Məhkəmə qərarları › İş №e-2(008)-3550/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3550/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3550/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə xx.xx.2020-ci il tarixli, BPM**********50 nömrəli Tam kart çərçivə müqaviləsi ilə əlaqədar olaraq əsas borc üzrə 247.67 manat əsas borc, 46.4 manat faiz borcu olmaqla, cəmi 294.07 manat borcu tutulması, xx.xx.2025-ci il tarixinə xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi ilə əlaqədar olaraq isə əsas borc üzrə 4074.62 manat əsas borc. 724.32 manat faiz borcu olmaqla, cəmi 4798.94 manat borcu tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 70.94 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Səbail filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********50 N°-li Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən X4 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti, xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 21 faiz hesablanmaqla, 9500 manat məbləğində isə kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən verilən məlumata əsəsən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixinə xx.xx.2020-ci il tarixli, BPM**********50 Ne-li Tam kart çərçivə müqaviləsi ilə əlaqədar olaraq əsas borc üzrə 247.67 manat əsas borc, 46.4 manat faiz borcu olmaqla, cəmi 294.07 manat borcu mövcuddur. xx.xx.2025-ci il tarixinə xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi ilə əlaqədar olaraq isə əsas borc üzrə 4074.62 manat əsas borc, 724.32 manat faiz borcu olmaqla, cəmi 4798.94 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçun cəmi 70.94 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanması müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********50 saylı kredit müqaviləsindən müəyyən edilirki, iddiaçı "xxxx" ASC tərəfindən X4 illik 24 faizlə 36 ay müddətinə 500 manat kredit verilmişdir. Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********44 saylı kredit müqaviləsindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 illik 21 faizlə 48 ay müddətinə 9500 manat kredit verilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2020-ci il tarixli, BPM**********50 saylı kredit müqaviləyə əsasən əsas borc məbləği 247.67 manat, 46.4 manat faiz borcu, cəmi 294.07 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixli, BPM**********44 saylı kredit müqaviləyə əsasən əsas borc məbləği 4074.62 manat, 724.32 manat faiz borcu, 70.94 manat dövlət rüsumu, cəmi 4798.94 manat təşkil edir. - Bakı şəhəri 18 saylı Notariat Ofisinin 27 yanvar 2025-ci il tarixli, 113 nömrəli sorğuya cavab məktubundan görünür ki, mərhum X2 qanun üzrə vərəsəsi xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********50 saylı, xx.xx.2021-ci il tarixli, BPM**********44 kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşaış evi və mülkiyyətində olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməməsinə qadağan qoyulmamışdır. - xx.xx.2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Bakı şəhəri, Sabunçu Rayonu, Vişnyovka -2 Bağ sahəsi, 1103 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 70.94 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə X5 arasında xx.xx.2020-ci il tarixində 36 ay müddətinə, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilələr üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilələrin digər tərəfi olan X5 müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2024-cü il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki Cavabdeh qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin tələbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan və hazirdakı Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********50 nömrəli Tam kart çərçivə müqaviləsi ilə əlaqədar olaraq əsas borc üzrə 247.67 manat əsas borc, 46.4 manat faiz borcu olmaqla, cəmi 294.07 manat borcu tutulması, xx.xx.2025-ci il tarixinə xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi ilə əlaqədar olaraq isə əsas borc üzrə 4074.62 manat əsas borc. 724.32 manat faiz borcu olmaqla, cəmi 4798.94 manat tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsindədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 247.67 manat əsas borc, 46.4 manat faiz borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4074.62 manat əsas borc, 724.32 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5093.01 (beş min doxsan üç manat bir qəpik) manat borc və 70.94 (yetmiş manat doxsan dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar