Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-355/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0046649-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh əsas məbləğ üzrə 6252,66 manat, faiz borcu üzrə 2262,42 manat, cərimə borcuna görə 49,77 manat olmaqla cəmi 8564,85 manat məbləğində kredit borcunun və ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0046649-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Maşın almaq” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 3.747,34 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2.255,06 manat və müqavilənin 4.3cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 78,60 manat olmaqla cəmi 6.081,00 (manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 6252, manat, faiz borcu üzrə 2262,42 manat olmaqla cəmi 8564,85 manat məbləğində kredit borcu var. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsində iclasının olduğunu bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, hazırki mülki iş üzrə iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə cavabdehdən xəbərsiz və iştirakı olmadan Sabunçu Rayon Məhkəməsinun 2(008)-1761/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsini nəzərə alaraq hazırki mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0046649-F saylı kredit müqaviləsinə əsasən, bank borcalana 18 ay müddətinə, illik 36 faizdən ödəmək şərti ilə 10.000 manat kredit verilmişdir; - xx.xx.2019-cu il tarixli, L-BK-0048976-F saylı kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş hər ay 735 manat olmaqla 18 ay müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 3747.34 manat məbləğində əsas borc, 2255.06 manat məbləğində faiz borcu, 78.6 manat cərimə borcu olmaqla, cəmi 6081.00 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, BK-060 nömrəli bildirişin surətindən görünür ki, сavabdeh Cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1915/2024 nömrəli ekspertiza rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, L-BK-0046649-F saylı kredeit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 31 yanvar 2023-cü il tarixə BOOKT "xxxx" MMC olan borcu 8512.19 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 6127.92 manat, faiz borcu üzrə 1728.07 manat, faiz borcu üzrə (5 % ilə) 656.20 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-395/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə olan Cavabdeh ifadəsinə əsasən X1 onun atasının bacısıdır, qohum kimi onunla münasibətləri həmişə yaxşı olmuşdur. Əvvəllər Nəzakət “8 km” bazarında gül mağazası işlətmiş, o da arabir bazara gedib sonuncuya baş çəkmişdir. 2019-cu ilin may ayının sonlarında bibisi bir neçə dəfə ona müraciət edib onun adından lombarddan kredit götürməyə razılaşmasını bildirmişdir. Nəzakət girov kimi qızılları özünün qoyacağını, götürüləcək kredit ödənilmədiyi təqdirdə ona heç bir problem yaranmayacağını demişdir. Nəzakət həm də öz adına kredit olduğuna görə təkrar götürə bilmədiyini, onun adına kredit olmadığından götürmək asan olacağını demişdir. Həm Nəzakət dəfələrlə təkid etdiyindən, həm də bibisinə kömək etmək barədə anası ondan xahiş etdiyindən adına kredit götürülməsinə razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında bibisi nəzakət tanışı Validə Dəmirova ilə birlikdə evlərinin qarşısına gəlmişlər. Validə ilə heç bir şəxsi münasibətləri olmasa da, bir neçə dəfə 8-ci km bazarına gedib bibisinə baş çəkəndə Validəni də yanında görmüş və bu səbəbdən də üzdən tanımışdır. Həmin vaxt da onların evin qarşısına Validənin idarə etdiyi avtomobillə gəlmişlər. Onlar həmin maşınla metronun “28 May” stansiyasının yaxınlığına getmişlər. Orada “Əhməd” adlı şəxslə telefonla danışdıqdan sonra onlardan bir qədər uzaqlaşmış və bir neçə dəqiqə sonra geri qayıtmışdır. Geri qyaıdarkən Validənin əlində qırmızı rəngli ətir qutusu olmuşdur. Validə həmin qutunu bibisi Nəzakətə vermiş və onlar maşınla Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 58 D ünvanında yerləşən "xxxx" MMC-nin yaxınlığına getmişlər. Orada avtomobildən düşmüşlər, Validə də maşın sürüb getmişdir. Validə sağollaşıb getməmişdən öncə ona bankda adını çəkməməsini tapşırmışdır. O, bibisi ilə birlikdə banka daxil olduqdan sonra oranın əməkdaşı onları qarşılamışdır. Bibisi özü qızılları bankın əməkdaşına təqdim etmiş və gül ticarətini genişləndirmək niyyəti ilə kredit götürmək istədiyini bildirmişdir. Bir qədər sonra zərgər də oraya gəlmiş və qızılları tərəzidə çəkib qiymətləndirmişdir. Bundan sonra müqavilə tərtib olunmuş və təqdim olunan qızılların müqabilində 10.000 manat kredit ayrıldığı bildirilmişdir. Sənədləşdirmə işləri başa çatdıqdan sonra ona 1 ədəd bank kartı və müqavilənin nüsxəsi təqdim edilmişdir. Oradan çıxdıqdan sonra bank kartını və müqaviləni Nəzakətə vermiş və sağollaşıb yaşadığı evə getmişdir. Təxminən 2019-cu ilin iyun ayının sonlarından etibarən Nəzakət yenə də onunla əlaqə saxlayıb pula ehtiyacı olduğunu demiş və yenə də adına kredit götürməyə razılaşmasını xahiş etmişdir. Həm qohum olduqlarından kömək etmək məqsədi ilə, həm də anası ondan xahiş etdiyindən razılaşmışdır. Bibisi əvvəllcədən ona məlumat verdiyindən 3 iyul 2019-cu il tarixdə səhər saatlarında metronun “Neftçilər" stansiyasının yaxınlığına gedib orada bibisi Nəzakətlə görüşmüşdür. Həmin vaxt Nəzakət oraya Validənin idarə etdiyi avtomobillə gəlmiş, Validənin avtomobilindən düşüb ona yaxınlaşanda əlində balaca sellofan torba olmuşdur. Validə özü isə ona yaxınlaşmamış, bibisini düşürdükdən sonra avtomobili sürüb getmişdir. Bundan sonra Nəzakətlə birlikdə sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 58 D ünvanında yerləşən "xxxx" MMC-nin yaxınlığına getmişlər. MMC-ə daxil olduqdan sonra bibisi qızılları təqdim etmiş və qısa müddət ərzində həm sənədləşdirmə aparılmış, həm də qızıllar tərəzidə çəkilib qiymətləndirilmişdir. Müqavilə tərtib olunanda məlumat verilmişdir ki, bu dəfə 9.860 manat kredit ayrılacaqdır. Bankdan onlara kreditin nağd formada veriləcəyi, “Kapital bank”a yaxınlaşıb götürə biləcəyini demişlər. Bankdan çıxdıqdan sonra yaşadığı evə getmiş, 1-2 gün sonra Nəzakətlə görüşüb “Kapital bank”ın Bakıxanov qəsəbəsində yerləşən filialına getmişlər və orada kassadan 9.860 manat pul ödənilmiş. Nəzakət onunla birlikdə kassaya yaxınlaşdığından özü pulu qəbul etmişdir. Bankdan çıxdıqdan sonra yaşadığı evə qayıtmışdır. Sonradan aylıq ödənişləri də Nəzakət özü ödəmişdir. Nəzakət krediti gül mağazasını genişləndirmək, əlavə mallar almaq məqsədi ilə götürdüyünü deyirdisə də, kredit götürəndən sonra bu istiqamətdə hər hansı bir işlə məşğul olub olmadığını, pulu hara xərclədiyini bilmir. Təxminən 2020-ci ilin fevral-mart ayından etibarən kreditin ödənişində gecikmələr olduğundan bankdan ona tez-tez zəng olunmuş, o da hər dəfə Nəzakətə bu barədə demişdir. Nəzakət də ona demişdir ki, narahat olmasın, həll edəcək. Sonradan bankdan onlara məlumat verilmişdir ki, girov kimi qoyulan qızıllar saxtadır. Girov qismində banka təqdim etdiyi qızıl əşyaların saxta olması barədə qətiyyən məlumatı olmamışdır. Əgər qızılların saxta olduğunu bilsəydi bu işə razılaşmazdı. Adına kredit götürülməsinə razılıq verdiyi üçün Nəzakət Uluxanova və Validə Dəmirova götürülən kreditdən ona hər hansı məbləğdə pul ödəməmişdir. xx.xx.2019-cu il tarixli, L- BK-0046649-F nömrəli kredit müqaviləsi və həmin tarixli L-BK- 0046649-F-1 nömrəli girov müqaviləsi, xx.xx.2019-cu il tarixli L-BK-0047108-F nömrəli kredit müqaviləsi, həmin tarixli L-BK-0047108-F-1 nömrəli girov müqaviləsi ona təqdim olunmuşdur. Göstərilən imzalar və əlyazmalar ona məxsusdur, özü icra etmiş, hər hansı kənar təzyiq olmamışdır. -İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 106 manat məbləğində dövlət rüsumu ödəmişdir. Elektron Məhkəmə İnforformasiya sistemindən əldə edilmişməlumatlardan görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1761/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2019-cu il tarixli, L-BK- 0047108-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 6650,72 (altı min altı yüz əlli manat yetmil iki qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 2068,37 (iki min altmış səkkiz manat otuz yeddi qəpik) manat faiz borcu, 79,05 (yetmiş doqquz manat beş qəpik) manat manat cərimə borcu və 501,58 (beş yüz bir manat əlli səkkiz qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla cəmi 9299,72 (doqquz min iki yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat məbləğində kredit borcunun və 113 (bir yüz on üç) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş olsada cavabdeh üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməyərək, müqavilə üzrə əsas və faiz borcu yaranmışdır. Belə olan halda məhkəmə heasb edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərinin icrasını cavabdehdən tələb etməkdə haqqlı olmuşdur. Bundan sonra məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcun məbləğlərinə diqqət yetirərək qeyd edir ki, Cavabdeh müqavilə üzrə hesablanmış əsas və fiaz borcun məbləğləri ilə razı olmadığından, məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1915/2024 nömrəli ekspertiza rəyi ilə hazırki müqavilə üzrə cavabdehin əsas borc məbləği 6127.92 manat, faiz borc məbləği isə 1728.07 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edirki, iddia tələbi əsas və faiz borc məbləğlərinə münasibətdə qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1915/2024 nömrəli ekspertiza rəyi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan tam təmin edilməlidir. Bundan başqa məhkəmə cavbdehin tərəfin mülki işin icraatına xitam verilməsinə dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1761/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış hazırki kredit müqaviləsinə deyildə, xx.xx.2019-cu il tarixli, L-BK-0047108-F saylı kredit müqaviləsinə münasibət bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən dövlət rüsumunun tutulması hissəsində də qismən təmin edilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, mülki iş üzrə təyin edilmiş ekspertiza xərcidə iddia tələbinin təmin olunan hissəsinı münasibətdə cavabdehə aid edilməli, yerdəqalan məbləğisə iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6127.92 (altı min yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat əsas borc, 1728.07 (min yeddi yüz iyirmi səkkiz manat, yeddi qəpik) manat faiz borcu, 49.77 (qırx doqquz manat yetmiş yeddi qəpik) cərimə borcu olmaqla cəmi 7905.76 (yeddi min doqquz yüz beş manat yetmiş altı qəpik) manat pul və 99 (doxsan doqquz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə ödənilsin. Ekperiza xərcinin 90 (doxsan) manat olan hissəsi Cavabdeh, 10 (on) manat olan hissəsi isə iddiaçı BOKT "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininhesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-355/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-355/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver