Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3965/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5342,70 manat məbləğində dəymiş zərər, 1575,02 manat debitor borcu və ödənilmiş 89,18 manat dövlət rüsumunun tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/3872 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilib. Həmin fərdi yaşayış evinə iddiaçı tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təstiqləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli 089231 nömrəli akt asasında 291,60 manat; xx.xx.2015-ci il tarixli 090477 nömrəli akt asasında 284,40 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt asasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt asasında 340,50 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt asasında 95 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt asasında 458,20 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt asasında 80,60 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt asasında 146,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt asasında 647,40 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt asasında 151,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt asasında 241,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt asasında 241,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt asasında 146,40 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt asasında 345,60 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt asasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt asasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt asasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt asasında 252 manat dəymiş zərər hesablanmışdır. Cəmi 5342,70 manat məbləğində İddiaçı İB maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 94,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 573,65 manat sərfiyyat borcu va limitdən əlavə 12,25 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 766,32 manat sərfiyyat borcu və limitdən əlavə 26,18 manat sərfiyyat borcu, 2023-cü ilin yanvarfevral ayları üzrə 135,72 manat sərfiyyat borcu, cəmi 1608,32 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin aprel ayına qədər cavabdeh cəmi 33,30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1575,02 (bir min beş yüz yetmiş beş manat iki qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin “Azariqaz” İB-ya ödənilməli borc mablaği hazırda Abonentin SALDO üzra ümum 6917,72 (altı min doqquz yüz on yeddi manat, yetmiş iki qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əsasən İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh ünvan 1 ünvanına xx.xx.2016-ci il tarixdən xx.xx.2020-ci il tarixlərə kimi baxış keçirilərkən sayğacdan kənar qoşulma halı aşkar edilərək, aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi cəmi 6917,72 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borcun etirafı haqqında ərizəyə əsasən, Cavabdeh 6927,72 manat borcla tanış olduğunu və ödəyəcəyini öz imzası ilə təstiq edərək öhtəlik götürmüşdür. İş materiallarına əsasən cavabdeh tərəfindən dəymiş zərərlə bağlı 33,30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 6927,72 manat borcu ödəyəcəyi barədə xx.xx.2023-cü il tarixində öhdəlik götürsə də, bu günə kimi lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, qanunsuz qazdan istifadə halları və təqsirli hərəkəti nəticəsində yarandığı müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh 6927,72 manat dəymiş zərər məbləği tutularaq, İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 89,18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5342,70 (beş min üç yüz qırx iki manat, yetmiş qəpik) manat məbləğində dəymiş ziyan, 1575,02 (bir min beş yüz yetmiş beş manat, iki qəpik) manat debitor borcu və ödənilmiş 89,18 (səksən doqquz manat, on səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3965/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3965/2023
08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver