Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4091/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 23 389,58 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1007,74 manat və 163,19 (manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 24 560,51 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz iB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində t/17577 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib xx.xx.2012-ci il tarixli 020620 saylı akt əsasında 244,80 manat, xx.xx.2012-ci il tarixli, 039490 saylı akt əsasında 252 manat, xx.xx.2013-cü il tarixli 056204 saylı akt əsasında 117.60 manat, xx.xx.2023-cü il tarixli 068210 saylı akt əsasında 75.60 manat, xx.xx.2015-ci il tarixli, 088222 saylı akt əsasında 349.20 manat, xx.xx.2015-ci il tarixli 089841 saylı akt əsasında 64.20 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 1119.60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 324 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 323 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 283.20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 419.60 manat, 16.0.2018-ci il tarixli ******* saylı akt əsasında 575.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 182 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 128.80 manat, 16.04.018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 75.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cui il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1382.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* sayl akt əsasında 541.10 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 298.08 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 483.84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1468.80 manat, 3101.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1088.64 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1209.60 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 199.20 manat, cəmi 23 389.58 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2011-ci il ayları üzrə qalıq 497,30 manat sərfiyyat borcu, 2012-ci ilin yanvar-mart ayları üzrə 47 manat sərfiyyat borcu, 2021-ci ilin aprel-may iyul, noyabrdekabr ayları üzrə 47,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar/mart ayları üzrə 4,08 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar/aprel/may və oktyabr-noyabr ayları üzrə 10,44 manat sərfiyyat borcu, 2024- cü ilin yanvar/aprel və sentyabr-oktyabr ayları üzrə 16,08 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-mart ayları üzrə 258,69 manat sərfiyyat borcu və limitdən əlavə 82,65 manat sərfiyyat borcu, cəmi 963,84 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 639 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 51,40 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (963,84+51,40=1015,24). 2012-ci ilin iyul ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 7,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1007,74 (bir min yeddi manat 74 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümum 24 397,32 (iyirmi dörd manat üç yüz doxsan yeddi manat 32 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzili təbii qazla təmin etmək üçün xx.xx.2012-ci ildə qaz sayğacı quraşdırılmış, 1**********0000 nömrəli kod verilmiş, lakin "Qazsayğacının çıxarılması, quraşdırılması, istismara qəbulu haqqında" akt tərtib edilməmiş və cavabdeh İddiaçı İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2012-ci ildə qaz sayğacı quraşdırılarkən sayğacın üzərində 400 manatlıq sərfiyyat qeyd edilmişdi və Cavabdeh həmin sayğacın quraşdırılmasına etiraz etmiş, lakin etirazına əhəmiyyət verilməmiş, üzərində 400 manat borc olan sayğac ünvan 3 ünvanında yerləşən küçədə quraşdırılmışdır. Cavabdeh ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzildə yaşayır. Bu səbəbdən təbii qazdan istifadə etməmək qərarına gəlmiş və elektrik enerjisindən istifadə etməyə üstünlük vermişdir. Onun təbii qazdan istifadə etməməsinə baxmayaraq İddiaçı İB-nin əməkdaşları xx.xx.2012-ci ildə ünvan 3 ünvanında quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən guya qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni, əlavə qaz xəttindən istifadə olunması faktını aşkar etmiş, foto-şəkillər çəkmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair fotoşəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xəttini ləğv etmiş və xx.xx.2012-ci ildə faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 020620 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan hesablanmış və abonentin hesab koduna 244,80 manat borc yazılmışdır. Beləliklə, İddiaçı İB xx.xx.2012-ci ildən başlayaraq xx.xx.2015-ci ilə qədər, müxtəlif vaxtlarda təbii qazdan qeyri-qanuni, əlavə qaz xəttindən istifadə olunmasına dair aktlar tərtib etmiş və bu aktlar əsasında abonentin hesab koduna 1103,40 manat borc yazılmışdır. İddia ərizəsinin bu hissəsinə iddia müddəti tətbiq edilməli və bu hissədə 1103,40 manat borc silinməlidir. Bundan əlavə, İddiaçı İB xx.xx.2025-ci ilə qədər, müxtəlif vaxtlarda təbii qazdan qeyriqanuni, əlavə qaz xəttindən istifadə olunmasına dair 61 akt tərtib etmiş və bu aktlar əsasında abonentin hesab koduna ümumilikdə 23 389.58 manat borc yazılmışdır. Xüsusilə qeyd etmək istəyirik ki, aktların qeyri-qanuni tərtib edilməsi - ardıcıllğın itməsi ilə sübut olunur. Belə ki, xx.xx.2019-cu ildə tərtib edilmiş ******* li aktdan sonra xx.xx.2019-cu ildə tərtib edilmiş ******* li akt, xx.xx.2022-ci ildə tərtib edilmiş ******* li aktdan sonra xx.xx.2022-ci ildə tərib edilmiş ******* Ne li akt, xx.xx.2022-ci ildə tərtib edilmiş ******* li aktdan sonra xx.xx.2022-ci ildə tərtib edilmiş 0362368, 0350261, ******* li aktlar və s. aktlar bir daha həmin aktların qeyri-qanuni tərtib olunmasının sübutudur. Həmçinin, yay mövsümündə, təbii qaza ehtiyacın az olduğu halda tərtib edilmiş aktlar - həmin aktların qeyri - qanuni olmasını sübut edir. Yuxarıda, qeyd olunan maddə xx.xx.2022-ci ildən qüvvəvə mindiyi üçün, hesab edirik ki. göstərilən norma 31,05.2022-ci il tarixli ******* nömrəli aktdan başlayaraq xx.xx.2024- cü il tarixli. ******* nömrəli aktlara qədər tətbiq olunmalıdır. Beləliklə, İddiaçı İB qanunsuz qoşulma hallan ilə bağlı akt tərtib etdikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanası, aktın digər nüsxəsini X9 is üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, İddiaçı İB göstərilən qaydaya yalnız xx.xx.2025-ci ildə tərtib etdiyi ******* nömrəli akta əsasən riayət etmiş və X9 MN İSte ******* saylı protokol tərtib olunmuşdur. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən təqdim olunmadığından hesab edir ki, xx.xx.2025-ci il tarixli, ******* Ne li aktdan başqa, dəymiş zərərin cavabdehdən tutulması barədə tərib olunmuş aktlara əsasən hesablanmış 23 190,38 manata dair iddia tələbi rədd edilməlidir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. İddiaçı İB tərəfindən Məhkəməyə təqdim olunmuş aktlardan görünür ki. həmin aktlar birtərəfli qaydada tərtib edilmiş və cavabdeh həmin aktİarı imzalamamışdır: Cavabdeh tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. İddiaçı İB tərəfindən tərtib olunmuş 61 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. İddiaçı İB-nin «Dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair» iddia tələbi təmin edilməməsini, İddiaçı İB tərəfindən əsassız hesablanmış 23 190,38 manat məbləğin və 1 007,74 manat debitor borcun Cavabdeh hesab kodundan silinməsinə və 163,19 manat ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, T/17577 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, 1**********0000 abonent Cavabdeh 2025-ci ilin aprel ayının sonu üçün 24527.32 manat məbləğində borc olmuşdur. Qeyd edilən borcun qalıq və aktkar üzrə 2012-ci ilin sonu üçün 496.80 manat, 2013-cü ilin sonu üçün 193.20manat, 2015-ci ilin sonu üçün 414 manat, 2016-cı ilin sonu üçün 1119.60 manat, 2017-ci ilin sonu üçün 1349.80 manat, 2018-ci ilin sonu üçüb 1782.20, 2019-cu ilin sonu üçün 694.80 manat, 2020-ci ilin sonu üçün 1476 manat, 2021-ci ilin sonu üçün 4089.60 manat, 2022-ci ilin sonu üçün 5789.54 manat, 2023-cü ilin sonu üçün 3836.16 manat, 2024-cü ilin sonu üçün 1939.68 manat, 2025-ci ilin mart ayında isə 199.20 manat borcun olması müəyyən edilir. Bundan başqa sözügedən saldodan Cavabdehun 2012-ci ilin sonu üçün 47 manat, 2021-ci ilin sonu üçün 47.60 manat, 2022-ci ilin sonu üçün 4.08 manat, 2023.-cü ilin sonu üçün 10.44 manat, 2024-cü ilin sonu üçün 16.08 manat, 2025-ci ilin yanvar mart ayında 258.69 manat sərfiyyat borcu və 2025-ci ilin yanvar mart ayında 82.65 manat limtsən artıq borc cəmi (47+47.60+4.08+10.44+16.08+258.69+82.65=466.54) 466.54 manat sərfiyyat borcu mövcuddur. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 1119.60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 324 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 323 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 283.20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 419.60 manat, 16.0.2018-ci il tarixli ******* saylı akt əsasında 575.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 182 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 128.80 manat, 16.04.018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 75.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cui il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1382.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat,xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* sayl akt əsasında 541.10 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 298.08 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 483.84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1468.80 manat, 3101.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1088.64 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1209.60 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 199.20 manat, cəmi 23 389.58 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. X9 MN seriyalı xx.xx.2025-cü il tarixli, ******* nömrəli protokoldan və İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli Qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, 024800 nömrəli akta əsasən Cavabdeh AR İXM –nin 282.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 163.19 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə X9 iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2012-ci il tarixli 020620 saylı, xx.xx.2012-ci il tarixli, 039490 saylı, xx.xx.2013-cü il tarixli 056204 saylı, xx.xx.2015-ci il tarixli, 088222 saylı və xx.xx.2015-ci il tarixli 089841 saylı aktlarə əsasən cavabdehə hesablanmış cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar iş matriallarına əlavə edilmədiyindən və həmin aktların hasnı əsaslə nə qədər məbləğdə cərimənin hesablanması məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 0125034, xx.xx.2017ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, 16.04.018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı , xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cui il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin tutlması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlarda istehlakçının imzasının olmadığı, istehlakçıya məxsus evə dəfələrlə baxış keçirilsədə onun iştirakının təmin edilməməsini, sözügedən aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi olmadığını, həmçinin fotoşəkillərin aydın olmadığını məhkəmə hesab edir ki, sözügedən aktların əsaslı olmasını təsdiq edən mötəbər və təkzib olunmaz sübutlar olmadığından iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsində də təmin edilə bilməz. Bundan xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* sayl, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı ak, xx.xx.2024-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə tutula bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən yazılmış 199.20 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən akta bağlı istehlakçının inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən X9 qərar olduğundan yəni istehlakçının həmin akta əsasən qeyd edilən tarixdə qaz xəttdinən sayğacdan kənar qanunsuz qoşulması müəyyən edildiyindən iddia tələbi təmin akta münasibətdə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 963.84 manat məbləğində debitor borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus saldodan cavabdehin 466.54 manat debitor borcu olması müəyyən edildiyindən, yəni cavabdehin iddia ərizəsində göstərildiyi kimi 2011-ci ildə 497.30 manat sərfiyyat borcunun olması iş matrialları ilə öztəsdiqini tapmadığından iddia tələbi yalnız 466.54 manat debitor borcu hissədə təmin edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsində sözügedən borc üzrə 7.50 manat ödəniş olduğu bildirildiyindən təsdiqini tapmış sərfiyyat borcundan ödəniş çıxılmlı, bundan sonra yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 466.54-7.50=459.04 manat Bundan sonra məhkəmə iddia tələbinin cavabdeh tərəfindən xx.xx.2021-ci il taixli ******* saylı akta əsasən dəyəri ödənilməmiş 51.40 mant borcun tutulması hissəsinə münasibət bildirərək sözügedən borcun hansı əsasla hesablanması mülki iş matrialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 163.19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ******* nömrəli akta əsasında yazılmış 199.20 (bir yüz doxsan doqquz manat iyirmi qəpik) manat borc, 459.04 (dört yüz əlli doqquz manat dört qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4091/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4091/2025
05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver