Məhkəmə qərarları › İş №e-2(008)-333/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-333/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-333/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X2rşı “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X2rşı “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərə görə və bərpası üçün tələb olunan 40.000 manat maddi, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pul vəsaitinin, iddianın verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimlərin X8 və X7 müraciət edərək, müayinələrdən keçmiş və sağlamlığı ilə bağlı şikayətini müalicə həkimi, plastik cərrah Cavabdeh2 qəbulunda olarkən bildirmişdir. Xəstəlik tarixinin çıxarışından da görünür ki, pasient İddiaçı klinikanın İİ cərrahiyyə şöbəsinə daxil olarkən ona qarının ön divarının piy yastığı, ağ xəttin yırtığı, uşaqlıq yolunun sallanması və hər iki qol nahiyyəsinin lipoması diaqnozu qoyulmuşdur. Qeyd edilən şikayətləri ilə bağlı əməliyyat olunmasının zəruriliyi məsləhət görülmüş və əməliyyatı plastik cərrah Cavabdeh2 həyata keçirmişdir. Razılaşdıqları kimi, əməliyyatlara görə həkim Cavabdeh2 3800 manat pul ödəmiş, lakin ona bunun qarşılığında hər hansı ödəniş qəbzi verilməmişdir. Əməliyyat ümumi anesteziya altında olmuş və eyni vaxtda abdomenoplastika, xolesistektomiya, vaginoplastika və hər iki qol nahiyyəsində lipomanın ləğvi əməliyyatları həyata keçirilmişdir. Digər əməliyyatlar uğurlu keçsə də, sağ qol nahiyyəsinin lipomasının ləğvi əməliyyatı uğurlu keçməmişdir. İddiaçı əməliyyatdan sonra sağ qolunun əməliyyat olan hissəsinin qaraldığını müşahidə etmiş və şiddətli ağrı olduğundan ona ağrıkəsici vurulmuşdur. Həkim Cavabdeh2 ona bunun adi hal oluğunu bildirmişdir. Yaşadığı Gəncə şəhərinə qayıtdıqdan sonra iddiaçının şiddətli ağrıları olduğundan, həkim Cavabdeh2 ilə əlaqə saxlamış və yenidən müayinə olunmaq üçün klinikaya gəlmişdir. Müayinə zamanı həkim iddiaçının qolunun əməliyyat olunan hissəsinin yaralarını sıyıraraq yenidən həmin hissəni təmizləmiş və bildirmişdir ki, narahat olmasın, ölmüş hüceyrələr yenidən yaranacaq. Həkim iddiaçını müayinə və müalicə olunması üçün Bakı şəhərində yerləşən xəstəxanaların birində nevropotoloqun qəbuluna göndərmişdir. Nevropotoloqun qəbulunda olarkən qolunun vəziyyətini gördükdə həkim qorxmuş və ağır təsiredici dərmanlar yazmışdır. Gəncə şəhərinə gələndən sonra ağrıları kəsmədiyindən, günü-gündən daha da şiddətli olduğundan xx.xx.2021-ci il tarixdə X18 müraciət edərək, orada Qoşqar Rəsulov adlı həkimin qəbulunda olarkən müayinədən keçmişdir. Müayinə zamanı bildirmişlər ki, əməliyyat olunan hissədə tromb yaranmışdır və sinirlər zədələnmişdir. Ultrasəs və rəngli doppler müayinəsinin nəticəsi olaraq göstərilmişdir ki, damar divarları qeyri-düzgündür. Braxial v distalında dirsək çuxurundan proksimala damarın 40-45%-ni əhatə edən hipoexogen quruluşlu tromb izlənilir, damar tam kompressiya olunmur, rənglə dolum hissəvidir (rekanalizə axım). İddiaçı vəziyyətinin pis olduğunu dəfələrlə həkim Cavabdeh2 bildirsə də o, “səbr elə, belə olur, həkimə getməyə ehtiyac yoxdur, o yaradır, o, mənim işimdir, cərrahi bir şeydir, sulanan yerlərə kseroforum tozu tökəcəksiniz sağalacaq, ona heç bir müdaxiləyə ehtiyac yoxdur” kimi cavablar vermişdir. Qolun işləməməyini isə fizioterapevtik problem kimi əlaqələndirmiş, həkimə getməməyi məsləhət bilmişdir. Sinirin açılması üçün yaranın sağalmasını, şişlərin çəkilməli olduğunu bildirmişdir. Həmin danışıqlara dair pasient ilə həkimin votsap yazışmaları da mövcuddur. İddiaçı 6 ay xəstəxanalarda müalicə almağa başlamış, Cavabdeh2 dediyi kimi, fizioterapiya müalicəsi almış, lakin heç bir nəticəsi olmamamış, əksinə get-gedə əli yığılmağa başlamışdır. X11 Nevrologiya şöbəsində xx.xx.2022-ci il tarixdə olarkən müayinədən keçmiş və ona orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, solaşağı ətrafın İ-İİ dərəcə venoz çatışmazlığı diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2022ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədən keçmiş və ona sağ qoltuqaltı nahiyyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyatın olmaması, sağ bazunun yaxınlaşdırıcı dirsək oynağının açıcı (170*) büzücü (80*) kontrakturası, mil-bilək oynağının açıcı (0*) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırıcı, uzaqlaşdırıcı kontrakturası, əlin və barmaqların neyrogencaynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Həmçinin xx.xx.2022-ci l tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də müayinədə olmuş və orada da sağ qoltuqaltı nahiyyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropotiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı X16 Onur adlı türk uzmanın qəbulunda olmuş və müayinənin nəticəsi olaraq göstərilmişdir ki, “üst və alt truncus tutulumu ile giden ağır derece plexopatı ile uyumlu bulgular saptanmışdır”. Əməliyyat olunan qolunun fotoşəkillərindən də görünür ki, onun qolunun vəziyyəti acınacaqlıdır, yaraları həqiqətən də dəhşətlidir, əli yığılmışdır və bir sözlə vəziyyəti ürəkçan deyil. Bütün bunlara rəğmən onu əməliyyat edən Cavabdeh2 öz işinə səhlənkar və vicdansızcısana yanaşmış, iddiaçını bir növ şikəst və sağalmaz həddə çatdırmış və buna baxmayaraq onun bərpa olunması üçün heç bir ciddi cəhd göstərməmişdir. Yalnız ümumi sözlərlə “səbr elə, heç bir həkimin yanına getmə, düzələcək” deyə məsləhətlər vermiş və beləcə də iddiaçını gecikdirərək, onun vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Məhz ümumi müayinələr zamanı başqa həkimlər iddiaçıya bildirmişlər ki, müalicəni gecikdirmişdir, artıq 6 ay vaxt keçmişdir, toxumalar zədələnmişdir və ona görə də sinirləri bərpa etmək mümkünsüz olmuşdur. Hazırda da heç bir həkim onun müalicəsini üzərinə götürmür və bunun mümkünsüz olduğunu bildirir. İddiaçı bütün bu müddət ərzində müxtəlif tibb müəssisələrində keçdiyi müayinə və müalicələrə, dərmanlara və yollara həm xeyli vəsait xərcləmiş, həm də xeyli vaxt sərf etmişdir. O, əməliyyatı üçün etdiyi ödənişdən əlavə, 4000 manat məbləğində vəsaiti yalnız uğursuz əməliyyatın nəticələrinin aradan qaldırılması üçün (xəstəxanalarda müayinələrə, gedib-gəldiyi yollara və s.) sərf etmişdir. Hazırda onun sağ qolu tamamilə funksiyasını itirmiş, gənc ailəli qadın kimi həm məişət həyatı, həm də əmək fəaliyyəti pozulmuşdur. Gələcəkdə işləyərək ailəsini və özünü dolandırmaq hüququndan demək olar ki, məhrum olmuşdur. Hazırda iddiaçının qolunun bərpa olunması üçün apardığı danışıqlardan sonra onun bərpasını yalnız İsrail və Türkiyədə yerləşən müvafiq klinikalarda fəaliyyət göstərən həkimlər öz üzərlərinə götürür və bunun kifayər qədər bahalı prosedur olduğunu ona bildirirlər. Türkiyədə fəaliyyət göstərən həkim bildirmişdir ki, ilk olaraq yaraları üçün əməliyyat olunmalıdır, hansı ki əməliyyatın dəyəri təxminən 3500 avrodur və əməliyyatdan sonra 3 həftə orada, yəni İstanbul şəhərində qalmalıdır. Əməliyyatdan sonra 6 ay gözlənilməli və təkrar oraya müayinə üçün gedilməlidir. Əgər yara bağlanarsa, sinirlərin müalicəsi və yaxud əməliyyatı proseduru başlanılmalıdır. Təbii ki, bütün bunlara görə xeyli miqdarda, iddiaçının hesablamasına görə 40.000 manat məbləğində maddi vəsait tələb olunur ki, iddiaçı bunu qarşılamaq iqtidarında deyildir. Hesab edir ki, cavabdeh Ə.Əliyev adına Plastik və X9 tibb sahəsində müvafiq təlimata uyğun olaraq əhaliyə keyfiyyətli tibbi xidmət göstərməli olduğu və klinikanın plastik cərrahı Cavabdeh2 müvafiq təlimata uyğun olaraq öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, işinə səhlənkar yanaşmış və nəticədə iddiaçının sağlamlığına ciddi zərər vurduqlarından, ona vurulmuş zərəri qanunvericiliyin tələblərinə uyğun olaraq ödəməlidirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin iş üzrə yekun məhkəmə qərarı çıxarılan zaman təqdim edilmiş ekspert rəyinin, Respublika Klinik Xəstəxanasının 237 nömrəli, xx.xx.2023-cü il tarixli məsləhət vərəqinin, "xxxx" MMC Xətai Klinikasının xx.xx.2023-cü il tarixli arayışının nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Belə ki, işin hallarından görünür ki, iddiaçının üzərində xx.xx.2021-ci il tarixində cavabdehin çalışdığı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X1rının ön divarının piy yastığı (abdomonoplastika) (1), ağ xəttin yırtığı (2), uşaqlıq yolunun sallanması (vaginaplastika) (3), xolesistektomiya (ödün götürülməsi) (4) və hər iki qol nahiyyəsinin lipomasının götürülməsi (liposaksiya) (5) əməliyyatları icra edilmişdir. İddiaçının cavabdehə 3800 manat ödəniş etməsi heç bir sənədlə təsdiq olunmur və bu barədə mötəbər sübut yoxdur. Cavabdeh iddiaçıdan hər hansı ödəniş tələb etməmiş və almamışdır. İddiaçı əlavə olaraq digər həkimlərə 4000 manat xərc çəkdiyini bildirir, amma bununla bağlı da heç bir rəsmi və mötəbər sübut təqdim etməmişdir. İddiaçı qolunun bərpasının yalnız İsrail və Türkiyədə yerləşən tibb müəssisələrində mümkün olduğunu bildirir. Lakin iddiaçı bununla bağlı da heç bir rəsmi sənəd, sübut, dəlil təqdim etməmişdir. İddiaçı əsasən onu iddia edir ki, digər üç əməliyyat uğurlu keçsə, məhz sağ qolun lipomasının ləğvi əməliyyatı uğurlu keçməmişdir və əməliyyatdan sonra həmin nahiyyənin qaraldığı müşahidə edilmiş və şiddətli ağırlardan ona ağrıkəsici vurulmuşdur. İlk növbədə qeyd edilməldir ki, bütün cərrahi əməliyyatlar tibbi praktikaya, elmi qaydalara və tibbi etikaya uyğun aparılmışdır. Bildiririr ki, üzərində eyni zamanda azı dörd əməliyyat icra edilən şəxsdə ilk günlərdə kəskin ağrıların olması tam normaldır və bu əməliyyatın qüsuru deyil. Bu kimi ağrılar hər kəsdə olur və zamanla gedir. İşin hallarından görünür ki, iddiaçı cavabdehlə danışıq aparmış və Cavabdeh2 da hər dəfə israrla onun Bakıya, onun yanına müayinəyə gəlməli olduğunu bildirmiş, lakin cavabdeh eyni qaydada imtina etmiş, Bakıya gələ bilməyəcəyini demiş, buna imkanı və vaxtı olmadığını bəhanə gətirərək, məhz ən lazımlı şəxsin, onu əməliyyat edən cərrahın yanına gəlməkdən yayınmışdır. Belə ki, qaydalara əsasən və iddiaçıya bildirildiyi kimi, iddiaçı tam bir həftə sonra müayinəyə gəlməli olsa da, iddiaçı bunun əksinə, öz təşəbbüsü ilə bir sıra həkimlərin müayinəsinə getmişdir ki, bunun da heç bir ciddi nəticəsi olmamışdır. Əgər iddiaçı vaxtında cavabdehin yanına gəlsə idi, dərhal müvafiq müdaxilə edilər və vəziyyət bu hala gəlməzdi. İşin hallarından da görünür ki, 18-xx.xx.2021-ci il tarixlərində, tam altı gün klinikada qalmış, altı gün ərzində onu müayinə və müalicə etmişlər, qulluqlar aparılmışdır. Əgər iddiaçı dediyi kimi, onun sağ qolu zədələnmiş olsa idi, damar zədələnsə idi, tromblaşma yaransaydı, həmin sağ qol nahiyəsində qan dövranında problem olsa idi, yara bir neçə saata, ən geci bir günə nekroz (qanqrena) olardı və cərrahi müdaxilə baş tutmalı idi. İddiaçı isə altı gün normal qalmış və altı gündən sonra sağlam vəziyyətdə evə buraxılmışdır. İddiaçının sağ qol nahiyəsində sonradan tromb yaranmasının və ya sinir probleminin isə birbaşa edilmiş əməliyyatla əlaqəsi yoxdur və bu müvafiq sənədlərlə təsdiq edilmir. İcra edilən liposaksiya əməliyyatı zamanı sinirlərin zədələnməsi ehtimalı yoxdur. Qeyd edilənlərə əsasən, nümayəndə və vəkil iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X5 nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı maddi zərərin əvəzi olaraq 40.000 manat tələb etsə də, həmin məbləğin düzgün icra edilməmiş cərrahiyyə əməliyyatının nəticələrinin aradan qaldırılmasına sərf edilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, dəymiş zərərlə onun nəticəsi arasında səbəbli əlaqə müəyyən edilməlidir. Belə ki, məlumdur ki, iddiaçı üzərində əməliyyatları həkim Cavabdeh2 icra etmişdir. Əgər əməliyyatla nəticəsi arasında səbəbli əlaqə müəyyən edilərsə, iddiaçının sağlamlığının bərpasına xərclədiyi real məbləğin və mənəvi zərərin ödənilməsi də klinikadan deyil, məhz digər cavabdeh - Cavabdeh2 tutulmalıdır. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmsil etdiyi klinikaya münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfin vəsatəti üzrə əvvəlki məhkəmə iclasında rəyi alınmış Azərbaycan Tibb Univetrsiteti X12 travmotologiya şöbəsinin həkim-mütəxəssisi X13 bildirmişdir ki, cavabdeh tərəfindən aparılan əməliyyatla iddiaçıda yaranan tibbi disfunksiyasının heç bir əlaqəsi yoxdur. Çünki liposaksiya edilən dərialtı toxumalarıdır, oradan heç bir sinir keçmir. Müvafiq xəstəliyi törədən sinirlər bazu hissəsinin tam mərkəzində, sümüyə yaxın yerləşir, Cavabdeh2 isə həmin yerə daxil olmamışdır. Qaralmış nahiyələr “yosept” adlı məhlulla silinir. Bəlkə də dərinin rənginin qaralması ona görə baş vermişdir. Arteriya bağlansa belə, qaralma 6 saatdan tez ola bilməz. Reflektor damar spazmasından yaranır və həmin spazmın əməliyyatla əlaqəsi ola bilməz. Çünki piydə sinir ucları olmadığından liposaksiya ilə sinir zədələnməsi ola bilməz. Yaranın çirk verməsinin səbəbi infeksiyadır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X22 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyyatın olmaması, sağ yuxarı ətraf əzələlərinin hipotrafiyası, sağ bazunın yaxınlaşdırıcı dirsək oynağının açıcı, bükücü kontrakturası, mil-bilək oynağının açıcı kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması dioqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(008)-2919/2022 saylı qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” X24 tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir:

1. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda sağ yuxarı ətraf (qolunun) funksiyasının pozulması, qolunda yaranmış yara və digər fəsadlar diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Mütəxəsis müayinəsi zamanı isə “Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi”nin olduğu müəyyən edilmişdir. Qeyd edilən patologiya X6 G56 (Yuxarı ətrafların mononevropatiyaları) kodu ilə beynəlxalq təsnifata daxil edilmişdir. İddiaçı yuxarı sağ ətrafının sinirlərində yaranmış funksiya pozuntusu yara nahiyəsində kobud çapıq toxumalarının və digər fəsadların kompresiya hesabına işemiya yaradaraq sinir əzələ toxumasının zədələməsi ilə müşahidə olunan “Folkman Kontrakturası” əlamətlərinə uyğun gəlsə də, yaranmış funksiya pozuntusu “Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi” hesabına baş vermişdir. İddiaçı səhhətində yaranmış “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı ilə nəticələnən travmatik sinir zədələnməsinə məsul şəxs həkim Cavabdeh2 Fərman qızıdır.

2. İddiaçı “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı cərrahiyyə əməliyyatına qədər onun səhhətində mövcud hər xəstəlik(lər) əlaqəsi istisna edilir. Qeyd olunan patologiyanın onun üzərində icra edilmiş cərrahiyə əməliyyatı arasında birbaşa səbəbli əlaqə vardır. 3.4. İddiaçı “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı müalicə (operativ və ya konesrvativ) və reabilitasiya tələb edən fəsadlardır. Lakin müalicənin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil.

5. “X20”nda İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş “Braxial v distalında dirsək çuxurundan proksimala damarın 40-45 %-ni əhatə edən hipoexogen quruluşlu trombun izlənməsi, damarın tam kompressiya olunmaması”, xx.xx.2022-ci il tarixdə “X14”da “Orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatmamazlığı”, xx.xx.2022-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda “Sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyatın olmaması, sağ bazunun yaxınlaşdırım dirsək oynağının açıcı (170°), bükücü (80°) kontrakturası, milbilək oynağının açıcı (0°) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırım, uzaqlaşdırım kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması”, xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropotiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar” və xx.xx.2022-ci il tarixdə “X20”nda “Üst və alt mənfəzinin tutulması ilə gedən ağır dərəcəli pleksopatiya” diaqnozları ilə klinikalarda müayinə və müalicələrin aparılmasının xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X10 və X9”nda onun üzərində aparılan “Sağ qol nahiyəsinin lipomasının ləğvi cərrahiyyə əməliyyatı”nın qüsurlu icrası ilə birbaşa səbəbli əlaqəsi vardır.

6. İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X8 və X9”nda aparılmış “Sağ qol nahiyəsinin lipomasının ləğvi” cərrahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilmsəsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu üzrə 162-K nömrəli əmrdən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Plastik və X5 qəbul diaqnostika şöbəsinin müdiri ilə bağlanılmış 40 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi, “a” yarımbəndinə əsasən, öz xahişi ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X9, Bakı şəhəri 26 saylı vəkil bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavabında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə klinikada həkim Cavabdeh2 tərəfindən əməliyyat olunmuş İddiaçı klinikaya ödəniş etməmişdir, həkim Cavabdeh2 xx.xx.2019-cu il tarixdən 192-K nömrəli əmrlə əmək müqaviləsi əsasında klinikada işləyir. Müvafiq qaydada sertifikasiyadan keçirilməsi üçün Səhiyyə Nazirliyinə aidiyyəti üzrə məktub göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” X22 xx.xx.2022-ci il tarixli, 590/KEŞ nömrəli ekspert rəyi nəzərə alınmaqla, İddiaçı müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, mümkün olduğu təqdirdə, bunun üçün hansı miqdarda vəsaitin tələb edilməsi, habelə müalicəyə tələb olunan müddətin proqnozu barədə məlumat və təsdiqedici sənədlərin əldə edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən qərardad qəbul edilmiş və icrası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 (TƏBİB-ə) həvalə edilmiş, lakin həmin qərardadın icrası ilə əlaqədar TƏBİB tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı “Sağ əlin kontrakturası, sağ yuxarı mil, orta dirsək sinirlərinin innervasiya zonasında hiperesteziya” diaqnozuna əsasən uyğun müalicənin təmin edilməsi üçün hansı miqdarda vəsaitə ehtiyacın, həmçinin müalicəyə tələb olunan müddətin müəyyənləşdirilməsi məqsədilə ilk növbədə həkim-neyrocərrah tərəfindən müayinə olunması, sinir keçiriciliyi yoxlanıldıqdan sonra isə həkim-fizioterapevt tərəfindən baxılması və nəticəyə uyğun olaraq qərarın qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. Vətəndaş İddiaçı TƏBİB-in tabeliyində olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət edəcəyi təqdirdə, müvafiq müayinələrin aparılması və nəticəsi barədə məlumatın verilməsi mümkün olacaqdır. Əlavə olaraq qeyd edilir ki, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrində göstərilən tibbi xidmət haqqında məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilməsi məqsədəmüvafiqdir. Bundan sonra TƏBİB-in tabeliyində olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət edilmiş və sonuncunun xx.xx.2023-cü il tarixdə verdiyi 237 nömrəli məsləhət vərəqəsindən görünür ki, xəstə müayinə edilmiş, diaqnozu müəyyən edilmiş və ona sonrakı müayinə və müalicənin Neyrocərrahiyyə xəstəxanasında aparılması məsləhət görülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, müayinə zamanı İddiaçı sağ qol arxa nahiyyəsində qoltuq altından başlanıb, dirsəyə qədər uzanan kontrakturaya səbəb olan, üzərində sağalmayan yaralar olan çapıq toxuma görülmüş, xəstənin sağ qolundakı kontrakturanın açılması üzərində sağalmayan yaralar olan çapıq toxumanın ləğvi üçün təxmini olaraq 2-3 seanslı əməliyyat məsləhət görülmüşdür. Bu 2-3 seanslı əməliyyatların qiyməti hər şey daxil təqribən 14.000-17.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2027-ci ilədək üçüncü dərəcəli əlillik müəyyən edilmişdir və əlilliyin səbəbi kimi yuxarı ətrafın mononevropatiyaları, sağ qoltuqaltı nahiyyənin törəməsinin çıxarılmasından sonrakı, sağ orta və dirsək sinirlərinin ifadəli neyropatiyası. Sağ yuxarı ətrafın distal monoparezi. Sağ yuxarı ətrafın hissi, hərəki, trofiki pozulmaları. Dirsək sinirinin zədələnməsi, dirsək sinirlər zonasında hissiyyatın olmaması. Digər daimi ağrı sindromu. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin hipotrofıyası. Oynaqların kontrakturası, sağ bazunun yaxınlaşdırıcı, dirsək oynağının açıcı (170 dərəcə) bükücü (80 dərəcə) kontrakturasi, mil-bilək oynağının açıcı (0 dərəcə) konturakturası, l.ll,lll,İV,V barmaqların açıcı - bükücü yaxınlaşdırıcı, uzaqlaşdırıcı kontrakturası. Yuxarı ətrafın vətər və əzələsinin travmasının nəticələri. Orta və dirsək sinirlər zonasında hissiyatın olmaması göstərilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə Azərbaycan Dövlət Həkimlərin X8 və X4, həmin klinikada işləyən həkim Cavabdeh2 tərəfindən cərrahiyyə əməliyyatı icra edilmişdir. Məhkəmədə digər sübutlarla yanaşı qiymətləndirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” X24 tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2021ci il tarixli ekspert rəyindən göründüyü kimi, iddiaçının üzərində “Sağ qol nahiyəsinin lipomasının ləğvi cərrahiyyə əməliyyatı” qüsurlu icra edilmişdir. Keçirilmiş əməliyyatdan sonra xəstəyə, “Braxial v distalında dirsək çuxurundan proksimala damarın 40-45%-ni əhatə edən hipoexogen quruluşlu trombun izlənməsi, damarın tam kompressiya olunmaması”, xx.xx.2022-ci il tarixdə “X14”da “Orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatmamazlığı”, xx.xx.2022-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda “Sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyatın olmaması, sağ bazunun yaxınlaşdırım dirsək oynağının açıcı (170°), bükücü (80°) kontrakturası, mil-bilək oynağının açıcı (0°) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırım, uzaqlaşdırım kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması”, xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropotiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar” və xx.xx.2022-ci il tarixdə “X20”nda “Üst və alt mənfəzinin tutulması ilə gedən ağır dərəcəli pleksopatiya” diaqnozları qoyulmuş və ekspert tərəfindən həmin diaqnozlarla Cavabdeh2 tərəfindən icra edilmiş əməliyyat arasında birbaşa səbəbli əlaqə müəyyən edilmiş, İddiaçı səhhətində yaranmış “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı ilə nəticələnən travmatik sinir zədələnməsinə məsul şəxsin məhz həkim Cavabdeh2 Fərman qızının olduğu göstərilmişdir. Hətta İddiaçı sadalanmış diaqnozlarla əlaqədar 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Belə olan halda, məhkəmə yuxarıda tədqiq olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı sağlamlığına Cavabdeh2 Fərman qızı, habelə onun işlədiyi, əməliyyatın icra edildiyi, buna razılıq verildiyi və şərait yaradıldığı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X9 tərəfindən zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenumunun Qərarında göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmin qərarla qərara alınmışdır ki, .... Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Hazırda cavabdehlər tərəfindən vurulmuş maddi ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən istər xx.xx.2022-ci il tarixli, istərsə də xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadda göstərilən suallara (İddiaçı müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, mümkün olduğu təqdirdə, bunun üçün hansı miqdarda vəsaitin tələb edilməsi, habelə müalicəyə tələb olunan müddətin proqnozu barədə məlumat və təsdiqedici sənədlərin əldə edilməsi) dəqiqliklə aydınlıq gətirilməmişdir. Belə ki, “Məhkəmə Tibbi Ekspertiza və X17” PHŞ tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində iddiaçının müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı, müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün olmadığı göstərilmişdir. TƏBİB qərardadın icrası ilə bağlı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət ediləcəyi təqdirdə, müvafiq müayinələrin aparılması və nəticəsi barədə məlumatın verilməsinin mümkün olacağını bildirmiş, sonuncu - “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası isə iddiaçının sonrakı müayinə və müalicələrinin Neyrocərrahiyyə xəstəxanasında aparılmasını məsləhət görmüşdür. Belə olduğu təqdirdə, məhkəmə, iddia tərəfinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin arayışında göstərilmiş, İddiaçı həkim Cavabdeh2 tərəfindən icra edilmiş uğursuz əməliyyatın nəticələrinin aradan qaldırılması üçün 2-3 seanslı əməliyyatın labüdlüyünü və buna təqribən 17.000 manat məbləğində pul vəsaitinin tələb olunduğunu ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi vurulmuş maddi ziyana görə, cavabdehlərdən 17.000 manat pulun tutulması hissəsində əsaslıdır. Məhkəmə, vurulmuş mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçının sözügedən əməliyyatdan sonra səhhətindəki mövcud və bir neçə əməliyyat icra edilmədən nəticəsinin aradan qaldırılması mümkün olmayan pisləşmə, əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması, ona qoyulmuş diaqnozlar, çoxsaylı (hətta bundan sonra da davam edəcək) müayinə və müalicələrdən onun mənəvi sarsıntılar və iztirablar keçirməsi aşkardır. Ona görə də, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyana 3.000 məbləğində pulun cavabdehlərdən tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X9 tərəfindən İddiaçı vurulmuş maddi ziyana görə 17.000 manat, mənəvi ziyana görə isə 3.000 manat məbləğində dəymiş ziyan onlardan müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X8 və X3 İddiaçı vurulmuş maddi zərərə görə 17.000 (on yeddi min), mənəvi zərərə görə 3.000 (üç min) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar