Məhkəmə qərarları › İş №e-2(008)-3363/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3363/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3363/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il tarixli,CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1179,46 manat əsas, 275,06 manat faiz, 64,22 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli CA0035115U/12A nömrəli müqaviləyə əsasən 9613,72 manat əsas, 129,87 manat faiz borcu olmaqla, cəmi 11262,33 manat borcun və 124 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış 05 sentyabr 2011-ci il tarixli, CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1850 manat və 11 aprel 2012-ci il tarixli CA0035115U/12A nömrəli müqavilələrə əsasən bank ona ümumilikdə 9840 manat məbləğlərində kredit vermişdir. Hazırda məhrum X3 Banka ümumi olaraq 11262.33 manat borcu vardır. X6 05 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh mərhum X3 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsəsinə qalan miras əmlak AR Dövlət Sığorta Şirkətinin xx.xx.2012-ci il tarixli, xx-xx/1250 nömrəli məktubuna əsasən 13800 manat sığorta məbləğindən ibarətdir. İddiaçı xx.xx.2023-cü il tarixində iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixli,CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1179,46 manat əsas, 275,06 manat faiz, 64,22 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli CA0035115U/12A nömrəli müqaviləyə əsasən 9613,72 manat əsas, 129,87 manat faiz borcu olmaqla, cəmi 11262,33 manat borcun və 124 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Chevrolet Aveo markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsinini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli CC0361914U/11A nömrəli “ishehlak kredit müqaviləsinə” əsasən, Bank Borcalana 24 ay müddətinə qaytarmaq şərtilə illik 28 faiz ödənilməklə 1850 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, CA0035115U/12A nömrəli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən, Bank Kredit alana Chevrolet Aveo-minik markalı avtomobilin 60 ay müddətinə qaytarmaq şərtilə illik 28 faiz ödənilməklə 9840 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, CC0361914U/11A nömrəli müqaviləyə əsasən İddiaçı ASC-yə əsas məbləğ üzrə borcu 1179,46 manat, faiz üzrə borcu 275,06 manat, cərimə borcu üzrə 64,22 manat, 11 aprel 2012-ci il tarixli, CA0035115U/12A nömrəli müqaviləyə əsasən 9613,72 manat əsas, 129,87 manat faiz borcu mövcuddur. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 717 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Sabunçu Rayon Notariat Kontoruna xx.xx.2012-ci il tarixli, xx-xx/1250 nömrəli məktubundan görünür ki, Sabiq polis əməkdaşı X3 ölümü ilə əlaqədar “Məhkəmə və Hüquq-Mühafizə orqanlar işçilərinin Dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikasının Qanuna əsasən 13800 manat sığorta ödənişi verilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş olunub. İş materiallarında olan Qanun üzrə X5 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 4 nömrəli dövlət Notariat Kontorunun Böyük dövlət notariusu X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X3 vərəsəsi, ünvan 1 ünvanında yaşayan atası-Cavabdeh miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin xx.xx.2012-ci il tarixli, xx-xx/1250 nömrəli məktubuna əsasən 13800 manat Sığorta məbləğindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli 26 nömrəli rəyinə əsasən “Chevrolet Aveo” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiyməti 2500 manat, likvid dəyəri 2000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Həmçinin Cavabdeh mərhum oğlu X3 vərəsəsi olaraq onun ölümü nəticəsində qanun üzrə vərəsəsi tanınaraq Dövlət Sığorta Şirkətindən 13800 manat sığorta məbləğini almaqla hüquqlar əldə etdiyi kimi, X3 öhdəlikləri ilə bağlı da vəzifələr daşımalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli Plenum Qərarına əsasən Plenum hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələb edilən əsas və faiz borcu məbləği hissəsində əsaslıdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2011-ci il tarixli,CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1179,46 manat əsas, 275,06 manat faiz, 64,22 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli CA0035115U/12A nömrəli müqaviləyə əsasən 9613,72 manat əsas, 129,87 manat faiz borcu olmaqla, cəmi 11262,33 manat borcun və 124 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borcluya dəfələrlə rəsmi olaraq müraciət edilsə də, heç bir ödəmə həyata keçirilməmişdir. Borclu dəfələrlə əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Chevrolet Aveo markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyul 2023-cü il tarixli, 26 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən görünür ki, ipoteka predmeti olan Chevrolet Aveo markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri 2500 manat və likvid dəyəri 2000 manat məbləğində təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, likvid dəyəri 2000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 124 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixli,CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1179,46 manat əsas, 275,06 manat faiz, 64,22 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli CA0035115U/12A nömrəli müqaviləyə əsasən 9613,72 manat əsas, 129,87 manat faiz borcu olmaqla, cəmi 11262,33 manat borcun və 124 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan məbləğ - 11262,33 borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Chevrolet Aveo markalı, **- BU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar