Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3965/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9837,17 manat əsas, 1069,59 manat faiz, 1051,87 manat cərimə borcu olmaqla, cəmi 11958,63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 125,88 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 222mic ADJ/23 1 saylı zaminlik müqaviləsinə əsasən, kreditor qarşısında borclunun xx.xx.2023-cü il tarixli, 222mic ADJ/23 saylıəlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh2 və Cavabdeh3222mic ADJ/23 2 saylı zaminlik müqaviləsinə əsasən, kreditor qarşısında borclunun xx.xx.2023-cü il tarixli, 222mic ADJ/23 saylıəlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqaviləninbu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 29 aprel 2025, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə9837,17 AZN əsas, 1069,59 AZN faiz, 1051,87 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 11958,63 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etmədiyini, Cavabdeh4 maddi imkanının yaxşı olduğunu, borc məbləğinin Cavabdeh4 tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Əlavə olaraq Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətə etiraz etmişdir. Cavabdeh4 isə ərizə ilə müraciət edərək onkoloji xəstə olduğu üçün, səhətindəki problemlərlə bağlı olaraq məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, elektron məhkəmə sisteminə daxil etdiyi vəsatətə onun iştirakı olmadan baxaraq təmin edilməsini xahiş etmişdir. Digər Cavabdeh3 isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan məhkəmənin baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC, Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 222micADJ/23 1 saylı 31 mart 2023-cü il tarixli 1saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərini üzərinə götürmüşdür. "xxxx" KB ASC, Cavabdeh4 ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 222micADJ/23 2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərini üzərinə götürmüşdür. İş materiallarından görünür ki, 222micADJ/23 1 saylı kredit müqavilısinə əlavədən görünür ki, Cavabdeh4 sonuncu ay 775 manat olmaqla 24 ay müddətinə hər ay 775 manat kredit ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 əsas borcu 9837,17 manat, faiz borcu 1069,56 manat, cərimə borcu 1051,87 manat borcu olmaqla cəmi 11958,63 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, bank cavabdeh X6 qızına krediti ödəməyəcəyi halda məhkəməyə iddia ərizəsi ilə müraciə ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3965/2025 nömrəli 14 avqust 2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh4 tərəfindən verilmiş ekspertiza keçirilməsinə dair vəsatət təmin edilməmişdir. - İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 125,88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh4 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi icra etməmiş, zaminlər Cavabdeh1, X5, Cavabdeh3 isə borcalanın iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də borcalan və zaminlər onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsas və fazi borcun cavabdehlərdən tutulması hissəsi təmin edilməlidr. Bundan başqa məhkəmə iddia tələbinin 1051,87 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən cərimə məbləği hesablanarkən əsas və faiz borca münasibətdə tənasüblülük gözlənilmədiyindən, iddia tələbi bu hissədə də qismən 500 manat hissədə təmin edilməsi daha ədalətli hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 125,88 manat dövlət rüsumunun 124,20 manat hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1, Cavabdeh3 müştərək qaydada 9837,17 (doqquz min səkkiz yüz otuz yeddi manat, on yeddi qəpik) manat əsas borc, 1069,56 (bir min altmış doqquz manat əlli altı qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, cəmi 11406,76 (on bir min dört yüz altı manat yetmiş altı qəpik) manat borc və 124,20 (bir yüz iyirmi dört manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3965/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3965/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver