Məhkəmə qərarları › İş №e-2(008)-3405/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3405/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3405/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə ilk və qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh X3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 5314.35 (beş min üç yüz on dörd manat otuz beş qəpik) manat və 73.55 (yetmiş üç manat əlli beş qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı (Alan müştərinin adı:X5, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı əsassız hesablanmış 5314,35 (beş min üç üz on dörd manat otuz beş qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00658 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G- 4 markalı 1802AZ**********71 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə etməsi halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə G-4 markal 1602AZ**********38 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsia şkarlanmışdır. Bu barədə MSK- 29/1710-02360/1-44 saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylıakta əsasən 486 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan əlavə, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2019-cu il tarixli ******* saylıakt əsasında 799.2 manat və xx.xx.2023-cü il tarixli ******* saylıakt əsasında 4147.2 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5432.4 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda 5314.35 manat vardır.Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə qaz sayğacına baxış keçirilmliş və müəyyən olunmuşdur ki, qaz sayğacının plasmas borusunda deşik aşkar edilmişdir, ona görə də iddiaçıya 486 manat məbləğində zərər dəymişdir. Bununla bağlı bildirmişdir ki, əvvəla onun evinin qaz sayğacı çöldə yerləşir, onun tərəfindən həmin qaz sayacına müdaxilə edilməmişdir, həmin sayğacın plombu üstündə olmuşdur, plomba heç bir müdaxilə edilməmişdir. Həmin aktı tərtib edərkən qaz sayğacı onun adına olmamışdır. Qaz sayğacı X4 adına olmuşdur, mən həmin şəxsi tanımır və qaz sayğacı da onun adına olduğu üçün buna görə o, heç bir məsuliyyət daşımır. Həmin akt da Vidadi Quliyevin adına tərtib edilmişdir. Ona görə də hesab edir ki, həmin borc onun adından silinməlidir. İddiaçı bildirir ki, xx.xx.2019-cu il tarixdə və xx.xx.2023-cü il tarixdə guya ki, o, qaz sayğacına qanunsuz qoşulmuşdur. Ona görə də onlara 799 manat və 4.147 manat məbləğində zərər dəymişdir. O, bununla razı deyil. Belə ki, o, qaz xəttinə qoşulmamış və bir qadın kimi bunu da edə bilməzdir. Qaz xəttinə qoşulmaq üçün qaynaqdan istifadə etmək lazımdır, o, isə bunu edə bilməzdir. xx.xx.2019-cu il tarixli akt Quliyev Vidadinin adına tərtib edilmişdir, onun adına yox, ona görə də onun burada heç bir məsuliyyəti, günahı yoxdur. İdidaçı ilə onun arasında qaza görə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qaz xəttinə müdaxilə onun tərəfindən olmamışdır, qaz xətti çöldə yerləşir, onun həyətində yerləşmir, ona görə də qaz borusuna iddiaçının nümayəndələri nəzarət edir. Onlar hər ay gəlib qaz borusuna nəzarət edirlər, necə ola bilər ki, onun evində yalnız 4 gözlü qaz peçi işlətdiyi halda o, 4.147 manat məbləğində qaz sərfiyyatı etmişdir. Bu tam qanunsuz hesablamadır. Qaz borusuna edilən müdaxilə ondan əvvəl olmuşdur, qeyri qanuni çəkilən qaz borusunun ağzı həmişə bağlı olmuşdur, oradan o, heç vaxt istifadə etməmişdir. Bu əsassız hesablama onun adından silinməlidir. Qeyd olunanara əsasən İddiaçı iddia ərizəsi əsassız olduğundan rədd olunmalı və ona əsassız yesablanmış 5.314,35 manat məbləğində borcun onun **********00658 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ilk iddianın rədd, qarşılqılı iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Eyni zmanda bildirmişdir ki, o sözügedən ünvanda 2009-cu ildən yaşayır. Lakin onun yaşadığı ünvana quraşdırılan qaz sayğacı başqa bir şəxsin adına olmuşdur. Ola bilsin o adamın adında çoxlu borcu olmuşdur. O həmin ünvandı qazdan əvvəl istifadə etməmişdir. Sonradan məcbur qalaraq qazdan istifadə etmək üçün Azərqaz İB ilə müqavilə bağlamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə yazaraq məhkəmə iclasında iştirak edə bilməyəcini, iş üzrə bütün sənədlər təqdim edildiyini, heç bir vəsatəti və əlaləri olmadığını, iddia tələbini müdafiə etdiklərini məhkəməyə bildirmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin iizahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AKX-01637xx/xx-2019 nömrəli “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.9-cu maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00658 abonent kodu olan Cavabdeh 2018-ci ilin noyabr ayında qalıq və aktlar üzrə 486 manat, 2019-cu ilin aprel ayında isə 799.20 manat məbləğində, 2023-cü ilin fevral ayında isə 4147.20 manat cərimə hesablanmışdır. İş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh 27 noyabr 2018-ci il tarixli 29/xx-xx-02360/1-44 nömrəli rəyinə əsasən 1602AZ********** sayğacın çıxış plasmas borusu deşilmişdir. Bu səbəbdən 486 manat manat cərimə edilmişdir. İş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2019-cu il tarixli ******* saylı akt aktdan görünür ki, Cavabdeh təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi üçün 799,2 manat cərimə edilmişdir. İş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi üçün 4147.2 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 34560 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 7992 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 73,55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən abonentə hesablanmış 486 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia tələbi bu hissələrdə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* aktda göstərilən sayğacda yaranmış nasazlıq ilk iddia üzrə cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Bundan sonra məhkəmə xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasən abonentə yazılmış cəriməyə münasibət bildirərək qeyd edir ki, X1 kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və ilkin iddia üzrə iddiaçıya ziyan vurmuşdur. X2 qızının təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində ilkin iddia üzrə iddiaçıya yalnız xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7992 kubmetr olduğu müəyyyən olunmuşdur. 7992 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 799.2 manat məbləğində təmin edir. Lakin iddia ərizəsinin məzmunundan da görünür ki, abonent Cavabdeh ona hesablanmış aktlar üzrə borcdan 118.05 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən abonentə hesablanmış cərimədən ödəniş çıxılmalı (799.20 manat – 118.05 manat = 681.15 manat) yerdən qalan məbləğ ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutlmalıdır. Bundan sonra məhkə ilkin iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış 4147.2 manat cərimənin ilkin iddia üzrə cavabdehdən tutulması hissəsinə, qarşılıqlı iddia üzrə 4147.20 manat borcun qarşılıqlı iddia üzrə iddiaçının hesabından silinməsi hissəinə münasibət bildirərək qeyd edir ki, sözügedən akt xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə ilkin iddia üzrə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 73.55 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsidə ilkin iddia üzrə cavabdehdən iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən hesablanmış borcdan 681.15 (altı yüz səksən bir manat on beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı İB tərəfindən iddiaçı Cavabdeh məxsus abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 486 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesablanmış 4147.20 manat borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar