Məhkəmə qərarları › İş №e-2(008)-3642/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3642/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3642/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "7945,08 (yeddi min doqquz yüz qırx beş manat 08 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 210,02 (iki yüz on manat 02 qəpik) manat və 101,56 (bir yüz bir manat 56 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin məcburi qaydada tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "7945,08 (yeddi min doqquz yüz qırx beş manat 08 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 210,02 (iki yüz on manat 02 qəpik) manat və 101,56 (bir yüz bir manat 56 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00362xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, ddia tələbini müdafiə etdiklərini, lakin xx.xx.2024-cü il tarixinə, saat 10:15-ə təyin edilmiş məhkəmə baxış iclasında işlərinin həmin gün həddən artıq çox olması səbəbindən iştirak edə bilməyəcəklərini bildirmişdir. Bu səbəbdən də məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci və 185.6-ci maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, 31 yanvar 2022-ci il və 31 mart 2022-ci il tarixli aktlar üzrə hesabat müddəti 24 saat yazılıb və sərfiyyat müddəti 90 gün. Məhz bunu ədalətli hesab etmir. Belə ki, iş materiallarında olan 31 yanvar 2022-ci il tarixli akt üzrə 1,20x6x30x2,12=25,92 manat; 1,50x12x30x0,12=64,80 manat; 1,40x12x30x0,12=60,48 manat cəmi 151,20 manat, 31 mart 2022-ci il tarixli akt üzrə 1,20x6x30x2,12=25,92 manat; 1,50x12x30x0,12=64,80 manat; 1,40x12x30x0,12=60,48 manat cəmi 151,20 manat. Eyni zamanda aktlarla bağlı yəni iddianın təmin olunması ilə bağlı qeyd ediəm ki, X1 xx.xx.2022-ci il tarixdən dəyişiklik olunub ki, həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Bu halda məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət olunmalıdır. Əks halda bu akt qəbul olunmalı deyil. Bu barədə vahid məhkəmə təcrübəsinin formalaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X2"nın 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin normaya uyğun olaraq, cavabdeh iddiaçıdan aldığı qazın sayğacla müəyyənləşdirilən hesabını tam ödəməli olduğu halda, bugünədək bunu etməmişdir. Ona görə də iddia tələbi 31 yanvar 2022-ci il və 31 mart 2022-ci il aktlar üzrə 302,40 manat aktlar üzrə vurulmuş ziyan borcu və debitor borcu olaraq 210,02 manat ödənilməsi hissəsində, əsaslıdır və təmin edilməlidir. İddianın qalan hissəsi, yəni digər aktlar üzrə hesablanmış borc hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində həmin məbləğin 1399,68 manat hissəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli, 1382,40 manat hissəsinin isə xx.xx.2023-cü il tarixli ******* nömrəli, 1555,20 manat hissəsinin isə xx.xx.2023-cü il tarixli ******* nömrəli, 1468,80 manat hissəsinin isə xx.xx.2024-cü il tarixli ******* nömrəli, 367,20 manat hissəsinin isə xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii X2nın pozulması haqqında akt"lar əsasında hesablandığını bildirsə də, məhkəməyə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli aktları iş materiallarına əlavə etməmiş və ümumiyyətlə aktları tərtib etdikdən sonra müvafiq inzibati orqanlara müraciət olunmalıdır. İşdə olan, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii X2nın pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii X2nın pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 900 gün olmaqla, 2592 kub.m, - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla, 3240 kub.m, - Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla, 3024 kub.m, Bu sərfiyyatın cəmi 8856 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 1062,72 manat təşkil edir. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii X2nın pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar xament daxilindən qeyri-əlavə qaz xəttindən istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii X2nın pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün olmaqla, 1728 kub.m, - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün olmaqla, 2160 kub.m, - Dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün olmaqla, 2016 kub.m, Bu sərfiyyatın cəmi 5904 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 648,48 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində deyilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda, "X4" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X2"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablamasını məhkəmə düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X2"nın 2.7-ci bəndinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci və xx.xx.2022-ci ildə cavabdehin qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə uyğun olaraq ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci və xx.xx.2022-ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər. İddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci ildə tərtib edilmiş "Təbii X2nın pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamalar düzgün deyil. Cavabdehə məxsus qaz qurğularının sayına gəldikdə isə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi, samovar və divar sobası göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə qaz plitəsi, samovar samovardan (qeyri-standart su qızdırıcısı) ilə yanaşı əlavə olaraq dəmir soba da istifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyri-standart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin qaz sərfi 1,2 kub.m/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub.m/saatdır. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə 1,20x6x30x2,12=25,92 manat; 1,50x12x30x0,12=64,80 manat; 1,40x12x30x0,12=60,48 manat cəmi 151,20 manat, 31 mart 2022-ci il tarixli akt üzrə 1,20x6x30x2,12=25,92 manat; 1,50x12x30x0,12=64,80 manat; 1,40x12x30x0,12=60,48 manat cəmi 151,20 manat cəmi 302,40 manat təşkil edir. Odur ki, iddia qismən, yəni cavabdehdən 302,40 manat məbləğində zərərin və 210,02 manat debitor borcun, cəmi 512,42 manat məbləğin tutulması hissəsində təmin edilməli, maddi zərərin qalan 7744,24 manat hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi ilə 101,56 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 8256,66 manat məbləğində iddianın 512,42 manat hissəsi təmin olunduğuna 30 manat hissəsi cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 71,56 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 302,40 manat məbləğində maddi zərər və 210,02 manat debitor borcu, cəmi 512,42 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia maddi ziyanın 7744,24 manat hissəsində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh aid edilsin və həmin məbləğ ondan alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 71,56 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar