Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3801/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 14055,48 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1411,64 manat və 136,40 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 15603,52 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq BankıAzəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04689xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 227,60 manat; - xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 138,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 246,40 manat; - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 77,80 manat; - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 142,40 manat; - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 382,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 569,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 173,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 102,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 151 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4406,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 741,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 311,04 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 311,04 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 110,16 manat, cəmi 14 055,48 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 184 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 490,65 manat sərfiyyat borcu və limitdən əlavə 17 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-oktyabr ayları üzrə 300,20 manat sərfiyyat borcu və limitdən əlavə 40,40 manat sərfiyyat borcu, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 87,24 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-mart ayları üzrə 292,10 manat sərfiyyat borcu və limitdən əlavə 6,75 manat sərfiyyat borcu, cəmi 1418,34 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2018-ci il oktyabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 2,20 manat və 2020-ci il may ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1,10 manat, cəmi 3,30 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (1418,34+3,30=1421,64). 2018-ci ilin oktyabr ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 10 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1411,64 (bir min dörd yüz on bir manat 64 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 15467,12 (on beş min dörd yüz altmış yeddi manat 12 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli AKX-04689xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 110.16 manat zərər hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 32A-da yerləşən evdə qaz sayğacından kənar qaz şəbəkəsinə qoşularaq 110.16 manat məbləğində təbii qazın talanması xx.xx.2024-cü ildə aşkar edilmiş və Cavabdeh inzibati xəta törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın surəti İddiaçınə göndərilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında - xx.xx.2016-cı il tarixli ******* saylı akt, xx.xx.2016-cı il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt və xx.xx.2018ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçı Əkbərov Rəhimə məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X2”nın tələblərinə əməl etməlidir. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla, iddiaçıya xx.xx.2016-cı il tarixli ******* saylı akt, xx.xx.2016-cı il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2017-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında zərər vurulmuşdur. Göründüyü kimi həmin aktlar cavabdeh barəsində deyil, istehlakçı Əkbərov Rəhim barəsində tərtib olunmuş, Cavabdeh ilə isə xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Yəni hazırkı cavabdeh həmin aktlar üzrə iddiaçının tələbinə cavab verməli şəxs deyildir. Odur ki, həmin aktlar əsasında dəymiş zərərin Cavabdeh tələb edilməsi əsassızdır və təmin edilə bilməz. İddiaçı, həmçinin xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4406,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 741,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 311,04 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 311,04 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat dəymiş zərərin əvəzini Cavabdeh tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin barəsində təbii X2nın pozulması haqqında həmin aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iddiaçı, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası məqsədilə cavabdehdən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4406,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 741,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 311,04 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 311,04 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat dəymiş zərərin əvəzinin tələb edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 110,16 manat məbləğində İddiaçı İB-yə maddi zərər vurmuşdur, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddiaçı iddia edir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 184 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 490,65 manat sərfiyyat borcu və limitdən əlavə 17 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə 300,20 manat sərfiyyat borcu və limitdən əlavə 40,40 manat sərfiyyat borcu, 2024-cü ilin noyabr-dekabr ayları üzrə 87,24 manat sərfiyyat borcu, 2025-ci ilin yanvarmart ayları üzrə 292,10 manat sərfiyyat borcu və limitdən əlavə 6,75 manat sərfiyyat borcu, cəmi 1418,34 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2018-ci il oktyabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 2,20 manat və 2020-ci il may ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1,10 manat, cəmi 3,30 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (1418,34+3,30=1421,64). 2018-ci ilin oktyabr ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 10 manat ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1411,64 manat debitor borcu qalmışdır. Lakin iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, cavabdeh məhz həmin tarixdən üzərinə müvafiq öhdəlik götürmüşdür. Həmin tarixdən öncə yazılmış debitor borcun da hazırkı cavabdehdən tələb edilməsi əsassızdır və iddia həmin hissədə də rədd edilməlidir. Abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixdən sonra yazılmış debitor borcun, yəni 2022-ci ilin oktyabr ayı üzrə 3,60 manat sərfiyyat borcu və 2024-cü ilin noyabr-dekabr ayları üzrə 87,24 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-mart ayları üzrə 292,10 manat sərfiyyat borcu və limitdən əlavə 6,75 manat sərfiyyat borcu, cəmi 389.69 manat olduğu, bundan 2025-ci ilin aprel ayına qədər cavabdehin 10 manat ödəniş etdiyi müəyyən edilmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi təbii qaza görə 379.69 manat (389.69-10) məbləğində debitor borcun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən – xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 110.16 manat dəymiş zərər, 379.69 manat debitor borc olmaqla, cəmi 489.85 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 136.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 136.40 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 110.16 manat dəymiş zərər, 379.69 manat debitor borc olmaqla, cəmi 489.85 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3801/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3801/2025
22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver