Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(008)-3840/2025 25.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi 392.048,30 (üç yüz doxsan iki min qırx səkkiz manat, 30 qəpik) manat, bundan 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respbulikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.364,30 (iki min üç yüz altmış dörd manat, 30 qəpik) manat faiz və 683 (altı yüz səksən üç) manat dövlət rüsumunun Nəbiyev Elxan Emin oğlundan tutulması, tutmanın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, ev 2, A bloku, ** saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “xxxx” firması ilə Nəbiyev Elxan Emin oğlu arasında bağlanmış müqavilə əsasında Nəbiyev Elxan Emin oğlunun sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, ev 2, A bloku , ** saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, ev 2, A bloku , ** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Nəbiyev Elxan Emin oğlu arasında ##.##.2009-cu il tarixli 094/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, habelə **-*/*-N-**-****/**** saylı bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Nəbiyev Elxan Emin oğlunun ##.##.2025-ci il tarixə ##.##.2009-cu il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 392.048,30 (üç yüz doxsan iki min qırx səkkiz manat, 30 qəpik) manat təşkil edir. Bundan 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və kredit müqaviləsi bitəndən sonra ARKonstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.364,30 (iki min üç yüz altmış dörd manat, 30 qəpik) manat faiz borcu təşkil edir. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə yalnız 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respbulikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.364,30 (iki min üç yüz altmış dörd manat, 30 qəpik) manat faiz və 683 (altı yüz səksən üç) manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 180 (bir yüz səksən) ay müddətinə illik 15 faiz hesablanmaqla 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. - ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2009-cu il tarixli *** saylı kredit üqaviləyə əsasən borcu, 119.900 (yüz on doqquz min doqquz yüz) manat məbləğində əsas borc, 269,784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat məbləğində faiz, 2364.30 (iki min üç yüz altmış dörd otuz qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 392,048.30 (üç yüz doxsan iki min qırx səkkiz otuz qəpik) manat təşkil edir. -03.03.206-cı il tarixli bildirişin surətindən görünür ki, сavabdeh ##.##.2009-cu il tarixli *** saylı krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-cı il tarixli *-**-**/*-*/****/**** nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 Cavabdeh ad oğlunun ##.##.2025 ilə İddiaçı ASC-yə olan borcu ümumilikdə 392039,69 manat məbləğində edilir, o, cümlədən 119.900 manat əsas borc, 269775 manat faiz, 2364.69 manat isə gecikdirilmiş vaxt üzrə hesablanmış faiz borcudur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş ********** nömrəli ##.##.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 683 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı ##.##.2009-cu il tarixli *** saylı əsas kredit müqaviləsinə əsasən 180 ay müddətinə 119.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə əsas və faiz borcu iddiaçıya ödəməlidir. Lakin məhkəmə cavabdehdən tələb edilən faiz borcun məbləğinə diqqət yetirərək qeyd edtmişdir ki, iddiaçı faiz borcu üzrə 269784 manat pulun tutulmasını xahiş etsədə, məhkəm tərəfindən təyin edilmiş ekspertizanın rəyindəngörünür ki, cavabdehin iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 269775 manat məbləğində faiz borcu mövcudur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borcamünasibətdə qismən təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin “kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respbulikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.364,30 (iki min üç yüz altmış dörd manat, otuz qəpik) manat faiz borcunun tutulması” hissəsinəmünasibət bildirərək qeyd edir ki, kredit verən bank kredit müddəti bitənədək artıq ləğv edildiyindən kredit müddəti bitdikdən sonra onun ödənilməmiş borca görə hər hansı bir gəlir itirmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin 683 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki,iddia tələbi qismən təımin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə uyğun 659 manat olan hissə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 119.900 (yüz on doqquz min doqquz yüz) manat məbləğində əsas borc, 269,775 (iki yüz altmış doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində faiz borcu olmaqla cəmi, 389675 (üç yüz səksən doqquz min altı yüz yetmiş beş) manat borc və 659 (altı yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq LPO “xxxx” ASC-yə ödənilsin. 100 manat ekspertiza xərcinin 80 (səksən) manat hissəsi cavabdeh Cavabdeh, 20 (iyirmi) manat olan hissəsi isə LPO LPO “xxxx” ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3840/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3840/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver