Məhkəmə qərarları › İş №e-2(008)-3709/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3709/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3709/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit üzrə 729.46 manat əsas borc, vəfat etdyi tarixə faiz borcu 7.69 manat olmaqla, cəmi 737.15 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X1 qızı arasında xx.xx.2023cü il tarixli, BPM**********58 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 qızına illik 24 %-lə, 36 ay müddətinə 1000 manat kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kreditlərin məbləğini və ona hesablanan faizləri ödəməlidir. 395039 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, borclu X1 qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən verilmiş 15 nömrəli məktubdan görünür ki, Cavabdeh adına Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh X1 qızının xx.xx.2025-ci il tarixədək kredit üzrə banka borcu 729.46 manat əsas borc, ödənilməmiş faiz borcu 7.69 manat olmaqla, cəmi 737.15 manat təşkil edir. Cavabdeh mərhum X1 qızından qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-11045/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X1 qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********58 nömrəli tam kart kredit müqaviləsindən görünür ki, bank tərəfindən X1 qızına 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. X1 qızı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC Sabunçu filialının xx.xx.2025-ci il tarixli hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il - xx.xx.2025-ci il tarixlər aralığında kredit kartından istifadə nəticəsində 729.46 manat kredit borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 qızı xx.xx.2023-cü il tarixli kart kredit müqaviləsinə əsasən həmin tarixə kredit kartından 2272.91 manat istifadə etmiş, bundan 1543.45 manat ödənilmiş, qalıq 729.46 manat ödənilməmiş əsas borc və 7.69 manat ödənilməmiş faiz borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X1 qızının banka olan borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 395039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 qızı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2025-ci il tarixli 2V-4 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 qızının vərəsəsi Cavabdehdır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Bravo 3 filialında miras qoyanın adına gələn DSMF müavinət ödənişlərində 500 manat pul məbləğindən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X1 qızı arasında xx.xx.2023cü il tarixli BPM**********58 nömrəli kart kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən X1 qızına 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. X1 qızı krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X1 qızı xx.xx.2023-cü il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu X1 qızının vərəsəsi – hazırkı iş üzrə Cavabdeh tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin X1 qızı xx.xx.2023-cü il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. X1 qızının kreditoru olan iddiaçı qarşısında onun vərəsəsi - Cavabdeh məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsədən tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Hazırkı işdən görünür ki, X1 qızının banka 729.46 manat əsas borc, vəfat etdyi tarixə faiz borcu 7.69 manat olmaqla, cəmi 737.15 manat məbləğində ödənilməmiş borcu vardır və iddiaçı həmin pulu X1 qızının vərəsəsindən - cavabdehdən tələb edir. Lakin işin hallarından görünür ki, X1 qızından qalmış miras əmlak 500 manat pul vəsaitindən ibarətdir. Məhkəmə, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, mirası qəbul etmiş vərəsə - cavabdeh ona çatan miras payı, yəni 500 manat məbləğində pul vəsaiti həcmində X1 qızının kreditoru olan iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, iddia qismən, yəni cavabdehdən 500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh miras payına mütənasib surətdə xx.xx.2023-cü il tarixli BPM**********58 nömrəli kart kredit müqaviləsi üzrə 500 manat məbləğində borc və 15 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh miras payına mütənasib surətdə xx.xx.2023-cü il tarixli BPM**********58 nömrəli kart kredit müqaviləsi üzrə 500 manat məbləğində borc və 15 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar