Məhkəmə qərarları › İş №e-2(008)-3809/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3809/2025

30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3809/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 18 569,32 (on səkkiz min beş yüz altmış doqquz manat otuz iki qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 76,75 (yetmiş altı manat yetmiş beş qəpik) manat və 145,94 (bir yüz qırx beş manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 18792,01 (on səkkiz min yeddi yüz doxsan iki manat bir qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2020-ci il tarixində 04-1193 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00997 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 885,60 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 273,60 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 273,60 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 273,60 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 328,32 manat; - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 328,32 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 293,76 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 725,76 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 596,16 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 311,04 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 435,40 manat (video çəkiliş var) cəmi 18569,32 (on səkkiz min beş yüz altmış doqquz manat otuz iki qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2020-ci ilin oktyabr ayı üzrə 7,70 manat sərfiyyat borcu, 2024cü ilin oktyabr-dekabr ayları üzrə 84,24 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-fevral ayları üzrə 100,81 manat sərfiyyat borcu, cəmi 192,75 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin oktyabr ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 116 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 76,75 (yetmiş altı manat yetmiş beş qəpik) manat borcu (debitor borc) da qalmışdır. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 18646,07 (on səkkiz min altı yüz qırx altı manat yeddi qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04- 1193 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»sindən görünür ki, tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00997 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 885,60 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 244,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 328,32 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 328,32 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 293,76 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 725,76 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 596,16 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 311,04 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 435,40 manat (video); cəmi 18 569,32 (on səkkiz min beş yüz altmış doqquz manat 32 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 76,75 (yetmiş altı manat yetmiş beş qəpik) manat debitor borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı İB tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etməsi, həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yəni İddiaçı İB əməkdaşları tərəfindən kənar qoşulma hallarını aşkar edildiyi halda heç bir tədbir görülməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X4nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş, dəymiş ziyan 8856 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x90=2592 m3 1.5x24x90=3240 m3 1.4x24x90=3024 m3 hesablanmışdır. Məhkəmə təbii X4nın pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat deyil 6 saat və hesabat müddəti 90 gun deyil, 30 gün – 1.2 x6 x 30 = 216 x 0.12 = 25,92 manat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil 30 gün – 1.5x 12 x 30 = 540 x 0.12 = 64,80 manat, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat deyil 12 saat, və hesabat müddəti 90 gün deyil 30 gün – 1.4x12x30=504x0.12=60,48 manat, cəmi 151,20 manat qəbul edilməlidir. Beləliklə məhkəmə araşdırması nəticəsində xx.xx.2019-cu il tarixli akt üzrə cavabdeh tərəfindən 151,20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən ilk aktı əsas götürərək 151,20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat, lakin digər aktların tərtib edilmə zamanı aktlarda cavabdehin imzasının olmadığını, həmin aktların tərtib edilməsi zamanı cavabdehə məxsus evə baxış keçirilməsi, keçirilmişdirsə kənar xətt aşkar edildiyi halda onun qaynaqla qaz xəttindən ayrılmamasını, aktlar tərtib olunan zamanı cavabdehin iştirakının təmin edilməməsini həmçinin ünvana baxış keçirilmədən hər ayın sonu akt yazmaqla kifayətlənmişlər. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərqaz” İB əməkdaşları tərəfindən ikici dəfə qeyd olunan ünvanda kənar qoşulma halı aşkar edən zaman bu kənar xətt qaynaqla ayrılaraq inzibati orqana xəbər verilməli olduğu halda edilməmiş hər ay akt yazılmaqla kifayətlənmişlər. Bu səbəbdən məhkəmə xx.xx.2019-cu il tarixdə tərtiq edilmiş aktı qismən əsaslı hesab edərək, sonrakı tarixlərdə tərtib edilmiş aktların yazılmasına “Azərqaz” İB özü şərait yaratması kimi qiymətləndirərək məhkəmə digər tarixlərdə tərtib edilmiş aktları qəbul etmir. Məhkəmə xx.xx.2024-cü il tarixli təbii X4nın pozulması haqqında ******* nömrəli aktı da əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin bununla bağlı videogörüntü CD-disk formasında iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının rəisi Ceyhun Nağızadə tərəfindən “Azərqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığını 08 yanvar 2025-ci il tarixli 3-15-2-1/2-72/2025 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentlyinin Bakı filialı tərəfindən çıxarılmış 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti məlumat üçün göndərilmişdir. Mövcud məhkəmə praktikasına uyğun olaraq, 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024-cü ilin yanvarın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə aidiyyəti normativ hüquqi aktların və mülki-prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunmuşdur. Həmçinin cavabdehin 76,75 (yetmiş altı manat yetmiş beş qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan 151,20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan 435,40 (dörd yüz otuz beş manat qırx qəpik) manat, 76,75 (yetmiş altı manat yetmiş beş qəpik) manat debitor borc, cəmi 663,35 (altı yüz altmış üç manat otuz beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan 151,20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan 435,40 (dörd yüz otuz beş manat qırx qəpik) manat, 76,75 (yetmiş altı manat yetmiş beş qəpik) manat debitor borc, cəmi 663,35 (altı yüz altmış üç manat otuz beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar