Məhkəmə qərarları › İş №e-2(008)-3820/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3820/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3820/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8658,39 (səkkiz min altı yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3615,85 (üç min altı yüz on beş manat səksən beş qəpik) manat və 126,82 (bir yüz iyirmi altı manat səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12401,06 (on iki min dörd yüz bir manat altı qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04/2055 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasən İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 588 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat (xidmət yazı); xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 544,32 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 311,04 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 877,59 manat (video); cəmi 8658,39 (səkkiz min altı yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 228 manat sərfiyyat borcu və limitdən əlavə 13 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 764,35 manat sərfiyyat borcu və limitdən əlavə 21,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 963,16 manat sərfiyyat borcu və limitdən əlavə 19,09 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-avqust ayları üzrə 675,42 manat sərfiyyat borcu və limitdən əlavə 76,33 manat sərfiyyat borcu, cəmi 2760,55 manat sərfiyyat borcu qalmışdır. Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 10706 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1004 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Həmçinin, cavabdehin 2020-ci il aprel ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1,20 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (2760,55+1004+1,20=3765,75). 2018-ci ilin oktyabr ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 149,90 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3615,85 (üç min altı yüz on beş manat səksən beş qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 12274,24 (ok iki min iki yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat təşkil etməkdədir. 1699,30 manat borc və 30 manat vəsaitin tutulması barədə xx.xx.2019-cu il tarixli, 2(008)-6960/2019 nömrəli Birliyin xeyrinə qətnamə cıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə, abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04/2055 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 588 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat (xidmət yazı); xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 544,32 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 311,04 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 135 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3615,85 (üç min altı yüz on beş manat səksən beş qəpik) manat debitor borcu da qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6960/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 1699,30 manat borc və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 126,82 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X6»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii X6nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 5400 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 yanvar 2020-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərinə daxilii borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2.5x24x90=5400 m3 hesablanmışdır. Məhkəmə təbii X6nın pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, qaz sayğacının maksimal saatlıq qaz sərfi 2.5 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil, 30 gün – 2.5 x 12 x 30 x 0.12 = 108 manat qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii X6nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 5880 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 70 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 70 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 70 gün qəbul edilməklə itirilmiş qazın bərpasın üçün hesabat aparılmış və 1.2x24x70=2016 m3 1.5x24x70=2520 m3 0.8x24x70=1344 m3 hesablanmışdır. Məhkəmə təbii X6nın pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, qaz sayğacının PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 6 saat və hesabat müddəti 70 gün deyil, 30 gün 1.2 x 6 x 30 = 212 manat, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 70 gün deyil, 30 gün 1.5 x 12 x 30 = 540 manat, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 8 saat və hesabat müddəti 70 gün deyil, 30 gün 0.8 x8 x30=192 manat, 216+540+192=948 x 0.12=113,76 manat qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təbii X6nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 0.3x12x25=90 m3 1.5x12x28=450 m3 = 90+450=540, 540 x 0.25=135 manat hesablanmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli təbii X6nın pozulması haqqında ******* nömrəli aktı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunan MN № ******* nömrəli İnzibati xəta haqqında protokol və MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardadn görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının rəsi X3 tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində (təbii qazın az miqdarda talanması hissəsi üzrə) nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirləndirilən Cavabdeh barəsində fiziki şəxs qismində inzibati xəta haqqında iş üzrə icraata başlanması nəzərə alınması və işə baxılması, Bakı filialının inzibati binasında xx.xx.2025-ci il tarixdə, saat 12:00-a təyin edilməsi, iş barəsində zəruri olan əlavə materialların rayon QİS-dən alınıb Filiala təqdim edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və digər maraqlı şəxslərin işə baxılmanın yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılması qərara alınmışdır. Beləliklə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 108 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 113,76 manat və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 135 manat, cəmi 356,76 manat cavabdeh tərəfindən İddiaçı İB-nə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə İddiaçı İB-yi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat (xidmət yazı), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 544,32 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 311,04 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 302,40 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat zərər müəyyən edilmişdir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mövcud məhkəmə praktikasına uyğun olaraq, 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024cü ilin yanvarın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə aidiyyəti normativ hüquqi aktların və mülki-prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunmuşdur. İş materiallarından da göründüyü kimi, İddiaçı İB tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə riayət olunmamışdır. İddiaçı İB tərəfindən aktların tərtib olunması 1 may 2022-ci il tarixindən sonra təsadüf etsə də, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etdikdən sonra, həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından da göründüyü İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar 1 may 2022-ci il tarixindən sonra tərtib edilsə də, bu barədə aktın nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat (xidmət yazı), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 544,32 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 246,24 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 311,04 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 302,40 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 367,20 manat borcun tutulması hissəsində iddia tələbi təmin edilə bilməz. Həmçinin cavabdehin 3615,85 (üç min altı yüz on beş manat səksən beş qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 126,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 126,82 manat məbləğində dövlət rüsumunun 59,72 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 108 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 113,76 manat və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 135 manat, cəmi 356,76 manat dəymiş ziyan, 3615,85 (üç min altı yüz on beş manat səksən beş qəpik) manat debitor borcu və 59,72 (əlli doqquz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 108 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 113,76 manat və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 135 manat, cəmi 356,76 manat dəymiş ziyan, 3615,85 (üç min altı yüz on beş manat səksən beş qəpik) manat debitor borcu və 59,72 (əlli doqquz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar