Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4257/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli 327352-CNS-49828 nömrəli "Kredit borcunun restrukturizasiyasına dair müqavilə"yə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 4802,93 manat məbləğində əsas borc, 207,98 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5010,91 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə kiçik iddiasına dair ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli 327352-CNS-49828 nömrəli "Kredit borcunun restrukturizasiyasına dair müqavilə"yə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 4802,93 manat məbləğində əsas borc, 207,98 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5010,91 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə kiçik iddiaya dair ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İşdə olan iddia ərizəsindən göründüyü kimi, iddianın qiyməti beş min manatdan artıq olmaqla 5010,91 manat təşkil edir, yəni verilmiş tələb Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildir. Bu isə, hazırkı iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina üçün əsas hesab edilir. Eyni zamanda, məhkəmə bunu da izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli 327352-CNS-49828 nömrəli "Kredit borcunun restrukturizasiyasına dair müqavilə"yə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 4802,93 manat məbləğində əsas borc, 207,98 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5010,91 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə kiçik iddiasına dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsinin qəbul olunmasından imtina edilsin. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-4257/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4257/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver