Məhkəmə qərarları › İş №e-2(008)-371/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-371/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-371/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) 1269.58 manat maddi zərər məbləğinin, 32.70 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1302.68 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində **-GO-*** DQN-lı, “Changan CS35 minik” markalı avtomobilin sürücüsü, **-JV-*** QN-lı, “BMC Procity” markalı avtobusun sol qabaq yan hissəsini vuraraq yol- nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilib. Yol-nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-də DYPİ-nin inspektoru polis kapitanı X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində **-GO-*** DQN-lı, “Changan CS35 minik" markalı avtomobilin sürücüsü Cavabdeh əməllərində İXM-nin 327.1 maddəsinin tələbləri pozulması öz əkisini tapdığından, xx.xx.2023-cü il tarixində, sürücü barəsində TP ******* saylı X3 haqqında qərar verilib. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması sürücünün yazılı verdiyi izahatında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X4 şöbəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf edib, TP ******* saylı X3 haqqında qərar sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində avtobusun sol qabaq yan hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 10023 saylı Zərər Aktına əsasən **-JV- *** DQN-lı avtobusa 6269.58 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində **-GO-*** DQN-lı “Changas CS 35 minik ” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud olduğundan, DQN-lı “Changas CS 35 minik ” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud olduğundan, Bakı şəhəri DYPİ tərəfindən 99 JV-234 DQN-lı avtobusa dəymiş maddi ziyanla birlikdə Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış tərtib edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ( vöen: **********) göndərilib. Adı keçən sığorta şirkəti ** JV *** DQN-lı avtobusa dəymiş maddi ziyanı qəbul edərək icbari sığorta ödənişinin maksimum həddi olan 5000 (beş min) manat ödənişi, xx.xx.2023 tarixdə ‘"BakuBus” MMC-nin bank hesabına köçürmüşdür. “BakuBus" MMC-nin balansında olan avtobusa vurulmuş ümumi zərərdən geriyə qalan 1269.58 manat maddi ziyan cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, ekspertiza keçirilməsi üçün lazımi sənədləri cavabdeh təqdim etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək avtomobilin qeydiyyat şəhadətnaməsindən başqa sənədlərin olmadığını, ona iddiaçı tərəfindən 920 manat ziyan dəydiyini bildirildiyini, sonradan iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman dəymiş ziyanın artıq yazıldığını məhkəməyə bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında X3 haqqında Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilmiş, İXM-nin 327.1-ci maddəsi ilə “40” manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, BMC markalı 99JV284 dövlət qeydiyyat nişanlı avtobusa xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cəmi 6269.58 manat məbləğində zərər dəymiş olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azsğorta ASC tərəfindən 5000 manat Baku Bus MMC-nin xeyrinə ödənilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 32.70 manat vəkil xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh istifadəsində olan **-GO-*** dövlət qeydiyyat nişanlı Changan CS35 minik markalı avtomobil vaistəsi ilə İddiaçı MMC-yə məxsus avtobusa Cavabdeh təqsiri səbəbində maddi ziyan dəymiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən hadisə nəticəsində iddiaçıya məxsus olan **-JV-*** dövlət qeydiyyat nişanlı “BMC Procity maraklı avtobusa ümumilikdə 6269.58 manat ziyan dəymişdir. Mülki iş matraillarına əlavə edilmiş sənədlərdən həmçinin müəyyən edilir yol-nəqliyyat hadisəsi zamanı **-GO-*** dövlət qeydiyyat nişanlı Changan CS35 minik markalı avtomobil siğortaçısı tərəfindən iddiaçıya dəymiş ziyanın 5000 manat olan hissəsi ödənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş matriallarından məlum olur ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya ümumilikdə 6269.58 manat məbləğində zərər dəymiş olduğundan, iddia tələbi təmin edilməlidir. Bundan bəşqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən avtobusa dəymiş zərərin ödənilməmiş hissəsinin 1269.58 manat deyildə 920 manat olduğunu, məhkəmədən əvvəldə iddiaçı tərəfindən ondan 920 manat ödənilməmiş hissəsnin tələb edildiyini bildirsədə bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 32.70 (otuz iki manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1269.58 (min iki yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat dəymiş zərər və 32.70 (otuz iki manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar