Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-363/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan avtomobilə vurulmuş 3005 manat məbləğində zərərin və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı mülki iddia tələbi üzrə İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PK-*** , sedan tipli, buraxılış ili 2015, mühərrik nömrəsi 0058458, BAN 344385, rəngi gümüşü olan “Dong Feng S 30” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olan Cavabdeh ilə İddiaçı MMC arasında yuxarıda qeyd olunan xidməti avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixindən 29 (iyirmi doqquz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və həmin avtonəqliyyat vasitəsi Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PK-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Maştağa yolunda hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Qəzanın Cavabdeh təqsiri ucbatından törədildiyi Sabunçu DYPŞ-nin xx.xx.2020-ci il tarixli protokolunda da öz əksini tapmışdır. Həmin yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müracət edilərək, cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsi tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Bu səbəbdən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə, iddiaya iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, hazırkı mülki iddia tələbi üzrə iddiaçı məhkəmə iclasının iştirakları olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, 889/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi və eyni tarixli razılaşmanın surətlərindən görünür ki, İddiaçı MMC icarəyə verən qismində “Dong Feng S 30” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh icarəyə vermişdir. - xx.xx.2017-ci il tarixli maliyyə lizinqi müqaviləsindən aydın olur ki, "xxxx" MMC lizinq verən qismində “Dong Feng S 30” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, İddiaçı MMC isə lizinq alan qismində lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. - İnzibati xəta haqqında İXP ******* nömrəli protokoldan məlum olur ki, xx.xx.2020-ci il tarixdə, saat 11:00 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, “Dong Feng S 30” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə məxsus “Dong Feng S 30” minik minik markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin “Texniki-Təmir” Servis Xidməti xx.xx.2020-ci il tarixli tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, avtomaşının təmir xərcləri və görülən işlərin dəyəri cəmi 3005 manat təşkil edir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 9/5867 №-li ekspert rəyinə əsasən, İddiaçı MMC-nin “Texniki-Təmir” Servis Xidməti tərəfindən tərtib olunmuş zərər aktındakı məlumatlara əsasən, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2015-ci il buraxılışlı, “Dong Feng S 30” minik markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3005 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 3005 manat məbləğində qiymətləndirilməli, həmin məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsini əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir, iddia təmin edildiyindən həmin məbləğdə pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3005 (üç min beş) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat olmaqla, cəmi 3055 (üç min əlli beş) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-363/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-363/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver