Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3401/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərtib edilmiş akt üzrə 3607,2 manat, təbii qazdan istifadəyə görə 1902,2 manat, 75,49 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5584,89 manat pulun tutularaq İddiaçı İB-nin (Alan müştərinin adı İddiaçı İB, İBAN: AZ50İBAZ********************, Alan bank: Azəriqaz şöbəsi, SWİFT İBAZAZ2X, Müxbir hesabı: AZ03NABZ********************, Bank kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixli AKX-04945xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə etməsi, qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii X2 pozulması haqqında aktlar tərtib edilmişdir. Cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,2 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 1969,92 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 639,36 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,4 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 483,64 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4366,57 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə 2511,47 manat borcunun olmasına dair ərizə ilə iddiaçıya müraciət etmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə elektron ərizə göndərərək baxış iclasını iştirakı olmadan keçilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehin iştirakını təmin etmək məqsədilə məhkəmə tərəfindən baxış iclası xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə təxirə salınmış, cavabdehə ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə xx.xx.2024, xx.xx.2024, eləcə də xx.xx.2024-cü il tarixlərdə zənglər edilmiş, iştirakının zəruri olduğu bildirilmiş, lakin cavabdeh hər dəfə gəlməyəcəyini demişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2022-ci il tarixli AKX-04945xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur: PQ-3, Samovar, Dəmir peç. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İddiaçının əməkdaşları tərəfindən Cavabdeh barəsində sayğacdan kənar qaz xəttindən istifadə edildyinə görə aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,2 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 1969,92 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 639,36 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,4 manat; xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 483,64 manat. Abonentin saldosundan görünür ki, 1902,2 manat məbləğində debitor borcu var. Hazırda iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş aktlar üzrə yaranmış 3607,2 manat zərərin və 1902,2 manat debitor borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1 -ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir." Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın aktlar tərtib edilən zaman qüvvədə olan 6.5ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. xx.xx.2023-cü ildə edilən dəyişklərə əsasən aşağıdakı bəndlər əlavə edilmişdir: 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tərəfindən məhkəməyə iddiaçının adından imzalanmış xx.xx.2022-ci il tarixli ərizə təqdim edilmişdir. Ərizəyə əsasən cavabdeh 2511,47 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh dəfələrlə məhkəməyə dəvət edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, adıçəkilən ərizəyə öz münasibətini bildirməmiş, iddia ərizəsinə etiraz təqdim etməmişdir. Belə olan halda, məhkəmə həmin ərizəni xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən kənar xəttdən istifadə etməyinin etirafı kimi qəbul edir. Belə ki, abonentin saldosundan görünür ki, həmin tarixə onun iki akt üzrə - xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,2 manat, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 1969,92 manat ziyan və 539,55 manat debitor borcu, cəmi 2509,47 manat borcu var. Odur ki, məhkəmə hesab edir ki, həmin aktlar üzrə zərərin hesablanmasının düzgün olub-olmaması yoxlanılmalı və qiymət verilməlidir. Məhkəmə hesab edir ki, aktlar tərtib edilən zaman Qaydalarda zərərin hesablanma qaydası nəzərdə tutulmadığından və iddia xx.xx.2023-cü ildən sonra verildiyindən (dəyişikliyin edildiyi), hesablama məhz Qaydaların 6.5-3-cü bəndinə əsasən hesablanmalıdır (İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır). xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2952 kub metr qaza görə 295,2 manat zərər aşağıdakı qaydada hesablanmışdır. PQ-4 üçün: 1,2 kub metr maksimal qaz sərfi x 30 gün hesabat müddəti x 24 saat orta günlük iş rejimi = 864 kub metr, QSQQ üçün: 1,5 kub metr maksimal qaz sərfi x 30 gün hesabat müddəti x 24 saat orta günlük iş rejimi = 1080 kub metr, Dəmir soba üçün: 1,4 kub metr maksimal qaz sərfi x 30 gün hesabat müddəti x 24 saat orta günlük iş rejimi = 1008 kub metr, cəmi 2952 kub metr qaz. Göründüyü kimi, adıçəkilən akt üzrə orta günlük iş rejimi 24 saat deyil, Qaydalara uyğun olaraq 12 saat nəzərə alınmalıdır. Yəni, həmin akt üzrə 1476 kub metr qaza görə 147,6 manat zərər hesablanmalıdır. xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 16416 kub metr qaza görə 1969,92 manat ziyan aşağıdakı qaydydy hesablnamışdır. PQ-3 üçün: 0,8 kub metr maksimal qaz sərfi x 180 gün hesabat müddəti x 24 saat orta günlük iş rejimi = 3456 kub metr, QSQ üçün: 1,5 kub metr maksimal qaz sərfi x 180 gün hesabat müddəti x 24 saat orta günlük iş rejimi = 6480 kub metr, İran soba üçün: 1,5 kub metr maksimal qaz sərfi x 180 gün hesabat müddəti x 24 saat orta günlük iş rejimi = 1008 kub metr, cəmi 6480 kub metr qaz, cəmi 16416 kub metr qaz. Bu hesablama də səhv olmuşdur. Belə ki, saldodan görünür ki, sayğaca son baxış 2022-ci ilin oktyabr ayında olmuşdur, yəni hesabat müddəti 180 gün deyil, 30 gün nəzərə alınmalı idi. Bundan başqa, qeyd edildiyi kimi, orta günlük iş rejimi 24 saat deyil, Qaydalara uyğun olaraq 12 saat nəzərə alınmalıdır. Odur ki, 16416 kub metr qaz bölünməlidir altıya (30 gün hesabı ilə) və sonra ikiyə (12 saat hesab ilə), cəmi on ikiyə. Belə olan halda, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 1368 kub metr qaza görə 136,8 manat ziyan hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iki akt əsasında cavabdehdən 284,4 manat ziyan tutulmalıdır (147,6 + 136,8). Lakin, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 639,36 manat, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 734,4 manat, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 483,64 manat cavabdehdən tutula bilməz. Belə ki, qeyd edildiyi kimi, Qanuna edilmiş əlavəyə əsasən (xx.xx.2022-ci il) hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır. Yuxarıda göstərildiyi kimi, son üç akt 2022-ci il mayın 1-dən sonrakı vaxta təasadüf etdiyindən, iddiaçı tərəfindən istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı təqdim edilmədiyindən, cavabdehin həmin tarixlərə etirafı olmadığından, qazın talanmasında təqsirli olmasına dair tələb edilən sübut təqdim edilmədiyindən həmin aktlar üzrə iddia rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia 1902,2 manat debitor borcunun tutulması hissəsində təmin edilməlidir. Belə ki, adıçəkilən Qaydaların: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə 1902,2 manat borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 147,6 manat zərər, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 136,8 manat zərər və 1902,2 manat debitor borcu, cəmi 2186,6 manat tutulmalı, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 2186,6 manat hissədə təmin edildiyindən, ödənilmiş 75,49 manat dövlət rüsumunun 41,86 manatı cavabdehdən tutulmalı, 33,63 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 147,6 manat zərər, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 136,8 manat zərər və təbii qazdan istifadəyə görə 1902,2 manat, cəmi 2186,6 manat və 41,86 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İB-nin (Alan müştərinin adı İddiaçı İB, İBAN: AZ50İBAZ********************, Alan bank: Azəriqaz şöbəsi, SWİFT İBAZAZ2X, Müxbir hesabı: AZ03NABZ********************, Bank kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilsin. İddia xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 639,36 manat, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 734,4 manat, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 483,64 manat zərərin tutulması hisssinədə rədd edilsin. Ödənilmiş 33,63 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3401/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3401/2024
01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver