Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3675/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6628,40 manat məbləğində zərərin və 86,29 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6714,69 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan X2 şöbəsi ü z r ə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə müraciət edərək ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh olan o, Cavabdeh qarşı "Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 6628.40 (altı min altı yüz iyirmi səkkiz manat, qırx qəpik) manat məbləğində zərərin və 86,29 (səksən altı manat, iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6714,69 (altı min yeddi yüz on dörd manat, altmış doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı Azərbaycan X2 şöbə üzrə bank hesabına ödənilməsi barədə iddia tələbini tamamilə rədd edilməsi, qarşılıqlı iddia üzrə tələbi üzrə istifadəsində olan ünvan 1 ünvanındakı abonent kodu **********00001 olan fərdi yaşayış evinə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* Nli Akt əsasında dəymiş ziyan kimi hesablanmış 1101.2 (min yüz bir manat, iyirmi qəpik) manat borcun, 26.01,2023-cü il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 4147,2 manat borcun və xx.xx.2024-cü il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 2073,6 manat borcun silinməsinə və onun smart karta ödədiyi pullardan xx.xx.2018-ci il tarixli ******* N-li akt əsasında borca görə tutulmaların onun özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 11/5316 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1101,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat; cəmi 7322 məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1101,20 manat zərərdən 693,60 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gazrep üzrə ümumi 6628,40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı “Azəri-Qaz“ İstehsalat Birliyi ilkin iddia üzrə cavabdeh olan o, Cavabdeh qarşı “Azəri-Qaz“ İstehsalat Birliyinə vurulmuş 6628.40 manat məbləğində zərərin və 86,29 (səksən altı manat, iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6714,69 (altı min yeddi yüz on dörd manat, altmış doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin Azərbaycan X2 şöbə üzrə bank hesabına ödənilməsi barədə qətnamə qət olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, guya ki, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları qaz xəttinə baxış keçirərkən onun qaz xəttinə qanunsuz müdaxilə etdiyini aşkar etmiş və xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 1101.2 manat borc, xx.xx.2023-cü il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 4147,2 manat borc və 22.01,2024-cü il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 2073,6 manat borc yazılmışdır. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, guya ki, həmin xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 1101.2 manat borcdan bugünə kimi 693.60 manat pul ödəmişdir. Bu səbəbdən də ilkin iddia üzrə iddiaçı ümumilikdə 6714,69 (altı min yeddi yüz on dörd manat, altmış doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin Azərbaycan X2 şöbə üzrə bank hesabına ödənilməsi barədə qətnamə qət olunmasını xahiş etmişdir. İlkin iddiaya qarşılıqlı iddia ərizəsi ilə bildirmək istəyir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə abonent kodu **********00001 olan qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac onun adınadır. Uzun müddətdir ki, smart karta ödənişlər etməklə sayğacdan istifadə edir. Onların evindən sonra ümumi qaz xətti davam etməsinə baxmayaraq, onların hasardan sonrakı evlərin qaz sayğacı olmadığı üçün həmin evlər qaz xəttinə qanunsuz olaraq qoşulmuşdular. Bu səbəbdən də “Azəriqaz" İstehsalat birliyinin əməkdaşları həmin əraziyə gələrək onun evinin hasarından sonra davam edən əsas qaz xəttini kəsdilər. Beləliklə, əsas qaz xəttinin üzərindəki sonuncu sayğac onun sayğacı oldu. Bir müddət sonra onun evindən sonrakı qonşusu əsas qaz xəttinin qurtaracağında olan dirəyin içərisindən qanunsuz müdaxilə edərək özünə qaz xətti çəkmişdir. Bu barədə ərazinin qaz nəzarətçisi xəbərdar olsa da, həmin qanunsuz müdaxilənin qarşısını almamışdır. Artıq uzun müddətdir ki, smart karta ödəniş edən zaman kartına ödədiyi məbləğdən az miqdarda qaz yüklənirdi. Elə düşünmüşdür ki, qazın qiyməti qalxdığı üçün kartına az qaz yüklənir. Lakin bu yaxınlarda “Azəri-Qaz“ İstehsalat birliyi tərəfindən ona borc yazıldığını öyrənmişdir. Bu səbəbdən də dərhal “Azəriqaz“ İstehsalat birliyinə borcun hansı səbəbdən yazıldığını öyrənmək istəmişdir. Orada ona fotoşəkillər və aktlar verilərək borcun yazılma səbəbinin qanunsuz müdaxilə olduğunu bildirdilər. O, şəkillərə baxdıqda görmüşdür ki, onun hasarının sonunda qonşusu dirəyin içindən özünə qanunsuz xətt çəkib. Bunun da nəticəsində “Azəriqaz“ İstehsalat birliyi ona xx.xx.2018-ci il tarixli ******* N-li Akt, 26.01,2023-cü il tarixli ******* N-li Akt və xx.xx.2024-cü il tarixli ******* N-li Akt tərtib etmişdir. O, “Azəri-Qaz“ İstehsalat birliyinin əməkdaşlarına bildirmişdir ki, həmin qanunsuz müdaxiləni qonşusu edib. Bu fakt fotoşəkillərdən də aydın görünür. Onun bütün qaz avadanlıqlarına qaz xəttin sayğacdan gedir. Heç bir qanunsuz müdaxilə etməmişdir. Lakin “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı ona bildirdi ki, qonşunun sayğacı olmadığı üçün cərimə ona yazılıb. O isə bunun ədalətsizlik və qanunsuzluq olduğunu bildirmiş və ona xx.xx.2018-ci il tarixli, ******* N-li Akt əsasında 1101.2 manat borcun. xx.xx.2023-cü il tarixli ******* N-li Akt əsasında yazılmış 4147,2 manat borcun və xx.xx.2024-cü il tarixli ******* N-li Akt əsasında yazılmış 2073,6 manat borcun silinməsini tələb etmişdir. Hətta orada ona bildirdilər ki, artıq bugünə kimi xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında dəymiş ziyan kimi hesablanmış 11 0 1 . 2 manat borcdan ondan xəbərsiz olaraq smart karta ödədiyi pullardan 693.60 manat pul tutulmuşdur. Lakin borc silinmədi və onun məhkəməyə müraciət etməyi məsləhət görüldü. O da sənədlərini hazırlayaraq xx.xx.2024-cü il tarixində ona yazılmış borcların silinməsi və borca görə onun smart kart hesabına ödədiyi pullardan tutulmaların ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət edən zaman “Azəriqaz“ İstehsalat birliyinin ona qarşı ödəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etdiyini öyrənmişdir. Qaz sayğacına qanunsuz müdaxilə etmədiyi üçün, xx.xx.2018-ci il tarixli ******* N-li Akt, xx.xx.2023-cü il tarixli ******* N-li Akt və xx.xx.2024-cü il tarixli ******* N-li Akt tərtib edərək, ondan ümumilikdə 6628.4 manat dəymiş ziyan pulunun tələb olunması, həmçinin əvvəlki xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında ona yazılmış dəymiş ziyan tələbinə görə onun kartından pulların tutulması ona qarşı haqsızlıqdır. O, qaz sayğacına, nə də ki, qaz xəttinə müdaxilə etməmişəm. Bildirirəm ki, həmin ünvanda ailəmlə yaşayıram. Smart karta ödəniş etməklə qazdan istifadə etmişdir. Yuxarıda göstərdiyi səbəblərdən ilkin iddia üzrə iddiaçı “Azəriqaz“ İstehsalat birliyinin iddia tələbinin əsassız olduğu üçün rədd olunmasını və ona yazılmış bütün borcların silinməsini, borca görə ödədiyi pullardan tutulmaların ona qaytarılmasını istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, ilkin iddia üzrə iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək mülki işlərə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh qanunsuz qaz xəttinə qoşulmanın onun tərəfindən deyildə qonşusu tərəfindən edildiyini, aktlara əlavə edilmiş fotoşəkillərdə görünən evin ona məxsus deyildə qonşuya məxsus olduğunu bildirərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/5316 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00001 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində qalıq və aktlar üzrə 2018-ci ilin mart ayında 1101.20 manat, 2023-cü ilin yanvar ayında 4147.20 manat və 2024-cü ilin yanvar ayında isə 2073.60 manat borc hesablanmışdır. Qeyd edilən borc məbləğindən 2018-ci ilin sentyabr ayında 1101.20 manat ödəniş edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh təbii X3nın pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1101,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat; cəmi 7322 (yeddi min üç yüz iyirmi iki) manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 5506 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 34560 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə cəmi 17280 m3 hesablanmışdır. Məhkəmə iş materiallarına araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2024-cü il tarixli ******* saylı aktlar əsasında ilkin iddia üzrə cavabdehə hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə əsaslı hesab edilə bilmədiyindən ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi isə həmin hissədə yəni xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2024-cü il tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin silinməsi hissəsində təmin edilməlidir. Bundan sonra məhkəmə ilkin iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1101.20 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Cavabdeh məhkəmədə izahat verən zaman sayğacdan kənar qaz xəttindən onun tərəfindən deyildə qonşu tərəfindən istifadə edildiyini bildirsədə bu halı təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə Cavabdeh kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminin 5506 kubmetr olduğu müəyyən edilir. 5506 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 550.60 manat olduğu müəyyən edilir. Beləliklə məhkəmə ilkin iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında yazılmış cərimənin 550.60 manat olan hissəsini əsaslı hesab edir. Lakin mülki iş matriallarına əlavə edilən saldodan da görünür ki, Cavabdeh 2018-ci ilin sentyabr ayında 1101.20 manat məbləğində ödəniş etmiş və qeyd edilən ödəniş qalıq və aktlar üzrə borcdan silinmiş olduğundan ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə sözügedən-xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında qarşılıqlı iddia tələbi üzrə iddiaçıya yazılmış borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin yuxarıda qeyd edilmiş əsaslandırmasından da məlum olur ki, məhkəmə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən yazılmış cərimənin 550.60 manat hissəsini əsaslı hesab etmiş olduğundan qarşılıqlı iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli ******* saylı aktə əsasən yazılmış 1101.20 manat cərimənin 550.60 manat olan hissəsi silinməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında yazılmış borca görə tutulmaların qarşılıqlı iddia tələbi üzrə iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək bir daha qeyd edir ki, iş matriallarından məlum olur k, abonent 2018-ci ilin sentyabar ayında sözügedən akt üzrə yazılmış 1101.20 manat cəriməni ödəmişdir. Məhkəmə tərəfindən isə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında yazılmış cərimənin 550.60 manat olan hissəsi əsaslı hesab edildiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış borca görə artıq ödənilmiş 550.60 manat olan hissəsi qarşlıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və ilkin iddianın təmin edilməməsini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh Azəriqaz İB tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış cərimənin 550.60 manat olan hissəsi, xx.xx.2023-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 4147.20 manat dəymiş ziyan və xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 2073.60 manat dəymiş ziyan silinsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfində xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış cərimə üzrə edilmiş 1101.20 manat ödənişin 550.60 manat olan hissəsi qarşılıqlı iddia üzrə cavabdeh Azəriqaz İB-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3675/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3675/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver