Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3417/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ fHakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərtib edilmiş akt üzrə 2073,6 manat, təbii qazdan istifadəyə görə 1191,6 manat, 53,05 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3318,25 manat pulun tutularaq İddiaçı İB-nin (Alan müştərinin adı İddiaçı İB, İBAN: AZ50İBAZ********************, Alan bank: Azəriqaz şöbəsi, SWİFT İBAZAZ2X, Müxbir hesabı: AZ03NABZ**********0000002944, Bank kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 04/4926 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********40000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eələcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq akt tərtib edilmişdir - xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 2073,6 manat İddiaçı İB-yə zərər dəymişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 1191,6 manat borcu qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Elektron məhkəmə sistemindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüş, iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hesab edir ki, cavabdeh iddia ərizəsi verilənədək öldüyündən, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş matariallarından görünür ki, iddiaçı ********** №-li qəbz əsasında xx.xx.2023-cü il tarixdlə 53,05 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 53,05 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı İB-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3417/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3417/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver