Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3718/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 3888 manat məbləğində zərərin, debitor borc 21,79 manat və 59,10 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3968,89 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu ildə AKX-01385xx/xx-2019 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X4"nın tələblərinə əməl etmək) və "X4"nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii X4nın pozulması haqqında" aktlar tərtib edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 3110,40 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 777,60 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cəmi 3888 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2013-cü il üzrə 21,79 manat sərfiyyat borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə ümumi 3909,79 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2024-cü ildə cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq orada yaşayır. xx.xx.2012-ci ildə "Azəriqaz" İB tərəfindən abonentin iştirakı ilə küçədə İtron smart G-4 tipli 1202AQ**********7 nömrəli sayğac quraşdırılmış, **********10000 nömrəli kod verilmiş abonent ilə iddiaçı "Azəriqaz" İB arasında "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların eletron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xəttlərini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci ildən başlayaraq "Azəriqaz" İB tərəfindən əhali üçün quraşdırılmış sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan xx.xx.2019-cu ildə abonenti iştirak ilə 1202AQ**********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın istismar müddəti bitdiyi üçün SMART G-4 İTRON GALLUS PAY tipli, STS **********6 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və abonent ilə "Azəriqaz" İB arasında "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı barədə" AKX-01385xx/xx-2019 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2023-cü ildə abonentin iştirakı və razılığı olmadan STS **********6 nömrəli qaz sayğacı ZENNER G4T SMART tipli **********107 nömrəli sayğac ilə əvəz edilmişdir. Abonent ilə iddiaçı "Azəriqaz" İB arasında "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı barədə" müqavilə bağlanmamışdır. xx.xx.2023-cü ildə Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 1 ev 3 "A" ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin iştirakı olmadan baxış keçirilmiş və GUYA sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar təbii qaz xətti ləğv edimiş, 25920 m3 itirilmiş qazın dəyəri 3110,40 manat hesablanmış və ******* nömrəli akt tərtib edilmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Foto-şəkiİİərdəki darvaza və qaz sayğacı abonentə məxsus olsa da, aşkar edilmiş kənar xətt abonentin ünvanına aid deyil. xx.xx.2024-cü ildə ünvan 3 ünvanında küçədəki qaz xəttinə abonentin iştirakı olmadan baxış keçirilmiş və yenə də sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, lakin foto-video çəkilməmişdir. Sayğacdan kənar təbii qaz xətti ləğv edilmiş, 6480 m³ itirilmiş qazın dəyəri 777,60 manat hesablanmış və ******* nömrəli akt tərtib edilmiş, həmin akt abonentə təqdim edilməmişdir. İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olduğun aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Qanunvericilik imperativ qaydada qazpaylaycısın üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxi edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən iddiaçının əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xətti hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə inandırıcı deyildir. Həmçimim Bakı Regional Qazın Satışı Departamenti - Nəzar Şöbəsinin əməkdaşlarının da GUYA aşkar etdikləri kənar xətt inandırıcı deyildir. Küçə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Qaz xəttinin kən şəxslər tərəfindən deşilməsinə abonent cavabdehlik daşımır. Aktlar cavabdehin iştira olmadan tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmamışdır, baxmayaraq abonentə məxsus ünvana 2 dəfə baxış keçirilsə də cavabdehin və ya qonşuların iştira’ təmin edilməmişdir. Ümumiyyətlə nə cavabdehin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdi olunmamış və abonent həmin aktları imzalamamışdır. Abonentin imzalamadı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçü həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilm idi. İddiaçı "Azəriqaz" İB aktların abonentə təqdim olunmasını sübut edə bilmir. "Azəriqaz" İBnin tərtib etdiyi aktlara əsasən guya sayğacdan kənar qeyri-qanu təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəss araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. "Azəriqaz" İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abone tərəfindən edildiyini təsdiq etmir. Cavabdeh iddiaçı "Azəriqaz" İB-nin balansın olan küçədəki qaz xəttinə müdaxilə etməmişdir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyd qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləsmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxıs keçirilmə zərurəti yaranır. xx.xx.2024-cü il tarixli GASREPdən məlum olur ki, abonentin xx.xx.2012-ci ildən xx.xx.2023-cü ilə qədər 2826 m3 qaz sərfiyyatı olmuş, 541.08 manat ödəniş etmiş və borca görə abonentin hesab kodundan 256,30 manat tutulma olmuşdur. Abonent 12 il ərzində 541,08 manatlıq qaz sərfiyyatı etmiş, lakin iddiaçı 2 AKT ilə onun hesab koduna 3888 manat borc hesablamışdır. Bundan əlavə, iddiaçı təbii qazın az istifadə olunduğu payız mövsümündə itirilmiş qazın dəyərini 3110.40 manat, lakin təbii qazın çox istifadə olduğu qış mövsümündə itirilmiş qazın dəyərini 777.60 manat hesablamışdır. Bu bir daha sübut edir ki, iddiaçı "Azəriqaz" İB-nin iddia tələbi əsassızdır. İddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AKX-01385xx/xx-2019 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"nin 1-ci maddəsinə əsasən, paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. -"Təbii X4nın pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir, dəymiş ziyan hesablanmalı və ödənilməlidir. - "Abonentin saldosu"ndan görünür ki, debitor borc 21,79 manat olmaqla ümumi borc 3909,79 manat təşkil edir. Məhkəmə ilk öncə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə borcu 21,79 manat təşkil edir və həmin məbləği iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 3888 manat məbləğində zərərə münasibətdə aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia 3888 manat məbləğində zərərin cavabdehdən tutulması hissədı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə 59,10 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 3909,79 manat məbləğində iddianın 21,79 manat hissəsi (0,60 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 0,60 faizi, yəni cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 58,70 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21,79 manat məbləğində sərfiyyat borcu və 0,40 manat məbləğində dövlət rüsumu, cəmi 22,19 manat pul tutularaq "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-3718/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3718/2024
19.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver