Məhkəmə qərarları › İş №e-2(008)-3711/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3711/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3711/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli LD********** nömrəli kredit müqaviləsinə əsasən 2204,89 manat əsas, 166,59 manat faiz, 329,65 manat cərimə olmaqla, cəmi 2701,13 manat borcun və ödənilmiş 48 manat dövlət rüsümunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli LD********** nömrəli kredit müqaviləsinə əsasən 2204,89 manat əsas, 166,59 manat faiz, 329,65 manat cərimə olmaqla, cəmi 2701,13 manat borcun və ödənilmiş 48 manat dövlət rüsümunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdehlər xx.xx.2023cü il tarixli kredit və zaminlik müqavilələri ilə üzərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər və nəticədə onların borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi onlara təklif edilmiş, lakin cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli LD********** nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 manat kredit verilmiş. İşdə olan xx.xx.2023-cü il tarixli LD********** nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli LD********** nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınıca icra etmədikdə Cavabdeh4 onunla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli LD********** nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli LD********** nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınıca icra etmədikdə Cavabdeh3 onunla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli LD********** nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli LD********** nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınıca icra etmədikdə Cavabdeh2 onunla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə 2204,89 manat əsas, 166,59 manat faiz, 329,65 manat cərimə olmaqla, cəmi 2701,13 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmişdir. Məhkəmə iddiaçı və Cavabdeh1 arasında olan münasibətlərə aşağıdakıları normaları tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında olan münasibətlərə aşağıdakıları normaları tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1 maddə) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2 maddə) Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müəyyən edilir ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2023-cü ildə kredit müqaviləsi, eyni zamanda da əsas öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlamışdır. Zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borc alanla eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdeh1 "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə əsas borcu 2204,89 manat, faiz borcu 166,59 manat, cərimə borcu 329,65 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehlərdən tələb olunan cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehlərdən 2204,89 manat əsas, 166,59 manat faiz, 110,25 manat cərimə, cəmi 2481,82 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 2701,13 manat məbləğində iddianın 2481,82 manat hissəsi (91,88 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 91,88 faizi, yəni 44,10 manatı cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalı, qalan 3,90 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətin xeyrinə 2204,89 manat əsas, 166,59 manat faiz, 110,25 manat cərimə borcu, 44,10 manat dövlət rüsumu, cəmi 2525,92 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan 3,90 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar