Məhkəmə qərarları › İş №e-2(008)-4251/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4251/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4251/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh2, onun nümayənədəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqavilənin vaxtından əvvəl ləğv edilməsi, borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 qarşı iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6385.49 manat əsas, 494.39 manat faiz, cəmi 6879.88 manat borcun, həmçinin ödənilmiş 89.20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 7000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2021 -ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli 1045921/23629 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh2 ona zamin durmuşlar. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 6385.49 manat, faiz borcu 494.39 manat, cəmi 6879.88 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh2 nümayənədəsi (vəkili) Nümayəndə işin baxılmamış saxlanılması barədə elektron qaydada vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılımışdır ki, Mülki Məcəlləyə əsasən müqavilənin dəyışdirilməsı və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız bu barədə tərəfə təklif verdiyi, təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə otuz gün müddətində cavab almadıqda iddia verə bilər. Lakin, cavabdehlərə belə bir təklif göndərilməmişdir. İddiçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayənədəsi (vəkili) Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərihzəsi baxılmamış saxlanılmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021 -ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 7000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bankla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 1045921/23629 saylı Zaminlik Müqaviləsi bağlanılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 6385.49 manat, faiz borcu 494.39 manat, cəmi 6879.88 manat təşkil edir. Bank tərəfindən cavabdehlərə «COURİER SERVİSE MMC» vasitəsilə xx.xx.2022-ci il tarixdə müqaviləyə vaxtından əvvəl xitam verilməklə borcun tələb edilməsi barədə məhkəməyə müraciət olunacağı barədə 07/08-897 №-li pretenziya göndərilmişdir. Cavabdeh1 «Zərdab şəhəri, Dəli Quşçu kəndi» ünvanına ünvanlanan pretenziyanın çatdırılması barədə ümumiyyətlə hər-hansı poçt bildirişi iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh2 rəsmi qeydiyyat ünvanına göndərilən pretenziya «ünvan aşkar olunmadı» qeydi ilə geri qaytarılmışdır. Hazırda iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, Bank tərəfindən formal olaraq pretenziya dövlət poçtu deyil, surətli poçt vasitəsilə cavabdehlərə ünvanlanmış, əsas borclu olan Cavabdeh1 heç göndərilməmiş, zaminin isə rəsmi ünvanına göndərilən pretenziya açıqlaması olmayan, formal qeydlə geri qayıdıb. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğv edilməsi barədə qanunvericiliyə əsasən tələb edilən pretenziyanı cavabdehlərə lazımi qaydada göndərmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar