Məhkəmə qərarları › İş №e-2(008)-3764/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3764/2025

26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3764/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 16151,87 (on altı min bir yüz əlli bir manat səksən yeddi qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2741,13 (iki min yeddi yüz qırx bir manat on üç qəpik) manat və 146,68 (bir yüz qırx altı manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 19039,68 (on doqquz min otuz doqquz manat altmış səkkiz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 04/1932 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 86,40 manat; - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 972 manat; - xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 201,60 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 142,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1620 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 725,76 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 894,24 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 483,84 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 604,80 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1468,80 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 790,56 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 604,80 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 249,59 manat (video); cəmi 16151,87 (on altı min bir yüz əlli bir manat səksən yeddi qəpik) manat məbləğində İddiaçı İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 04/1932 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçın işçiləri tərəfindən təbii X4nın pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 86,40 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 972 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 201,60 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1620 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 725,76 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 894,24 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 483,84 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 604,80 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 790,56 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 604,80 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 249,59 manat (video), cəmi 16151,87 (on altı min bir yüz əlli bir manat səksən yeddi qəpik) manat məbləğində İddiaçı İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur Cavabdehin ödənilməmiş 2013-cü ilin üzrə 396,36 manat sərfiyyat borcu, 2020-ci ilin aprel-dekabr ayları üzrə 218,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 697,50 manat sərfiyyat borcu və limitdən əlavə 17,50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 433,16 manat sərfiyyat borcu və limitdən əlavə 22,09 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-iyun ayları üzrə 407,11 manat sərfiyyat borcu və limitdən əlavə 49,14 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 190,92 manat sərfiyyat borcu və limitdən əlavə 31,28 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-mart ayları üzrə 279,14 manat sərfiyyat borcu və limitdən əlavə 98,23 manat sərfiyyat borcu, cəmi 2841,13 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 100 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2741,13 (iki min yeddi yüz qırx bir manat on üç qəpik) manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 18893 (on səkkiz min səkkiz yüz doxsan üç) manat təşkil etməkdədir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etməsi, həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yəni İddiaçı İB əməkdaşları tərəfindən kənar qoşulma hallarını aşkar edildiyi halda heç bir tədbir görülməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışdır. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən ilk aktı əsas götürərək 86,40 manat, lakin digər aktların tərtib edilmə zamanı aktlarda cavabdehin imzasının olmadığını, həmin aktların tərtib edilməsi zamanı cavabdehə məxsus evə baxış keçirilməsi, keçirilmişdirsə kənar xətt aşkar edildiyi halda onun qaynaqla qaz xəttindən ayrılmamasını, aktlar tərtib olunan zamanı cavabdehin iştirakının təmin edilməməsini həmçinin ünvana baxış keçirilmədən hər ayın sonu akt yazmaqla kifayətlənmişlər. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərqaz” İB əməkdaşları tərəfindən ikici dəfə qeyd olunan ünvanda kənar qoşulma halı aşkar edən zaman bu kənar xətt qaynaqla ayrılaraq inzibati orqana xəbər verilməli olduğu halda edilməmiş hər ay akt yazılmaqla kifayətlənmişlər. Bu səbəbdən məhkəmə xx.xx.2017-ci il tarixdə tərtiq edilmiş ******* aktı əsaslı hesab edərək, sonrakı tarixlərdə tərtib edilmiş aktların yazılmasına “Azərqaz” İB özü şərait yaratması kimi qiymətləndirərək məhkəmə digər tarixlərdə tərtib edilmiş aktları qəbul etmir. Məhkəmə xx.xx.2024-cü il tarixli təbii X4nın pozulması haqqında ******* nömrəli aktı da əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunan MN № ******* nömrəli inzibati xəta haqqında protokol və MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardadn görünür ki, Məlikov X3 Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin bununla bağlı videogörüntü CD-disk formasında iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının rəisi vəzifəsini icra edən Ceyhun Nağızadə tərəfindən “Azərqaz” İBnin Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığını 23 dekabr 2024-cü il tarixli 3-15- 2-1/2-3052/2024 nömrəli məktubdan görünür ki, İddiaçı 20 noyabr 2024-cü il tarixli 14-2-2-4/2- 1816/2024 nömrəli məktubuna əlavə edilmiş materiallara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında fərdi evdə yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının 20 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti məlumat üçün göndərilmişdir. Mövcud məhkəmə praktikasına uyğun olaraq, 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024-cü ilin yanvarın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə aidiyyəti normativ hüquqi aktların və mülki-prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunmuşdur. Həmçinin cavabdehin 2741,13 (iki min yeddi yüz qırx bir manat on üç qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 50,77 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 86,40 (səksən altı manat qırx qəpik) manat, xx.xx.2024cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 249,59 (iki yüz qırx doqquz manat əlli doqquz qəpik) manat, 2741,13 (iki min yeddi yüz qırx bir manat on üç qəpik) manat debitor borc, cəmi 3077,12 (üç min yetmiş yeddi manat on iki qəpik) manat borc və 50,77 (əlli manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 86,40 (səksən altı manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 249,59 (iki yüz qırx doqquz manat əlli doqquz qəpik) manat, 2741,13 (iki min yeddi yüz qırx bir manat on üç qəpik) manat debitor borc, cəmi 3077,12 (üç min yetmiş yeddi manat on iki qəpik) manat borc və 50,77 (əlli manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar