Məhkəmə qərarları › İş №e-2(008)-4171/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4171/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4171/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən müştərək qayda 6093,40 manat əsas, 144,78 manat faiz, 30 manat dəbbə, cəmi 6268,18 manat borcun və 82,70 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən müştərək qayda 6093,40 manat əsas, 144,78 manat faiz, 30 manat dəbbə, cəmi 6268,18 manat borcun və 82,70 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlər xx.xx.2024-cü il tarixli kredit və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışlar. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Ona məhkəmə baxışı iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirildi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli GARA-38515-5264 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20% ödəmək şərtilə 7500 manat kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli GARA-38515-5264+GARA-38517 nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli GARA-38515-5264 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınıca icra etmədikdə Cavabdeh2 onunla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6093,40 manat əsas, 337,72 manat faiz, 280,55 manat cərimə olmaqla, cəmi 6711,67 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmişdir. Məhkəmə iddiaçı və Cavabdeh1 arasında olan münasibətlərə aşağıdakıları normaları tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında olan münasibətlərə aşağıdakıları normaları tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1 maddə) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2 maddə) Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müəyyən edilir ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2024-cü ildə kredit müqaviləsi, eyni zamanda da əsas öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamışdır. Zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borc alanla eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışında Cavabdeh1 iddiaçıya 6093,40 manat əsas, 337,72 manat faiz, 280,55 manat cərimə olmaqla, cəmi 6711,67 manat borcu olduğu qeyd olunsa da, iddia ərizəsində 6093,40 manat əsas, 144,78 manat faiz, 30 manat dəbbə, cəmi 6268,18 manat borc tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 6093,40 manat əsas borc, 144,78 manat faiz borcu, 30 manat dəbbə borcu, cəmi 6268,18 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 6093,40 manat əsas, 144,78 manat faiz, 30 manat dəbbə borcu, 82,70 manat dövlət rüsumu, cəmi 6350,88 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar