Məhkəmə qərarları › İş №e-2(008)-3710/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3710/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3710/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mehdi oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh Mehdi qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixdən 26 oktyabr 2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Mehdi oğlundan tutulan alimentin miqadrı artırılaraq hər ay hər uşaq üçün 193 manat həddində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 18 aprel 2008-ci il tarixdə rəsmi nigaha daxil olmuşlar. Birgə nigahından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2015ci il təvəllüdlü X8 adlı iki uşağı doğulmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun ilə Cavabdeh Mehdi oğlu arasında 18 aprel 2018-ci il tarixində Cəbrayıl Rayon Qeydiyyat şöbəsində 149 saylı akt qeydi ilə qeydə alınmış nigah pozularaq, xx.xx.2015-ci il təvəlüdül X8 onun himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Mehdi oğlundan hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(072)-639/2018 saylı qətnaməsi ilə, 26 oktyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Mehdi oğlundan xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment iddiaçı Mirzəyeva (Nuryeva) Səbinə İlqar qızının xeyrinə tutulması qət edilmişdir. Uşaqlar hər ikisi onun himayəsindədir və onların bütün maddi ehtiyaclarını tək başına qarşılamaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 -ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Qətnamədə qeyd edilən aliment məbləği uşaqların maddi tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşın çatmayanlar üçün yaşayış minimumda dəyişdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Yaşayış Miumunu haqqında Qanuna əsasən 2022-ci il üzrə uşaqlar üçün yaşayış minumumu 193 (yüz doxsan üç) manat təşkil edir. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş elədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ saylı 150395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-T saylı 136871 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-21/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə 18 aprel 2018-ci il tarixdə bağlanmış nikahları pozulması, xx.xx.2015-ci il təvəllüdlü qızı X8 anası İddiaçı yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 28 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh X6 xeyrinə hər ay 160 manat aliment alınması və qalan hissədə rədd edilməsinə dair qət edilmişdir. - Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(072)-21/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri ilə Cavabdeh hər ay uşağların saxlanması üçün müvafiq olaraq 154 manat və 160 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(072)-639/2018 saylı və xx.xx.2020-ci il tarixli, 2(072)-21/2020 saylı qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. 26 oktyabr 2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Mehdi oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar