyunbağı, 6 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa vermişdir. Zərinə bu qızılların Bakıxanov qəsəbəsində yerləşən “Nata” adı ilə tanınan qadının işlətdiyi Lombarda girova qoyaraq 6000 manat pul götürmüşdür. Bundan sonra həm Zərinəyə, həm də lombarda aylıq faizləri ödəməyə başlamışdır. Belə ki, o, qadın geyim mağazası işlətdiyindən lombardan götürdüyü pulları biznes fəaliyyətinə yatırmışdır. Lakin 2018-ci ildə artıq müflis olduğundan, həm Zərinənin, həm də “Lombard”ın faizlərini ödəyə bilməmişdir. Bundan sonra Zərinədən onun üçün 60000 ABŞ dolları faizə pul tapmağını xahiş etmişdir. Zərinə ona bildirmişdir ki, əgər ona pul tapmağını istəyirsə notarusda aralarında borc müqaviləsi bağlasınlar. Ondan sonra pul tapa bilər. Zərinəni uzun müddət tanıdığı üçün və ona etibar etdiyindən bununla bağlı heç bir problemin olmadığını bildirmişdir. Zərinə ona müqavilənin hansı məbləğlə bağlanmasını soruşmuş, o, isə müqavilədə göstərilən məbləğin heç bir əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Zərinə ona müqavilədə pulun məbləğini 120000 ABŞ dolları göstərməyi təklif etmiş, o, da razılıq vermişdir. Bakı şəhərində bir necə notarusa gedib 120000 ABŞ dolları ilə əlaqədar borc müqaviləsi bağlamaq istəsələrdə, bütün notaruslar nağd pul köçürməsi olmadığından müqavilənin bağlanılmasının mümkün olmadığını bildirmişlər. Bundan sonra onlar Zərinənin tanışının vasitəsilə “Gənclik” metrosu stansiyası yaxınlığında yerləşən notarusa getmiş, orada Zərinə ilə aralarında 120000 ABŞ dolları pul verilməsi barədə kredit müqaviləsi bağlamışlar. Bunun müqabilində o, Zərinə vasitəsilə orada işləyən şəxsə 700 manat pul vermişdir. Lakin kredit müqaviləsindən sonra Zərinə ona heç bir məbləğdə pul verməmişdir. Bundan sonra Zərinədən 2020-ci ilin yay aylarında yenidən faizə 6000 ABŞ dolları pul istəmiş, Zərinə ona 2 dəfəyə olmaqla 6000 ABŞ dolları pul vermişdir. Zərinədən faizə götürdüyü 6000 ABŞ dolları pulun 10 ay, ayda 1000 manat olmaqla, sonrakı aylarda isə müəyyən miqdarda faizini qaytarmışdır. Lakin sonradan maddi vəziyyəti ilə əlaqədar əsas məbləği qaytara bilməmişdir. Zərinəyə faiz pulları bəzi hallarda əlbəəl, bəzi hallarda isə göndərdiyi özünə məxsus kart hesabına köçürmüşdür. Zərinəyə pulları köçürdükdən sonra ona pulun köçürülməsi ilə bağlı qəbzi şəkilini çəkib atmışdır. Həmin qəbzlərin bəzilərinin və Zərinəyə məxsus bank kartının şəkilləri onda vardır. İddiaçı ilə Türkiyə Respublikasında dollar alışı və satışı ilə məşğul olub pul qazanmaq barədə hər hansı bir danışığı olmamış və bu adla Zərinədən hər hansı bir məbləğdə pul almamışdır. İddiaçı uzun müddət faizə pul götürmüş, həmin pulu faizi ilə birlikdə Zərinəyə qaytarmışdır. Onlar birlikdə hər hansı bir iş görmək barədə razılığa gəlməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 078-27278-1222 saylı məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində şikayəti əsasında toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla bağlı İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında Nərimanov rayon məhkəməsinə şikayət vermiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Hazırda İddiaçı şikayəti əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞdə araşdırılma davam etdirilir. İş materiallarında olan "Milliön" ödəmə sisteminin xx.xx.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı bank hesabına 300 AZN pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" LTD MMC-nin ödəmə sisteminin 2021-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı bank hesabına 200 AZN pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" LTD MMC-nin ödəmə sisteminin xx.xx.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı bank hesabına 200 AZN pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" LTD MMC-nin ödəmə sisteminin 08.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı bank hesabına 200 AZN pul köçürülmüşdür. İş matriallarına əlavə edilmiş və məhkəmə iclasında dinlənilmiş bir ədəd səs yazısı olan CD diskdə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında qızı ziynət əşyalarını lombarta qoyulması və onun pullunun ödənilməsi ilə bağlı mübahisə edilir. Məhkəmə ilk öndə mülki iş üzrə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia ərizəsi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-cü maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-cü maddəsinə əsasən Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə sadalanan qanunvericlik aktın normalarından da görünür ki, mülki dövrüyənin sabitliyinin qorunması məqsədi ilə hər iki tərəfin iradə ifadəsini irəli sürərək bağlamış olduğu əqdin etibarsız olmasının qanunvericilik ilə müəyyən olunmuş konkret əsasları mövcuddur. Hazır ki, iddia tələbində əqdin etibrasız olmasına əsas olan hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, habelə qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin onun çətin vəziyyətə düşməsi nəticəsində bu haldan istifadə etməsi səbəbindən bağlanmış olduğunu irəli sürsə də məhkəmə iclası zamanı göstərilmiş hallar sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə müqavilənin etibrasızlığına dair əsaslar mövcud olmadığından qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin təqdim etmiş olduğu iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi üçün zərurət aradan qalxmışdır. Bundan sonra məhkəmə ilkin iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin matraiallarına əlavə edilmiş notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit üqaviləsindən görünür ki, iddiaçı 120000 ABŞ dolları məbləğində pul vəsaitini 1 il müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin bağlanması zamanı ona hər hansı bir pul məbləğinin verilmədiyini israrla təkit edərək, buna dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında X2 izahatını sübut qismində məhkəmənin nəzərinə çatdırsada, cavabdeh nə üçün kredit müqaviləsi bağlanan zaman alınan borcun məbləğinin 120.000 ABŞ dolları kimi yazılmış olduğunu məhkəmə iclasında əsalandıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə icalsı vermiş olduğun izahat, yalnız öhdəliyin icrasından yayınma xarekteri daşıyır. Bundan başqa məhkəmə iclası zamanı müəyyən edilir ki, cavadeh tərəfindən iddiaçıya məxsus hesaba 4 dəfə ayrı ayrı vaxtlarda ümumilikdə 900 manat məbləğində pul vəsaiti ödənilmişdir. Habelə tərəflərin məhkəmə iclası zamanı vermiş olduğu izahatdan məlum olur ki, cavabdeh tərəfindən cinayət işinin araşdırılması zamanı 3000 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Cavabdeh qeyd edilən pul məbləğinin ödənilməsini onunla iddiaçı arasında mövcud olan başqa bir öhdəlik münaibətlərinə uyğun aparmış olduğunu bildirsədə, bu hal təsdiq edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 3900 manat məbləğində olan ödəniş hazırki dövrün məzənnəsi ilə ABŞ dollarına hesablanmaqla ümumi summdan çıxılmalı yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (3900 : 1.70 = 2295, 120.000- 2295=117.705) Bundan başqa məhkəmə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin son icra edilməli olduğu gün xx.xx.2019-cu il tarix olduğu halda, ilkin iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, mülki işin matriallarına əlavə edilmiş qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə Komtec LTC MMC vaistəsi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus olan hesab 300 manat məbləğində ödəniş həyata keçirilərək, iddia müddətinin axımı kəsilmiş olduğunda iddia müddətinin tətbiqinə dair ərizə təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 117705 (bir yüz on yeddi min yeddi yüz beş) ABŞ dolları pul vəsaiti (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. ilk iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşliqli iddia üzrə iddiaçı Cavabdeh qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən ödənilmiş və 450 (dörd yüz əlli) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 117705 (bir yüz on yeddi min yeddi yüz beş) ABŞ dolları pul vəsaiti (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 450 (dörd yüz əlli) manat ödənilmiş dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşlıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3162/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3162/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver