Məhkəmə qərarları › İş №e-2(008)-378/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-378/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-378/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı nağd pul layihəsi müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz və cərimə borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə bağlanmış nağd pul layihəsi müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4534 manat məbləğində əsas borcun, 1240,13 manat məbləğində faiz borcunun, 7,51 manat məbləğində cərimə borcunun, cəmi 5781,64 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 26,87% olmaqla 8015,12 manat məbləğində nağd pul layihəsi vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu nağd pul layihəsi və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə nağd pul layihəsi müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Nağd pul layihəsi müqaviləsinə əsasən nağd pul layihəsi alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışqdır. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adları çəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək qeyd etdi ki, ekspert rəyi ilə razı deyil, ekspert Cavabdeh2 tərəfindən ödənilmiş 3000 manatdan artıq məbləği nəzərə almamışdır. Hesab edir ki, Cavabdeh2 Banka borcu yoxdur və iddia rədd edilməlidir. Məhkəmə, cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bank ilə Cavabdeh2 xx.xx.2018-ci il tarixli nağd pul layihəsi müqaviləsi bağlanmışdır. Həmin nağd pul layihəsi müqaviləsinə əsasən Bank tərəfindəən cavabdehə 60 ay müddətinə, illik 26,87% olmaqla 8015,12 manat məbləğində nağd pul layihəsi vermişdir. Həmin məbləğ həmin gün cavabdehin hesabına köçürülmüşdür. Həmin müqavilə ilə Cavabdeh1 Cavabdeh2 öhdəliklərinə görə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka olan borcu 4534 manat məbləğində əsas borc, 1240.13 manat məbləğində faiz borcu, 7.51 manat cərimə borcu təşkil edir. Hesabdan Çıxarışdan görünür ki, cavabdeh tərəfindən ödəniş edilməmişdir. Bank tərəfindən cavabdehə nağd pul layihəsi müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-cü il tarixdə cavabdehlərə bildiriş göndərilmiş, həmin bildirişi cavabdehlər tərəfindən xx.xx.2022-cü il tarixdə il tarixdə alınmış, iddia ərizəsi xx.xx.2022-cü il tarixdə verilmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 vəsatəti əsasında iş üzrə iqtisad ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəməEkspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/7958 №-li ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas borcu 5459,55 manat (iddia ərizəsinə əsasən 4534 manat), faiz borcu 1491,43 manat (iddia ərizəsinə əsasən 1240,13 manat) təşkil edir, cərimə borcu hesablanmamışdır. Hazırda iddiaçı 4534 manat məbləğində əsas borc, 1240,13 manat məbləğində faiz borcu, 7,51 manat məbləğində cərimə borcu, cəmi 5781,64 manat borcun tutulmasını hər iki cavabdehdən istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, nağd pul layihəsi müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASCnin xeyrinə 4534 manat məbləğində əsas borc və 1240,13 manat məbləğində faiz borcu tutulmalıdır. Ekspert cərimə borcu hesablamadığına görə iddia cərimə borcunun tutulması hissəsində rədd edilməlidir. İddiaçı eyni zamanda müqavilənin ləğv edilməsini istəyir. Məhkəmə hesab edir, ki iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edildiyi kimi, Bank tərəfindən cavabdehə nağd pul layihəsi müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, həmin bildirişi cavabdeh xx.xx.2022-ci il tarixdə almaqdan imtina etmiş, iddia ərizəsi xx.xx.2022-cü il tarixdə verilmişdir (bir ay gözlənilmədən verilsə də, artıq bir il yarımdan çox vaxt keçmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin arasında bağlanmış xx.xx.2018-ci il tarixli Nağd pul layihəsi müqaviləsi ləğv edilməli, cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4534 manat məbləğində əsas borc, 1240,13 manat məbləğində faiz borcu, cəmi 5774,13 manat borc və 78 məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Nağd pul layihəsi müqaviləsi ləğv edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 4534 manat məbləğində əsas borc, 1240,13 manat məbləğində faiz borcu, cəmi 5774,13 manat borc və 78 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar