Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3653/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə), Cavabdeh tərəfindən Toyota Prius (hibrit) minik markalı və Chevrolet Aveo minik markalı avtomobillərə görə ödənməmiş 781 manat icarə haqqını, 750 manat Toyota Prius (hibrit) minik markalı avtomobilə vurduğu zərərə görə çəkdiyim xərc, 200 manat həmin avtomobildə yaranan cərimə borcu və 620 manat Chevrolet Aveo minik markalı avtomobilə vurduğu zərərə görə çəkdiyi xərci nəzərə alaraq, göstərilən məbləğlərdə ona vurulan maddi ziyanın və qanunvericiliyə müvafiq olaraq məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya məxsus Toyota Prius (hibrit) minik markalı buraxılış ili 2006-cı il olan ** LY *** qeydiyyat nişanlı avtomobili 1 il müddətinə icarəyə götürmüşdür. Müqaviləyə uyğun olaraq hər ay 450 manat sonradan şifahi razılaşma ilə 500 manat ödəməyi eyni zamanda avtomobili kasko siğorta etməyi, avtomobili tam işlək vəziyətdə təhvil verməyi öhdəsınə götürmüşdür. Eyni zamanda xx.xx.2022 tarixli digər bir icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya məxsus Chevrolet Aveo minik markalı buraxılış ili 2011 olan ** SY *** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə icarəyə götürmüşdür. Müqaviləyə uyğun olaraq hər ay 500 manat ödəməyi və avtomobili tam işlək vəziyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh vasitəçi rolu oynayırdı, yəni avtombılləri 3-cü şəxslərə istifadə üçün verirdi və iddiaçı həmin şəxslərə avtomobili istifadə hüququ verən etibarnamə verirdi. Lakin, cavabdeh öz öhdəliklərini 2022-cı ilin dekabr ayından etibarən tam icra etməmiş müqavilənin şərtlərini pozaraq, dekabr və yanvar ayları ərzində etməli olduğu ödənişləri natamam etmiş, bununla da xx.xx.2023 tarixinə ödənməmiş 704 manat borcu yaranmışdır. Fevral ayı üçün isə cavabdehin aşağıda göstərilən tarixlər ərzində 227 manat borcu yaranmış həmin ay üzrə sadəcə 150 manat ödəniş etmişdir. Müqavilə şərtlərini pozduğuna görə Chevrolet Aveo minik markaiı avtomobili 02.02 2023-cü il tarixində geri qaytarmışdır. Həmın vaxt avtomobili yaxınlıqdakı avtoservısə aparan zaman müqaviləyə zidd olaraq bır çox texniki problemlər aşkarlanmış və bu qüsurların bir qismi tərəfindən 620 manat xərclənməklə aradan qaldırılmışdır. Avtomobilin ciddi texniki probləmlərı olduğundan dəyərindən xeyli aşağı qiymətə satılmışdır. İcarəyə verdiyim digər Toyota Prius (hibrit) minik markalı avtomobil kasko sığorta edilməmişdir. Eyni zamanda dəfələrlə tələbinə rəğmən nə ödəniş edilmiş, nə də avtomobil geri verilmişdir. Məhz bundan sonra 3-cü şəxsə verdiyi etibarnaməni 08.02 2023-cü il tarixində ləğv etmişdirr. Avtomobil DYP tərəfindən saxlanılaraq cərimə meydançasına xx.xx.2023-cü il tarixində qoyulduqdan sonra avtomobili geri ala bilmişdir. Avtomobildən tapdığı cavabdehlə 3-cü şəxsin iradəsinə zidd olaraq öz aralarında bağladığı alqı-satqı müqaviləsi isə cavabdehin dələduzluq edərək avtomobili gələcəkdə 3-cü şəxsin adına keçməsi şərti ilə istifadəyə verdiyi, yəni satdığı faktını aşkara çıxarmışdır. Həmin müqavilədən aydın görünür ki, cavabdeh 3-cü şəxsdən 1900 manat ilkin ödəniş, hər ay isə 450 manat almışdır. Eyni zamanda bu avtomobilin də ABS sistemi tam yararsız hala düşmüş, bunun üçün iddiaçı 750 manat vəsait xərcləmişdir. Cavabdehin iki icarə müqaviləsi üzrə 781 manat borcu, 1370 manat avtomobillərə dəyən maddi zərər və 200 manat inzibati xətalara görə borcu, ümumilikdə 2351 manat borcu yaranmışdır. Cavabdeh aşağıdakı məzmunda iddiaya etiraz vermişdir. Səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyindən İddiaçı verdiyi iddianın tamamilə əsassız olduğunu bildirir. Belə ki, İddiaçı onunla yaxın dostluq münasibətində olmuş və Bakı şəhərində iş qurmaq istədiyini, yalnız nəzarət edə bilməyəcəyi, işlərinə nəzarət etdiyi halda ona da hörmət edəcəyini bildirmişdir. İddiaçı 2 avtomobil alaraq günlük icarəyə verməklə, gündəlik pul qazanmasını istəmişdir. Bundan sonra onunla icarə müqaviləsi bağlayaraq maşınları istədiyi şəxslərə etibarnamə ilə vermişdir. Lakin maşını etibarnamə ilə idarə edənlərdən pulları ala bilmədiyi halda Bakı şəhərində yaşadığıma görə ona kömək etmə vəzifəsini daşımışdır. İcarə müqaviləsində göstərildiyi bütün məbləğləri, yəni bir maşın üçün 450 AZN, digər maşın üçün 500 AZN olmaqla, cavabdehin iddiaçının maşınını etibarnamə ilə idarə edən vətəndaşlardan pulu alaraq iddiaçıya verməyini aralarında danışmışdılar. İddiaçı 2 avtomobili eyni anda idarə edə bilməyəcəyi bir faktdır. Cavabdehə icarəyə vermiş maşınları özünün etibarnamə ilə verdiyi kənar şəxslərə etibarnamə ilə idarə etdirərək pul qazanan İddiaçı 2023-cü ilə qədər avtomobillərinin və avtomobillərini etibar etdiyi şəxslərin harda və nə işlə məşğul olması barədə xəbər tutmaya bilməzdi. İddiaçı iddiasında göstərdiyi kimi, çarəsizliyi və şiddətə dözməsi tamamilə absurddur. İddiaçı bütün bu müddətlərdə icarə müqaviləsini cavabdehin adına bağlayaraq, idiiaçıya olan etibarından istifadə edərək pul qazanmış və bütün məsuliyyəti isə cavabdehin üzərinə qoymağa çalışır. İddiaçının maşınların təmiri ilə əlaqədar 620 AZN xərc çəkməsi barədə heç bir sübut yoxdur. İddiaçının avtomobillərinin iddiaçının etibarnaməsi ilə digər şəxslərə idarə edibsə və iddiaçı da bundan pul qazanıbsa təmir xərclərini cavabdehçəkməli deyil. Bundan başqa iddiaçının etibarnamə ilə idarəsinə verdiyi avtomobil idarə olunarkən dövlət yol polisi tərəfindən gəlmiş 200 AZN cəriməni özü və ya avtomobili idarə edərkən etibar etdiyi şəxs ödəməlidir. İddiaçı iş qurarkən cavabdehə bu sahədə naşı olmasını və onun yalnız ona dəstək olmağını istəsə də, göründüyü kimi deyilmiş, əksinə etibardan suistifadə edərək dörd və beş tərəfli qazanc əldə etmək istəyir. Bütün bunlara görə icarə müqaviləsinin ilk gündən etibarsız olmasını və iddiaçının tələblərinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən caabdeh Cavabdeh izahat verərək qeyd etdi ki, onun iddiaçıya icarədən qalan 400-500 manat məbləğində borcu var. İddiaçı tərəfindən təqdim edilmiş audio diskdəki onun səsinə dair qeyd edir ki, o, həqiqətən iddiaçıya olan 2000 manat borcunu etiraf etmişdir, indi də etiraf edir, lakin həmin borcun qaytarılmasını avtomobillərin onda qalması ilə şərtləndirmişdir. Belə ki, avtomobillər onda qalsa idi o, həmin avtomobillərlə qazanc əldə edib borcunu qaytara bilərdə, indi isə həmin pulu qaytarmaq iqtiranda deyil, yalnız 400-500 manat qalıq borcunu hissə-hissə qaytara bilər. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdlakılardır. İddiaçı Cavabdeh arasında iki icarə müqaviləsi bağlanılmışdır: xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Toyota Prius (hibrit) minik markalı buraxılış ili 2006-cı il olan ** LY *** qeydiyyat nişanlı avtomobili 1 il müddətinə hər ay 450 manat icarə haqqı ilə icarəyə götürmüşdür; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Chevrolet Aveo minik markalı buraxılış ili 2011 olan ** SY *** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə hər ay 450 manat icarə haqqı ilə götürmüşdür. Tərəflərin arasındakı razılaşmaya əsasən iddiaçı: Toyota Prius markalı avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdə 10 ay 12 gün müddətinə X3 etibarnamə vermiş, həmin etibarnaməni xx.xx.2023-cü il tarixdə xitam vermişdir, Chevrolet Aveo minik markalı avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdə 1 il 1 gün müddətinə X6 etibarnamə vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə X5 ilə Toyota Prius markalı avtomobilə dair «Öhdəlik müqaviləsi» bağlamış, həmin müqaviləyə əsasən faktiki olaraq ona məxsus olmayan avtmobili X1 cəhd etmişdir İddiaçı tərəfindən təqdim edilmiş cərimələrə dair məlumatlardan görünür ki, X3 Toyota Prius markalı avtomobilə dair müxtəlif vaxtlarda müəyyən məbləğdə cərimələr yazılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərək cavabdeh tərəfindən ödənişlərin edilmədiyi üçün müqavilələrin ləğv edildiyini bildirmiş və ödənişlərin edilməsini tələb etmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi poçt vasitəsilə çatdırılmış, cavabdeh tərəfindən iddiaçıya hər-hansı bir məlumat verilməmişdir. İddiaçı təqdim etdiyi votsap səs yazısından müəyyən edilir ki, cavabdeh iddiaçı ilə ümumi tanışlarına səsli mesaj ataraq, iddiaçıya 2000 manat borcunun olduğunu etiraf edir və kişi kimi həmin pulu hər ay 200 manat olmaqla ödəyəcəyini bildirir. Eyni zamanda cavabdeh məhkəmə iclasında da 2000 manat borcunu etiraf edir, lakin həmin borcun ödənilməsini avtomobillərin onda qalması ilə şərtləndirir. İddiaçının dediyinə görə həmin mesajdan sonra avtomobillərin cərimələri ödənilmiş, bu əsasdan iddianın məbləği 2351 manat təşkil etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehiqn arasında iki icarə müqaviləsi bağlanılmış, cavabdeh müqavilə şərtlərini pozmuş, icarə haqqını vaxtında və tam ödəməmiş, avtomobillərin istismarından avtomobillərə zərər dəymiş, həmin zərər iddiaçı tərəfindən aradan qalıdrılmışdır. Belə olan halda, məkəmə hesab edir ki, nə qədər ki, cavabdeh 2000 manat məbləğinə qədər iddiaçıya olan borcunu etiraf edir və həmin borcu icarə haqqı və zərərə bölmək mümkün olmur, ümumilikdə cavabdehdən iddiaçının xeyrinə 2000 manat pul tutulmalıdır. Məhkəmə cavabdehin 2000 manat məbləğində olan borcunu iddiaçıya ödəməyi ilə şərtləndirməsinə dair aşağıdakıları qeyd etmək istəyir. Əvvəla, cavabdeh səsli mesajında belə bir şərt qoymamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, belə bir şərt qoymuş olsa idi belə, həmin şərtin hər-hansı hüquqi qüvvəsi olmazdı. Belə ki, qeyd edildiyi kimi, iddiaçı hər iki müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, «Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır». Konstitusiya Məhkəməsi qərara almışdır ki, « Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, nə qədər ki, avtomobilə cərimələr X5 tərəfindən edilmiş pozuntulara görə yazılmış və iddiaçı özü ona etibarnamə vermişdir, həmin cərimələrin pulları da məhz X2 istənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 44,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia 2000 manat məbləğində təmin edildiyindən 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4,60 manat isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Toyota Prius (hibrit) minik markalı və Chevrolet Aveo minik markalı avtomobillərə görə ödənməmiş icarə haqqı və avtomobillərə vurulmuş zərərə görə Cavabdeh 2000 manat məbləğində pul və 40 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalani hissədə rədd edilsin. 4,60 manat məbləğində dövlət rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3653/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3653/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver