Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3335/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X6, Cavabdeh nümayəndəsi vəkili Vəkil iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə ilk və qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeho ğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən İddiaçı İB-yə vurulmuş 2071,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 457,09 manat və 45,29 (manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2573,58 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********40000 saylı abonent kodu üzrə cavabdeh İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2071,20 (iki min yetmiş bir manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyim xərcin - 300 manat məbləğində pulun İddiaçındən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 04/7070 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X9”nın tələblərinə əməl etmək) və “X9”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X9nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 719,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 272 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; Cəmi 2071,20 (iki min yetmiş bir manat 20 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2019-cu ilin üzrə qalıq 199,70 manat sərfiyyat borcu, 2020-ci ilin noyabr-dekabr ayları üzrə 39,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 157,28 manat sərfiyyat borcu və limitdən əlavə 3,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 139,56 manat sərfiyyat borcu və uçotu pozulmuş qaz sərfin 2,10 manat sərfiyyat borcu, 2023cü ilin yanvar-sentyabr ayları üzrə 79,44 manat sərfiyyat borcu, cəmi 620,38 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 1,10 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (620,38+1,10=621,48). 2020-ci ilin noyabr ayından 2024-cü ilin mart ayına qədər cavabdeh 164,39 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 457,09 (dörd yüz əlli yeddi manat 09 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 528,29 (iki min beş yüz iyirmi səkkiz manat 29 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac mərhum atası X2 adına olmuşdur. Abonent kodu **********40000– dir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. 2023-cü ilin noyabr ayında mərhum atası adına olan abonent kodu onun adına keçmiş və onunla müqavilə bağlanmışdır. Bir müddət sonra isə o, adına borcunun yarandığını öyrənmişdir. Bunu araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Həmin sənədlərlə tanış olan zaman ona aydın oldu ki, onunla cavabdeh arasında qazın alqı-satqısına dair müqavilə bağlanan zaman mərhum atası adına olan borcla razılaşmağı barədə ona ərizəyə imza çəkdirmişlər. Həmin ərizədə cavabdeh tərəfindən komputerdə yazılmış, ona isə sadəcə imza çəkdirmişlər. İmzaladığı ərizənin mahiyyəni bilməmiş, müqavilə bağlnması üçün lazım olan sənədə imza çəkdiyini zənn etmişdir. Borc məbləğini isə əlyazma ilə sonradan yazmışlar. Mərhum atası barəsində təbii X9nın pozulması barədə aşağıdakı aktlar tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı akt - xx.xx.20218-ci il tarixli ******* saylı akt - xx.xx.2018-ci il tarixli ******* saylı akt - xx.xx.2020-ci il tarixli ******* saylı akt xx.xx.2017-ci il tarixli ******* saylı akt barəsində qeyd edilməlidir ki, ünvandan çıxarılmış sayğac 2016-cı ildə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, Sayğacın çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. Bunun nəticəsində akt tərtib edilmişdir. Akta əsasən, laboratoriya aktına istinad edilməklə dəymiş ziyanın hesablanması göstərilmidşir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. “X9”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Mərhum atam barəsində tərtib edilmiş digər aktara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018-ci ilin yanvar ayında təbii qaz xəttini talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “X9”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur.
1. Təbii X9nın pozulması haqqında çıxarılmış aktlarda vəfat etmiş atamın imzadan imtina etməsi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin aktlar formal olmaqla bərabər ölmüş şəxsin adına çıxarıldığı üçün həmdə qanunsuz və etibarsızdır.
2. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, göstərilən qızdırıcılardan heç biri mənim evimdə mövcud deyil.
3. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olubolmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir.
4. Təbii X9nın pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz mənim sayğaca müdaxilə etməyi yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyimi bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddiziyan vurmasını müəyyən etmək mümkünsüzdür.
5. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir.
6. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011- ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X9nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbərsayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından 2071,20 manat borc yazılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X10 iddianı müdafiə edərək təmin olunması, Cavabdeh iddiasının isə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkili Vəkil Cavabdeh iddiasının təmin, İddiaçı İB-nin iddiasının rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.9-cu maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********40000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 2024-cü ilin mart ayının sonu üçün cəmi 2528.29 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İddiaçı İB-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı İB tərəfindən hesablanmış 2541,59 manat borca etiraz etməmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli 2105 nömrəli İstehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, X3 Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən evinə İddiaçı İB tərəfindən PQ-2, QSQ və İran sobası quraşdırılmışdır. Təbii X9nın pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, X4 29/1602-02633-1 № MSK-ya əsasən 9-4№ 1102AQ**********6 qaz sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində deşilmişdir. İş materiallarından görünür ki, təbii X9nın pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt aktdan görünür ki, X1 kənar boru ilə təbii qazdan istifadə etmişdir. İş materiallarından görünür ki, təbii X9nın pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, X4 təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmişdir. İş materiallarından görünür ki, təbii X9nın pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, X4 təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 972 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 3596 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 1360 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 8856 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı Azəriqaz İB tərəfindən 45,29 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X9»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X9 ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Məhkəmə ilk növbədə xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 194 manat abonentə hesablanmış borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X9”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan nasazlıqla əlaqədar hesablanmış cərimə hissəsinə münasibət bildirərək göstərir ki, sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, Azəriqaz İB-nin iddia tələbinin bu hissəsədə təmin oluna bilməz, iddiaçı Cavabdeh iddia tələbinin bu hissəsi təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbilərinin xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda istehlakçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Belə olan halda məhkəmə ilk iddia tələbinin tərtib edilmiş aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsində yalnız ilk tərtib edilmiş-xx.xx.2018-ci il tarixli 01347214 saylı aktı münasibətdə əsaslı hesab etmişdir. Lakin məhkəmə sözügedən akt üzrə hesablanmış məbləğlə razılaşmır və həmin məbləğlərin şişirdilmiş olduğu qənaətinə gəlir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunur ki, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manat məbləğində müəyyən edilir, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyşikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Buna görə də, istifadə olunmuş qazın hər kubmetri 0.20 qəpikdən deyil, sözügedən aktlar üzrə müvafiq 0.10 qəpikdən hesablanaraq cəmi məbləğ olaraq 359.60 manat məbləğində dəymiş zərər müəyyən olunmalı idi. Beləliklə məhkəmə hesab edir ki, təbii X9nın pozulması haqqında xx.xx.2018-ci il tarixli 01347214 saylı akt əsasında hesablanmalı olan 359.60 manat pul istehlakçıdan Azəriqaz İB-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh iddia ərizəsi üzrə iddia tələbini qismən xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 719,20 manat hissəsində qismən, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 272 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat hesablanmış cərimənin silinməsi hissəsində isə tam təmin edir. Bundan başqa məhkəmə ilk iddia tələbinin 457.09 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əavə edilmiş, Cavabdeh məxsus saldodan görünür ki, Cavabdeh 2020-ci ilin sonu üçün 39.10 manat sərfiyyat borcu, 2021-ci ilin sonu üçün 157.28 manat sərfiyyat borcu, 3.20 manat isə həmin ilin sonu üçün yaranmış tarif keçidi borcu, 2021-ci ilin sonu üçün 139.56 manat sərfiyyat borcu, 2023-cü ilin sonu üçün isə 79.44 manat sərfiyyat borcunun olması müəyyən edilir. (39.10+157.28+3.20+139.56+79.44=418.58 manat) Həmçinin iddia ərizəsinin məzmunundan da görünür ki, istehlakçı tərəfindən qeyd edilən borcdan 164.39 manat məbləğində ğödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən ödəniş ümumi sərfiyyat borcundan çıxılmalı və yerdə qalan məbləğ Cavabdeh Azəriqaz İB-nin xeyrinə tutulmalıdır. (418.58-164.39=254.19) Bundan başqa məhkəmə ilk iddia tələbinin 2022-ci ilin yanvar-dekabr ayları üzrə uçotu pozulmuş 2,10 manat sərfiyyat borcunun və sayğac dəyişikliyindən sonra isə abonentin 1,10 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedn borcların yaranmə əsasları məhkəməyə məlum olmadığından ilk iddianın həmin hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 46.50 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsidə ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Bundan sonra Məhkəmə ikinci iddia tələbinin 300 manat vəkil xərcinin Azəriqaz İB-dən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən 150 manat hissədə təmin edilməsi daha ağlabatan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı İB-nin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 359.60 (üç yüz əlli doqquz manat altmış qəpik) manat borc, 254.19 (iki yüz əlli dört manat on doqquz qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddiaçı İB-nin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh iddia tələbi qismən təmin edilsin. İddiaçı İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış borcun 359.60 (üç yüz əlli doqquz manat altmış qəpik) manat hissəsi, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 272 (iki yüz yetmiş iki) manat və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 885,60 (səkkiz yüz səksən beş manat əlli qəpik) manat borc silinsin. 150 (bir yüz əlli) manat vəkil xərci İddiaçı İB-dən tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddaçı Cavabdeh iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli