Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-402/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 061A********** nömrəəli kredit müqaviləsi üzrə 10856.69 manat məbləğində kredit bоrcu, 1420.45 manat məbləğində faiz bоrcu və 374.78 manat məbləğində cərimə olmaqla, cəmi 12651.92 manat olmaqla, xx.xx.2022-ci il tarixli 061KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 499.54 manat məbləğində kredit bоrcu, 106.41 manat məbləğində faiz bоrcu və 38.44 manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 13296.31 manat məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 129.89 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 061A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx.xx.2022-ci il tarixdə bağladığı 061KK**********01 nömrəli kart kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 36 ay müddətinə, kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır.Götürdüyü kredit bоrcundan 1643.31 manat ödəniş etmiş və оnun iddiaçıya 10856.69 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit bоrcu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 061A********** nömrəli kredit müqaviləsi üzrə 223 gün üçün hesablanmış faiz borcu 1420.45 manat, 061KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 339 gün üçün hesablanmış faiz borcu 106.41 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 223 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 374.78 manat, 061KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 339 gün üçün hesablanmış cərimə borcu 38.44 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə İddiaçı QSC-nin iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əsasən, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 061A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. - Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 061KK**********01 nömrəli kart kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 36 ay müddətinə, kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 nömrəli əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür. - cavabdehin kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə оlan bоrcu 0061A********** nömrəli kredit müqaviləsi üzrə 10856.69 manat məbləğində kredit bоrcu, 1420.45 manat məbləğində faiz bоrcu və 374.78 manat məbləğində cərimə olmaqla, cəmi 12651.92 manat məbləğində təşkil edir. - cavabdehin kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə оlan bоrcu 061KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə 499.54 manat məbləğində kredit bоrcu, 106.41 manat məbləğində faiz bоrcu və 38.44 cərimə olmaqla, cəmi 644,39 manat məbləğində təşkil edir. - xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, сavabdeh Cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışlar. İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 129,89 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8727 nömrəli ekspert rəyində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 061A********** nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "Expressbank” ASC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2024-cü il tarixə olan borcu 12,229.74 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 10.769.83 manat; - faiz borcu üzrə 1,459.91 manat. iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 061KK**********01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "Expressbank” ASC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2024-cü il tarixə olan borcu 671.33 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 500 manat; - faiz borcu üzrə 171,33 manat. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı tərəf bildiriş göndərərək cavabdehdən müqavilələr üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. xx.xx.2022-ci il tarixli, 061A********** nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin 10856.69 əsas borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, əsas borcu ekspert rəyinə əsasən (10769.83 manat) hesablanmış əsas borcu həcmində təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən xx.xx.2022-ci il tarixli, 061A********** nömrəli müqaviləyə əsasən 1420.45 manat faiz borcunun məbləğini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi faiz borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli, 061A********** nömrəli müqaviləyə əsasən 37 (otuz yeddi) manat dəbbə pulu tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən xx.xx.2022-ci il tarixli 061KK**********01 nömrəli müqaviləyə əsasən əsas və faiz borcunun məbləğini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixli 061KK**********01 nömrəli müqaviləyə əsasən 3,80 (üç manat səksən qəpik) manat dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 061A********** nömrəəli kredit müqaviləsi üzrə 10769.83 manat məbləğində kredit bоrcu, 1420.45 manat məbləğində faiz bоrcu və 37 manat məbləğində cərimə olmaqla, cəmi 12227,28 manat olmaqla, xx.xx.2022-ci il tarixli 061KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 499.54 manat məbləğində kredit bоrcu, 106.41 manat məbləğində faiz bоrcu və 3,80 manat məbləğində cərimə olmaqla, cəmi 609,75 manat olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 12837,03 manat borc pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 128,51 manat hissəsi cavabdehdən tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 061A********** nömrəəli kredit müqaviləsi üzrə 10769.83 (on min yeddi yüz altmış doqquz manat səksən üç qəpik) manat məbləğində kredit bоrcu, 1420.45 (bir min dörd yüz iyirmi manat qırx beş qəpik) manat məbləğində faiz bоrcu və 37 (otuz yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 12227,28 (on iki min iki yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) manat olmaqla, xx.xx.2022-ci il tarixli 061KK**********01 nömrəli kart kredit müqaviləsi üzrə 499.54 (dörd yüz doxsan doqquz manat əlli dörd qəpik) manat məbləğində kredit bоrcu, 106.41 (bir yüz altı manat qırx bir qəpik) manat məbləğində faiz bоrcu və 3,80 (üç manat səksən qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 609,75 (altı yüz doqquz manat yetmiş beş qəpik) manat olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 12837,03 (on iki min səkkiz yüz otuz yeddi manat üç qəpik) manat borc pul və 128,51 (bir yüz iyirmi səkkiz manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (əlli) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-402/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-402/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver