Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3216/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3251,88 manat məbləğində əsas borc, 52,52 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Qasımova Aybəniz Feyzi qızı "xxxx" ASC-nin Suraxanı filialı ilə bağladığı BPM**********19 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 3600 manat məbləğdə pul vəsaiti götürmüşdür. Lakin, əldə olunmuş məlumata görə borclu Qasımova Aybəniz Feyzi qızı xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 5 saylı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən verilən məlumata əsasən Qasımova Aybəniz Feyzi qızınun miras əmlakına dair vərəsəlik işinə uyğun olaraq Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Qasımova Aybəniz Feyzi qızının Banka ödənilməmiş qalan 3251,88 manat əsas borcu qalmışdır. Cavabdeh Qasımova Aybəniz Feyzi qızından qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Qasımova Aybəniz Feyzi qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM **********19 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 30 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 3600 manat məbləğində kredit vermişdir; - 5 saylı Bakı Asan Xidmət X1 tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Qasımova Aybəniz Feyzi qızı xx.xx.2020-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 333 saylı məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, xx.xx.1956-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş Qasımova Aybəniz Feyzi qızının vərəsəlik işinin açılmasına dair eyni ünvanda qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü mərhumun oğlu müraciət etmiş və o, öz payına dair tam hissədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Qasımova Aybəniz Feyzi qızının xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, borc məbləği 3251,88 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Qasımova Aybəniz Feyzi qızının kredit müqaviləsi üzrə aylıq ödənişi 149,91 manat təşkil edir. - Cavabdeh X2 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş xəbərdarlıq məktubundan görünür ki, Qasımova Aybəniz Feyzi qızının vərəsəsi X2 borcun ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir.. -İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 52,52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Qasımova Aybəniz Feyzi qızı arasında xx.xx.2022-ci il tarixində 30 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Qasımova Aybəniz Feyzi qızı müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2020-cu il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki Cavabdeh qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin tələbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan və hazirdakı Cavabdeh 3251,88 (üç min iki yüz əlli bir manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52,52 (əlli iki manat, əlli iki qəpik) dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqı əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3251,88 (üç min iki yüz əlli bir manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 52,52 (əlli iki manat, əlli iki qəpik) məbləğində dövlət rüsumu 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3216/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3216/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver