Məhkəmə qərarları › İş №e-2(008)-3412/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3412/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3412/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia rəizəsi ilə məhkəməyə müraciət edərək X1 4823,4 manat zərərin və 68,64 manat dövlət rüsumunun, cəmi 4356,1 manat borcun Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüş, iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hesab edir ki, cavabdeh iddia ərizəsi verilənədək öldüyündən, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş matariallarından görünür ki, iddiaçı ********** №-li qəbz əsasında xx.xx.2023-cü il tarixdlə 68,24 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 68,24 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı İB-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar